Qətər böhranı, Türklər və Ərəblər

Qətər və Körfəz ölkələri arasında yaranan böhran üç həftədir davam edir.

Qətər böhranı, Türklər və Ərəblər

Türkiyə Dövlət başçısının müavini və sözçüsü İbrahim Kalının “Daily Sabah” qəzetində dərc olunan məqaləsi:

Qətər və Körfəz ölkələri arasında yaranan böhran üç həftədir davam edir. Böhranın həlli istiqamətindəki səylər, ciddi maliyyə və geosiyasi nəticələri olan böhtan kampaniyaları və siyasi güc mübarizəsinə hələ də son qoyulmayıb. Böhran Körfəzdəki regional güc tarazlığının və Avropa və ABŞ ilə olan qeyri-sabit əlaqələrin kövrək olan durumunu ortaya qoydu.  

Terror ittihamı ilə qarşı-qarşıya qalan hər ölkənin edəcəyi kimi Qətər də terrora dəstək verdiyinə dair ittihamı qəbul etmədi və konkret dəlil istədi. Bu, həqiqətdən çox ciddi ittihamdır. Qətərli rəsmilər ittihamları ciddi qəbul etdilər, ancaq ölkəni Körfəz, Suriya yaxud başqa yerdəki terrorçu bir təşkilatla irtibatlandıran konkret dəlil onlara hələ də təqdim edilməmişdir. Qətər həmçinin mövcud embarqonun ədalətli olmadığını, beynəlxalq qaydaları pozduğunu və müsəlman millətlər arasındakı dostluq və qardaşlıq əsaslarına zidd olduğunu müdafiə edir.

Terrora dəstək verdiyinə dair iddianı sübuta yetirəcək dəlillərin olmadığı nəzərdə tutulduqda Qətərin istəkləri xeyli məntiqlidir. Qətərə qarşı qəbul edilən tədbirlərdə tarazsızlıq var və böhranın həllinə töhfə vermir. Qətər sanksiyalara son qoyulanadək böhranı həll etmək üçün görüş keçirməyəcəyini açıqladı. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu çağırışa diqqət yetirmədi, dialoq və müzakirə prosesini başlada bilmək üçün sanksiyalara son qoyulmalıdır. Qətər əmiri bu prosesdə gərginliyi azalatmaq və böhranı həll etmək üçün önəmli rol götürdü, onun bu səylərinə dəstək olunmalıdır. Türkiyə köməklik göstərməyə hazırdır.

Böhranın başlanışından bəridir Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan gərginliyi aradan qaldırmaq və mövcud problemə sülhpərvər və dostluq çərçivəsində həll yolu tapmaq məqsədi ilə bölgədəki liderlərlə dəfələrlə telefonla danışdı. Türkiyə Qətərə tətbiq edilən sanksiyalardan  təsirlənən vətəndaşlara köməklik göstərmək üçün humanitar jest kimi ərzaq yardımı göndərdi. Bunlarla yanaşı Məclis Qətər ilə daha öncə imzalanan və məqsədi sadəcə Qətərin deyil, bütün Körfəz bölgəsinin təhlükəsizliyini təmin etmək olan hərbi bazaya dair sazişi təsdiqlədi. Dövlət başçısı Ərdoğan bir neçə dəfə İki Müdəqqəs Məscidin (Məkkədəki Məscid-i Həram və Mədinədəki Məscid-i Nəbəvi) xidmətçisi və Körfəz bölgəsinin ən güclü ölkəsinin lideri olan Salman bin Əbdüləzizin böhranın həllində önəmli rol götürə biləcəyini söyləmişdir. Türkiyənin bu yanaşma ilə hər hansı ölkənin daxili işlərinə müdaxilə etmək kimi niyyəti yoxdur. Bu böhran vasitəsi ilə Ərəb ölkələri ilə Türkiyənin arasını vurmaq istəyən bəzi təbliğatçıların iddialarına baxmayaraq Türkiyənin tək istədiyi bu böhranın sülhpərvər şəkildə həllə qovuşdurulmasıdır.  

Suriya müharibəsinin güclü siyasi və humanitar nəticələri ilə davam etdiyi, məzhəb əsaslı gərginliklərin bu səviyyədə fəal olduğu və terrorun heç bir milli sərhəd tanımadığı bu vaxtda ehtiyac duyulan, xüsusilə birlik və qardaşlıq ruhu ilə ahəngli kollektiv və koordinasiyalı şəkildə atılacaq addımdır. Tərəflərin hamısı bu məqsəd istiqamətində səy göstərməli və kiçik fərqlənmələrlə gizli əməllərindən əl çəkməlidirlər. İndiyədək başa düşülməlidir ki, bu böhran terror ittihamlarından başqa şeydir. Bu həmin zamanda Müsəlman Qardaşlar və HƏMAS kimi siyasi İslami qruplaşmalara qarşı təşəbbüsdür. Müsəlman Qardaşlar terroru uzun müddət əvvəl rədd edib və zorakılığa üz tutan hər qrupla- daha əvvəl də özləri ilə əlaqədə olan da daxil olmaqla- arasına məsafə qoyub. Misirdə prezident Məhəmməd Mursi, general Əbdülfəttah Al Sisi qanlı çəvrilişlə kənarlaşdırıldığında belə Müsəlman Qardaşlar şiddətə müraciət etməmişdir. Minlərlə üzvü öldürülmüş və bir o qədəri də həbs edilmişdir. Bütün bunlara baxmayaraq Müsəlman Qardaşlar siyasətdən vasitə kimi zorakılıqdan istifadə etməmişdir. Müsəlman Qardaşları belə işlərə cəlb etmək sadəcə vəhşi radikalların xeyrinə olar.

HƏMAS-a gəldikdə isə Ərəb dünyasındaki hər kəs HƏMAS-ı Fələstin azadlıq mübarizəsinin bir hissəsi kimi görür. Hal-hazırda- əgər belə bir niyyət varsa- HƏMAS-ı terror ilə ittiham etmək də məntiqli deyildir. HƏMAS Fələstin ictimaiyyətinin və İsrail işğalına son qoyma mübarizəsinin bir hissəsidir. HƏMAS bürosunun Dohada olması da Qətərin terrora dəstəyi kimi təqdim edilə bilməz, çünki illər əvvəl ofisin Dəməşqdən Dohaya daşınması bölgədəki bütün kilid liderlərin koordinasiyası ilə reallaşmışdı. 

Bu dinamiklər gərçəkləşməyə davam edərkən, bu böhrandan istifadə etmək naminə Türklər və Ərəblər arasında fitnə və düşmənçilik toxumları əkməyə cəhd edənlər var. Bu heç kəs tərəfindən qəbul edilməməsi vacib olan qədim bir oyundur. Yüz ildir davam edən Ərəblərin Osmanlı imperiyasını arxadan bıçaqladığı iddiası, Türkləri və Ərəbləri illərdir ayrı tutur. Həmin şəkildə yeni yaranmış cümhuriyyət daxilindəki Türklərin üzünü Ərəblərdən və İslam aləmindən çevirdiyi iddiası Türkiyənin Ərəb dünyası ilə əlaqələrinə dair Ərəb kütlələri arasında dərin şübhələr doğurmuşdu.

Ancaq bu qarşılıqlı xəyanət mifi son on ildə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində aradan qaldırıldı. Türklər və Ərəblər qardaş, müttəfiq, qonşu və tərafdaşdır. Ərəb və İslam dünyasının daha etibarlı və parlaq gələcəyi üçün birgə  cəhd göstərilməlidir. Nəzər ziddiyyətləri əsla ittiham etmə, etibarsızlıq və qarayaxma  kampaniyalarına əsaslanan çıxılmaz vəziyyətə gətirib çıxarmamalıdır. Türklərin və Ərəblərin arasını vurmağa cəhd göstərənlər sadəcə özünün əhəmiyyətsiz mənfəətlərinə xidmət edir. Media üzərindən muharibələr də heç kəsin xeyrinə olmaz. İntellektual və siyasi mənbələrimizi öz özünə zərər verən rəqabətlərdə və təmsili döyüşlərdə sərf etmə təşəbbüslərinə qarşı hamımız tədbirli olmalıyıq. Bunun əvəzinə enejimizi iki tərəfi də gücləndirən və iki tərəfin də mənfəətinə olan durumlar yaratmağa istiqamətləndirməliyik. 



Әlaqәli Xәbәrlәr