Terrorun doğurduğu narahatlıq insanların məntiqsiz rəftar etmələrinə səbəb olur

İlk insanın tarixi qədər qədim olan terror təəssüf ki, arabir insanların həyatını girov götürməyi bacarıb.

musul, deaş terör örgütü.jpg
iran terör saldırısında ölenler.jpg
belçika terörle mücadeleyi artırıyor.jpg
londra'da terör saldırısı.jpg
kopenhag'da terör paniğ.jpg
terörle mücadele.jpg

Təəssüf ki,  terror bəşəriyyətin tarixi qədər qədim bir xəstəlik kimi öz gücünü davam etdirir. Adəm peyğəmbərin oğlu Kabilin qardaşı Habili öldürməsi ilə başlayan terror təəssüf ki indiyə qədər bütün mərhəmətsizliyi ilə gündəmdədir.

İlk insanın tarixi qədər qədim olan terror təəssüf ki, arabir insanların həyatını girov götürməyi bacarıb. Yalta müqaviləsi ilə qurulan dünya nizamına qarşı 1960-cı illərdən bəridir insanlar kəskin şəkildə etiraz edir. Məşhur “1968 Gənclik Hərəkəti” ilə Avropa və Qərb  dünyasına da təsir göstərən şiddət hadisələri yenidən dünyaya hakim olmaq üzrədir.

Məxsusən İslam coğrafiyası, Afrika və Latın Amerikasında həbs edilmək istənən terror hal-hazırda qlobal güc mərkəzlərini belə təhdid edəcək səviyyəyə çatıb.

Terror Asiya, Avropa, Latın Amerikası və İslam ölkələrində baş nazir səviyyəsində belə qətl törədərək, hökm sürməkdə davam etmişdir.

Demokratik Konqonun baş naziri  Patrik Lumumba, Çilinin baş naziri Salvador Allende, İtaliyanın baş naziri Aldo Moro, Livanın baş naziri Rafik Həririnin qətl edilməsi buna sadəcə bir neçə nümunədir.

Son olaraq günümüzün ən mürəkkəb və əh təhlükəli qlobal terror təşkilanlanması olan və quldurbaşçısı hələ də ABŞ-ın  Pennsylvania şəhərində yaşayan Fətullahçı Terror Təşkilatı (FETÖ) 15 iyul 2016-cı ildə Türkiyə dövlət başçısının canına qəsd etmişdir.

FETÖ mənsubu quldurlar F-16 növ qırıcılar, helikopterlər və toplarla 15 iyul gecəsi xalqın böyük əksəriyyənin səsləri ilə seçilmiş dövlət başçısı Ərdoğanı qaçırıb öldürməyə cəhd etdilər. Türk xalqı yüzlərlə şəhid, minlərlə yaralı verərək özlərini dövlət başçısına qalxan etdilər. Canları bahasına lidərlərini general və zabit forması geyinmiş terrorçulara təslim etmədilər. Türkiyə belə çılğın bir terror hücumuna məruz qalarkən, müttəfiqi olan Qərb dünyası isə İngiltərəni çıxmaqla, təəssüf ki, uzun müddət səsini çıxarmadı. Rusiya prezidenti Vladimir Putindən sonra ilk reaksiyanı göstərən yeganə Türkiyə müttəfiqi İngiltərə oldu.

Maraqlıdır, FETÖ mənsubu terrorçular, döyüş təyyarələri, tank və toplarla Türk xalqını qətl etdiyi gecə, (daha sonra ABŞ prezidenti Trampın həyətində yer tutan keçmiş bir general olan) Mike Flyn tərəfindən təriflə salamlanırdılar.

O günkü ABŞ-ın hakimiyyətdə olan prezidenti Barak Obama hökuməti yaydığı açıqlama ilə sanki Türk xalqının bu terorrçuları məğlub etməsinin təəccübünü yaşayırdı.

NATO alyansın ən sadiq və ən güclü müttəfiqlərindən olan Türkiyədəki bu terror aktına qarşı günlərdən sonra lütfən və fısıltı ilə mövcudluğunu oryaya qoya bilmişdi.

Türkiyənin dövlət başçısı terror təşkilatı FETÖ mənsubu terrorçuların özünü öldürməyə cəhd etmədən illər əvvəl terrora qarşı açıq şəkildə müvaqimət göstərir və bütün dünya lidərlərini bu müqavimətə dəvət edirdi.

Təəssüf ki, Türkiyənin də üzv olduğu Qərb Klubu başda olmaqla müxtəlif güclü ölkələr buna qulaq asmamaqda təkid etdi.  Türkiyədə minlərlə general, zabi, polis, əsgər və dinc vətəndaşı qətlə yətirən terrorçular, nə qəribədər ki, Türkiyənin müttəfiqi olan qərbli ölkələrə sığınırdı. NATO-da Türkiyənin müttəfiqi  olan hər ölkədə Türkiyədə dinc vətəndaşları, əsgərləri və polis əməkdaşlırını öldürən terrorçular hal-hazırda hələ də yaşamlarını çox rahat və komfortlu şəkildə davam etdirirlər. Başda Berlin olmaqla Avropa İttifaqına üzv bütün paytaxt şəhərlərdə Türkiyədə günahsız insanları öldürən əli qanlı terrorçular yaşayır. Hətta bəzi Aİ üzvü ölkələr bununla da kifayətlənmir, Türkiyədə terror hücumları həyata keçirən və çoxlu sayda insanın həlakına səbəb olan və yaxud da öldürən terrorçulardan bəzilərinə diplomatik pasportların verildiyinə dair müxtəlif xəbərlər də mediada yer tutur.

Dövlət başçısı Ərdoğan Avropa İttifaqının daxil olduğu bu terror spiralının bir gün özünə tərəf istiqamət götürəcəyini təkidlə söyləməsinə baxmayaraq, heç bir avropalı lider buna əhəmiyyət vermədi. Avropa siyasi elitasının qulaq asmadığı bu terror spiralı təəssüf ki, o ölkələrin xalqlarını da təsiri altına aldı.

Dünən Paris, Berlin, Brüssel, London terror spiralının qurbanı oldu. Sabah hansı paytaxt olacaq deyə hər kəs narahat şəkildə gözləyir. Bu narahatlıq kütlələrin məntiqli şəkildə rəftar etmələrinə də mane olur. Misal üçün keçən günlərdə İtaliyanın Torino şəhərində oynanan UEFA matçı zamanı yayılan əsassız bomba xəbərdarlığı nəticəsində baş verən panikada 1500-dən artıq insan izdihama görə xəsarət aldı.

Terrora bu qədər qurban verən Avropa terrorla arasına məsafə qoyacağına özgələrini ittiham edir. Misal üçün 350 amerikalını öldürtən terror təşkilatının başçısı bir Asiya, Afrika yaxud da Latın Amerikası ölkəsində yaşasaydı görəsən ABŞ-ın reaksiyası necə olardı? Amma eyni günahı işləyən terrorçu hal-hazırda ABŞ-da yaşayır.

Yaxud Belçikanın ən böyük iş adamını terrorçu məqsədlərlə öldürən qatil bir Afrika ölkəsinə qaçsa idi, o ölkə dərhal qərbli ölkələr tərəfindən işğala məruz qalmazdı? Türkiyənin ən böyük iş adamını öldürən terrorçu 20 ildir Belçikada yaşayır.  

ABŞ-ın başçılıq etdiyi  “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası Usamə Bin Ladeni vermədiyinə görə Əfqanistana hərbçi göndərilmədimi? Bəs minlərlə Türk sakin, yaşlı, uşaq və qadını qətlə yətirən terrorçular hazırda Berlində yaşayırsa bunun bir izahı olmalıdır.

Nə vaxt ki, “mənim terrorçum yaxşı, sənin terrorçun pisoir” düşüncəsindən əl çəksək bu belə ilə mübarizə apara bilərik. Əks təqdirdə bütün dünya bunun əziyyətini hələ çox çəkəcək.



Әlaqәli Xәbәrlәr