Türkiyə - Çin əlaqələrində dəyişikliklər

Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan Pekində təşkil edilən Beynəlxalq Əməkdaşlıq üçün Qurşaq və Yol Forumunda iştirak etmək və Çin prezidenti Şi Cinpinqlə görüşmək üçün Çin respublikasında oldu.

Türkiyə - Çin əlaqələrində dəyişikliklər

  Yaxınlarda (may ayında) Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Çində oldu. Bundan sonra Türkiyə - Çin əlaqələrində hansı dəyişikliklərin olması gözlənilir? Hörmətli dinləyicilər, biz bugünkü “Türkiyə və Avrasiya gündəmi” verilişində bu barədə danışacağıq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, mən Sevda Mirzə oxuyur.

  Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan Pekində təşkil edilən Beynəlxalq Əməkdaşlıq üçün Qurşaq və Yol Forumunda iştirak etmək və Çin prezidenti Şi Cinpinqlə görüşmək üçün Çin respublikasında oldu.

  Xatırladaq ki, Türkiyə ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələr 1971-ci ildə qurulub, əməkdaşlıq isə 80-ci illərdən hərəkətlənib. Son zamanlar isə qarşılıqlı səfərlər artmaqdadır.

  Türkiyə Respublikası xarici ticarət və beynəlxalq investisiyalarla bağlı istiqamətini yalnız Avropaya çevirmişdi. 2002-ci ildən sonra yeni bazarlara açılmağa başladı. Ölkə başçısı Ərdoğan Asiya, Afrika və Latın Amerikası bölgələrinə daha çox əhəmiyyət verməyə başladı. Çin də bu məzmunda olan səfərlərdən biri idi.

  2010-ci ildə Türkiyə və Çin arasında strateji əməkdaşlıq müqaviləsi imzalandı. Artan iqtisadi əlaqələrin Türkiyəyə müsbət təsirləri var.

  Türkiyə 2016-cı ildə Çindən 25,4 milyard dollarlıq mal aldı, 2,4 milyard dollarlıq ixracat etdi. Amma bu kifayət deyil. Türkiyə - Çin iqtisadi əlaqələrinin gücləndirilməsi və davamlı olması üçün Çindən Türkiyəyə investisiyaları artırmaq lazımdır.

  May ayında Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən heyətin rəhbərliyilə Çində rəsmi görüşlər çərçivəsində Türkiyə və Çinin şirkətləri ortaq texnologiyanı inkişaf etdirməklə bağlı müqavilələr imzaladı.

  Bütün bunlara baxmayaraq bu gün Türkiyə iş adamları və tələbələr hələ də viza və təhlükəsizlik problemləriylə qarşılaşır. 2008-ci ildən Türkiyədə açılan Çinin Konfutsi İnstitutlarının sayı 2016-ci ildə beş olub. Amma Türkiyənin Yunus Emre İnstitutunun şöbələri isə hələ Çində fəaliyyətə başlamayıb.

  Son illər Qərb mediası DAEŞ-ə görə Türkiyəni siyasət dəyişdirməyə məcbur edir, Çin də buna qatılır. Çin Suriya böhranına uyğur türkləri məsələsi pəncərəsindən baxır, Türkiyənin Suriyada uyğur döyüşçülərini dəstəklədiyini iddia edərək Türkiyəni təqsirləndirir.

  Çin uyğur türkləri mövzusunu öz daxili problemi hesab edir və digər ölkələrin buna müdaxiləsinə ciddi şəkildə etirazını bildirir. Türkiyəni uyğur türklərinə görə günahlandırmaq Çin üçün düzgün siyasət deyil.

  Çində uyğur türklərilə bağlı haqqsızlıqları beynəlxalq qeyri-hökumət təşkilatları ciddi şəkildə gündəmə gətirir. Çinin soyuq müharibə dövründən qalma siyasi ifadələri və başda ifadə azaldığının pozulması olmaqla siyasəti uyğur türkləri üzərində ciddi təzyiq ünsürü olmağa davam edir. Uyğur türkləri Çində dini azadlıq, ana dili və siyasi fəallıqla bağlı ciddi problemlər yaşayır. Çin hökumətinin iqtisadi rifah və hər yerdə həyata baxışının izahı faktiki görünənlərlə üst-üstə düşmür.

  2016-cı ilin 15 İyul hadisələrindən sonra artıq Türkiyə ilə Çin arasındakı əlaqələr yenidən müsbət xəttə yönəlir. İki ölkə arasında ilk dəfə nazirlik səviyyəsində müşavirə mexanizmi yaradılıb.

  Türkiyə və Çin yalnız ikitərəfli əlaqələr deyil, regional və qlobal münasibətlər baxımından da böyük ölkələrdir. Ərdoğanın Pekində dediyi kimi: "Türkiyə və Çin bu il yeni bir səhifə açdı".

  Çin 11 trilyon dollarlıq ümumidaxili məhsulu ilə dünyanın ən böyük ikinci iqtisadiyyatı olan dövlətidir. Bu gün Çinin Türkiyədəki birbaşa investisiyası 600 milyon dollar səviyyəsindədir.

  Türkiyə bu gün xarici texnologiyaya asılılığını azaltmaqla, rəqabət üstünlüklərini itirmədən, yeni asılılıqlar meydana gətirmədən Çinlə ortaq layihələr hazırlamaq və inkişaf etdirmək niyyətindədir. Çinin yüksəlişi, beynəlxalq sistemdə mövcud mövqeyi və qlobal böhrana baxmayaraq Türkiyə - Çin əlaqələri inkişaf etdirməkdə qərarlıdır. Türkiyə - Çin əlaqələri Türkiyənin Qərblə əlaqələrinə nə təsir edə bilər.

 



Әlaqәli Xәbәrlәr