Terror və ikili standartlar çağı

Türkiyə Dövlət başçısının müavini və sözçüsü İbrahim Kalının “Daily Sabah” qəzetində dərc olunan məqaləsini təqdim edirik.

Terror və ikili standartlar çağı

Türkiyə Dövlət başçısının müavini və sözçüsü İbrahim Kalının “Daily Sabah” qəzetində dərc olunan məqaləsini təqdim edirik.

9 iyun günü Türkiyənin Batman şəhərinin Kozluk  qəsəbəsində bir qrup PKK-lı terrorçu oğurladıqları bir maşını minaladılar, Bələdiyyə sədri Veysi İşıqın maşınına atəş açıldı və daha sonra Jandarm Qüvvələrinə məxsus mərkəzlərdən birinin yaxınlığında minalanmış maşın partladıldı. Bələdiyyə sədri İşıq hücumdan xilas olmasına baxmayaraq, başqa maşında olan 22 yaşındakı müəllimə Şenay Aybükə Yalçın açılan atəş nəticəsində həyatını itirdi, əsgər Sonər Fazlıoğlu da şəhid oldu.

PKK-nın son terror hücumu xarici mətbuat tərəfindən böyük miqyasda gözdən yayındırıldı. Daily Sabah və Türkiyədə ingilis dilində dərc olunan bir neçə xəbər mənbəyini çıxmaqla xarici mətbuatdan heç kes gənc bir qızın faciəli ölümü ilə maraqlanmadı. Çünki yaşanan hadisə PKK və təşkilatın Suriya qolu olan YPG haqqında qərbdə yayğın olan düşüncəyə uyğun gəlmirdi. PKK-nı təmizə çıxarmaq və Türkiyəyə terrorla mübarizədə dialoq və müzakirələrin əhəmiyyəti haqqında nitq söyləmək üçün heç bir fürsəti əldən verməyənlər hadisəni pisləmədilər və ya başsağlığı vermə ehtiyacı da hiss etmədilər; dialoq və müzakirə cəhdi, beynəlxalq mətbuatın, DAEŞ ya da Əl Qaidə terroruna qarşı mübarizələrində qərb ölkələrinə əsla vrməyəcəkləri məsləhətdir. Bu gerçək bizə tarixin heç bir dövründə görmədiyimiz ikili standartlarla dolu bir terror və riyakarlıq çağında yaşadığımızı xatırladır.

PKK-nın müəllimləri, siyasi xadimləri və mülki vətəndaşları hədəf götürən uzun tarixi var. Təşkilat 1984-cü ildən bəridir 150-dən artıq müəllimin ölümünün məsuliyyətini öhdələnib. Müəllimlərə qarşı həyata keçirilən hücumlar, dövlət avtoritetini sarsıtma, Kürd uşaqları təhsil imkanlarından məhrum etmə və digər müəllimlərin şərq və cənub-şərqdəki şəhərlərdə işləməkdən yayındırma kimi məqsədləri güdürdü. Hətta ən sarsıdıcı PKK hücumlarından bəziləri müəllimləri hədəf götürmüşdür. 1994-cü ilin sentybr ayında məktəblərin açıldığı ilk gündə altı dövlət məktəbi müəllimini Tunceli şəhər mərkəzində qətlə  yetirmək üçün evlərindən qaçırmış və yerli xalqa buna tamaşa etməsi üçün təzyiq etmişdi. Bir ay sonra isə dörd müəllim Ərzurum şəhərinin Teman qəsəbəsində PKK terrorçuları tərəfindən öldürülmüşdü. Şübhəsiz ki, bu xəbərlər bir şəkildə mediada əks olundu. Lakin heç vaxt insanların zehnində özünə yer tutan səviyyəyə çatmadı, çünki bunlar DEAŞ-a qarşı mübarizə aparan yaxşı, humanitar, azadlıq tərəfdarı PKK terrorçularını şərh edən ikili standartlı ifadələr ilə üst-üstə düşmürdü.

PKK beynəlxalq hüquqda hərbçi sayılmayan silahsız təhlükəsizlik qüvvələrinə qarşı xeyli sayda hücum həyata keçirdi. Bunlardan savayı PKK 1993-cü il may ayında Türkiyənin şərqindəki Bingöl-Əlazığ şose yolu üzərində 33 silahsız əsgəri mərhəmətsiz şəkildə öldürdü. 2016-cı il noyabr ayında Kayseridə hərbi qərargaha edilən bombalı hücumda 13 əsgər şəhid oldu, 36-sı isə yaralandı. Təşkilatın Avstriya və Almaniya kimi ölkələrdə yayım aparan təbliğat ünsürləri bu hücumu təriflədi. Biz bu mövzuları avropalı məsullarla danışdığımız zaman onlar söz azadlığının arxasına gizlənməyə üstünlük verirlər.  Nə zamandan bəridir mətubat azadlığı su-istifadə edilərək terror təşkilatı təbliğatı aparıla bilir? Qərbi dövlətlər hər hansı bəhanə ilə terrorun təriflənməsinə icazə verəcəkdirmi?

Təbii ki xeyr. Bundan əlavə Avropa və ABŞ-da yaşanan terror hücumlarından sonra olduğu kimi, tamamilə haqlı şəkildə vətəndaşlarını qorumaq üçün təhlükəsizlik tədbirlərini artıracaqlar.  Bu tədbirləri görmək onların haqqıdır və heç kəs onları günahlandıra bilməz. Ancaq nə üçün mövzu Türkiyənin terrorla mübarizəsi olduğu vaxt, biz bu ikili standartlarla və riyakarlıqla mübarizə aparmaq məcburiyyətində qalırıq?

Bir çox baxımdan bu, tipik “Şərq üçün yaxşıdır” yanaşmasıdır. Dünyaya, mədəniyyətə, siyasətə, cəmiyyətə, iqtisadiyyata, idman - hansı sahə olursa olsun, hər birinə hələ də Avropa mərkəzçilik dünyagörüşündən baxır. Bu yanaşmada terror sadəcə Qərbin mənfəətlərinə zərər verdiyi zaman pis və təcili həll edilməsi vacib olan problem kimi görünür. Terrorun bəd üzü başqa yerlərdə ortaya çıxdığı zaman isə əhəmiyyətini itirir. Ancaq bu öz özünə maneə törədən bir duruşdur. Çünki qarşılıqlı asılılığın artdığı dövrümüzdə hər kəs əmin-amanlıqda olmadığı müddətdə heç kəs əminlik içində ola bilməz. Terrorun yaxın tarixindən ən azından bu dərsi götürmüş olmalıyıq.

Keçən illərdə qərbli media orqanları PKK/YPG terrorçularını rol model kimi göstərdi.  2014-cü ilin oktyabr ayında  DEAŞ və YPG arasındakı toqquşmalar Kobanidə davam edərkən Fransada dərc olunan jurnal “Marie Claire” YPG terrorçularının yanında şəkli çəkilən 12 və 14 yaşlarındakı iki uşaq əsgəri təriflədiyinə görə tənqid edildi. Uşaqların yaşlarını təsdiqləyən jurnalın redaktorları bu uşaq əsgərləri təsir göstərəcək fiqurlar kimi təsvir etdilər. Ancaq PKK-nın günahlarını təmizə çıxarma və terrorçulara yeni imic qazandırmaq üçün göstərilən cəhdlər hal-hazırda da davam edir. 2017-ci ilin mart ayında dərc olunan bir məqalədə “New York Times” qəzeti PKK-nın adını çəkmədən Türkiyədə “ sekulyar Kürdlər və DAEŞ silahlıları” olmaqla iki terrorçu qrupun fəaliyyət apardığından bəhs etdi. Başqa bir xəbərdə PKK terror təşkilatının liderlərinin günahsız insanları öldürmək üçün həm qadın həm də kişi silahlıları vəzifələndirmə tərəfdarı olduğu, bununla da cinsi bərabərliyə xidmət göstərdiyi irəli sürüldü.

PKK terrorçuları tərəfindən qətlə yetirilən müəllimə Şenay Aybükə Yalçının ölümünün mətbuatda yer tutma şəkli, yaxud da yer tutmaması, ən zəif iradə ilə dəhşətlidir. Dünyanın PKK-lı terorrçuları öz yollarına çıxan insanları öldürərkən, narahat edərkən yaxud təzyiq altına alarkən görmək istəməməsi, qurbanları virtiual yaxud işlənən günahları yüngülləşdirmir. Daha pisi isə həmin təşkilat Suriyanın şimalında bir bölgəyə nəzarət edir. Əfv təştilatı kimi quruluşlara görə isə həmin təşkilat həm kürd olmayanlara həm də onlara müxalifət edən kürdlərə qarşı müharibə cinayəti işləyir, bu insanlara ev-eşiyini tərk etməsi üçün təzyiq edir yaxud həbs edir. Qərbli media orqanları  təbii ki, bu hadisələri müxtəlif vasitələrlə oxuçularına çatdırır. Ancaq bu xəbərlər heç vaxt hökmü olan sözlər olmur; yaxud da insanların zehnində yer tutan və saysız mətbuat orqanlarında və siyasi dairələrdə milyon dəfə təkrarlanan bir hekayəyə çevrilmir.

Bütün bunlar baş verərkən oktyabr ayında müəllim olaraq Batman şəhərinə təyinatını qeyd etmək məqsədi ilə sosial şəbəkədə gülən şəkillərini yerləşdirən Şenay Aybükə Yalçın kimi cavan müəllimlər müxtəlif imkanlardan məhrum uşaqlara daha parlaq bir gələcək imkanı yarada bilmək naminə həyatlarını təhlükəyə atmağa davam edir. Onların xatirəsini yaşatmaq və fəaliyyətlərini davam etdirmək terrorla mübarizə qərarının ikili standartlarına qarşı hamımızın əxlaqi məsuliyyətidir.



Әlaqәli Xәbәrlәr