Prezident seçkilərindən sonra Türkiyə - Fransa münasibətləri

Yeni prezident Makron Fransada Türkofobiya və İslamofobiya cərəyanlarını necə qarşılayır?

741153
Prezident seçkilərindən sonra Türkiyə - Fransa münasibətləri

  Fransada yaxınlarda prezident seçkiləri keçirildi, Emmanuel Makron qazanaraq prezident seçildi. Biz bugünkü “Türkiyə və Avrasiya gündəmi” verilişində Fransada prezident seçkiləri və Türkiyə - Fransa münasibətlərindən bəhs edəcəyik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Fransa əhalisinin 74,6 faizinin iştirak etdiyi prezident seçkilərində Yürüş Hərəkatı Partiyasının namizədi Emmanuel Makron 66,1 % səslə qalib oldu. Ondan sonra gələn namizəd Le Pen 33,9 faiz səs qazandı.

  Emmanuel Makron kimdir və siyasi nüfuzu necədir? Bir il əvvələ qədər Makron o qədər də tanınan bir siyasətçi deyildi. Özündən əvvəli Fransa prezidenti Olandın dövründə iqtisadiyyat naziri oldu. Sosialist Partiyadan ayrılıb Yürüş Hərəkatı Partiyasını qurdu. Qısa müddətdə nüfuz qazandı və Fransanın ən gənc prezidenti seçildi.

  Makronun zəfərini Avropa coşğuyla qarşıladı. Liberal, ictimaiyyətçi və demokrat siyasətçilər Makronu Avropa İttifaqında islahat aparacaq lider kimi görür. Niyə? Bu nəticə xarici siyasət baxımından Qərbi rahatlaşdırıb. Çünki Makron beynəlxalq platformada Avropa İttifaqının varlığına və missiyasına böyük əhəmiyyət verir.

  Makron Fransanın qarşılaşdığı iqtisadi və ictimai problemlərlə bağlı yeni görüşlər və layihələr təklif etdi. Bu səbəbdən cəmiyyətin müxtəlif təbəqələrindən dəstək aldı. Təbii ki, qarşısında ciddi imtahanlar var. Mövcud iqtisadi problemlər ciddi ölçülərdədir. Bu problemlər 2020-ci ilə qədər Fransa büdcəsini aşa bilər. Ona görə Fransa iqtisadiyyatı üçün indidən ciddi tədbirlər görülməlidir.

  Fransada prezident seçkilərindən qısa müddət sonra, yəni iyun ayının 11-də parlament seçkiləri keçiriləcək. İlk turda ən az 50 % səs qazanan namizədlər millət vəkili olacaq. 50 %-dən az səs toplayanlar seçkilərdən bir həftə sonra isə ikinci mərhələyə qalacaq. 18 iyunda keçiriləcək ikinci mərhələdə ən çox səs toplayan namizəd millət vəkili seçiləcək.

  “Opinion Way - SLPV Analytics” adlı ictimai-araşdırma şirkətinin dərc etdiyi anketə görə Yürüş Hərəkatı Partiyasının olduğu 577 seçki bölgəsinin 535-indən 250-290 arası millət vəkili çıxa bilər. Qeyd edək ki, parlamentdə əksəriyyəti qazanmaq üçün bir partiyanın 289 millət vəkilinin olması lazımdır. Buna görə Makron mərkəz sağ siyasətçilərdən da dəstək axtarır. Özünə baş nazir olaraq mərkəz sağdan Eduard Filippini seçməsi bu istiqamətdə bir addım olaraq şərh edilir.

  Yeni prezident Makron Fransada Türkofobiya və İslamofobiya cərəyanlarını necə qarşılayır? Fransadakı seçkilər də göstərdi ki, artıq Avropada siyasi aktyorlar həddindən sağçılardır. Bu da o deməkdir ki, Avropa Türkofobiya və İslamofoya siyasəti yürüdən sağçıları bəsləyir. Türkiyə belə hesab edir ki, bu problemin həll tək yolu Avropa İttifaqının Türkiyəni də qəbul etməsidir.

  Makronun Fransa - Türkiyə siyasətinin necə olacağı haqqında proznoz yürütmək bir az çətindir. Çünki bu gənc liderin uzun siyasi keçmişi yoxdur. Qurduğu Yürüş Hərəkatı Partiyası belə yenidir. Amma Makronun Olandın dövründə Türkiyəyə münasibəti yaxşı olub, baxmayaraq ki, Türkiyənin Avropa İttifaqında üzvlüyü ilə bağlı çox az danışıb. Sadəcə bir çıxışında “Avropa İttifaqı Türkiyəyə qapılarını bağlamamalıdır”, - deyib.

  Türkiyə son vaxtlar Almaniya, Hollandiya və Avstriya kimi Avropa İttifaqı ölkələrilə ikili standartlarla çox qarşılaşdı və problemlər yaşadı. Amma Fransa Türkiyəyə qarşı anlayışlı siyasət izlədi, Suriya böhranı kimi müxtəlif mövzularda Türkiyənin xidmətlərini nəzərə çatdırdı. Qısası, Türkiyə ilə Fransanın bir-birlərinə yaxınlaşması, Avropa və Suriyada birgə əməkdaşlıq etməsi hər iki ölkəyə yalnız strateji faydalar gətirə bilər. Ərdoğan - Makron görüşündən sonra da Fransa – Türkiyə münasibətlərinin əsas istiqaməti müəyyənləşəcək.



Әlaqәli Xәbәrlәr