Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk xəbərimiz  Azәrbaycan barәdәdir.

İslam Əmәkdaşlıq Tәşkilatına üzv ölkәlәrin  gənclərinin həmrəyliyini inkişaf etdirən xüsusi gənclik proqramının keçirilməsi haqda qəbul edilmiş qərara əsasən, Gənclər və İdman Nazirlyi vә   Dialoq ilә  Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə “Beynəlxalq İӘT Modeli Gənc Liderlər Zirvəsi” Azәrbaycanın paytaxtı Bakıda keçirilib.

İclasda  diplomatlar və alimlər ilə namizədlər arasında təcrübə mübadiləsi aparılıb.

Nazirlәr Kabinetinin  Dövlət Diplomatiyası üzrә Koordinatoru Əli Osman Öztürk  Türkiyənin 1969-cu ildәn üzv olduğu   İӘT-in  çox əhəmiyyətli bir beynəlxalq təşkilat olduğunu, üzv sayının sürətlə artdığını söylәyib.

Hörmətli oxuçularımız ikinci xəbərimiz  Qazaxıstanla bağlıdır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev TRT ekranlarında yayımlanan ‘‘Diriliş Ertuğrul’’ serialını tәriflәyib.

Nursultan  Nazarbayev Qazaxıstan istehsalı  tarixi filmlərdə də birliği, diriliyi әks etdirәcәk  obrazlara yer verilməsini istəyib.

Seriyaldakı  İslam mütəfəkkiri və şair "İbn Ərəbi" xarakterinә toxunan Nazarbayev  bu cür rollara üstünlük verilməsini  tövsiyə edib.

 Nursultan Nazarbayev 2016-cı ilin  sentyabr ayında nümayiş olunan ‘‘Anaya aparan yol’’ bәdii  filminin rejissoru Akan Satayevi qәbul edib.

 Qazaxıstan kinomatoqrafiyasını qiymətləndirən Nazarbayev  tarixi hadisәlәrin tәqdimatında  kinofilmlәrin  әhәmiyyәtinә diqqәt çәkib.

 Rejissor Akan Satayevdәn  Tomrisin həyat hekayәsindәn bәhs edәn  tarixi filmlə bağlı məlumat alan Nazarbayev  sözü TRT ekranlarında yayımlanan ‘‘Diriliş Ertuğrul’’ serialına gәtirәrәk serialdakı  "İbn Ərəbi"ni canlandıran obrazı xatırladıb vә : "Diriliş Әrtuğrul serialını izlәdinizmi?   Ərtoğrula hәr zaman bir  ağsaqqal yol göstәrir. Ulu babalarımız  belə edәrdi. Bu filmdə də elə bir xarakter olmalıdır" deyib. 

Hörmətli oxuçularımız  növbәti xәbәrimiz Türmәnistandandır.

Türkmənistanın Türkmənbaşı şəhəri yaxınlığındakı "Uzınada" sahəsində kəşf edilən yataqdan gündə 500 min kubmetr tәbii  qaz hasil edilәcәk.

Tәbii qaz yatağının 7 km dәrinlikdә yerlәşdiyi bildirilib.

 Burada qazılan quyudan gündə təxminən 500 min kubmetr tәbii qaz və 150 ton qaz kondensatı hasil edilmәsi nәzәrdә tutulur.

 Türkmənistan  dünyada aşkar edilmiş qaz ehtiyatları baxımından  Rusiya, İran və Qətərdən sonra 4-cü yerdәdir. Türkmənistanın şərqində təxminən 1000 kvadrat kilometrlik sahəni əhatə edən "Galkınış" әrazisi isə  dünyanın ən böyük ikinci təbii qaz yataqlarından biridir.

 Bu regiondan başlayan "Türkmәnistan-Özbәkistan-Qazaxıstan-Çin tәbii qaz kәmәri  2009-ci ildə istismara verilib.

Çin bu xәtt üzәrindәn Türkmәnistan qazının tәxminәn 62 %-i alır.

Hörmətli oxuçularımız  sonuncu xәbәrimiz Tatarıstanla bağlıdır.

18-21 may tarixlәrindә Tatarıstanın paytaxtı Kazan  Beynәlxalq İqtisadiyyat Toplantısı  ‘‘Kazan Sammit 2017’’ yә ev sahibliyi edәcәk.

Sammitә 50 ölkәdәn 2 min nümayәndәnin   qatılması  gözlәnilir.

Rusiya və İslam Əməkdaşlıq Təşkilatının  üzv ölkәlәrinin  dә  iştirak etdiyi Beynəlxalq İqtisadiyyat Sammiti  ilk dəfə 2009-ci ildə  Kazanda təşkil olunmuşdu.

Bu tarixdən etibarən  sammit Rusiya Federasiya Şurası və Tatarıstan Respublikası Hökumətinin  tәşkilatçılığı ilә keçirilir.

Sammitin mәqsәdi  Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı arasında ticari- iqtisadi, elmi-texnoloji, sosial və mədəni əlaqələri inkişaf etdirməkdir.

Sammitdә  200-dәk   jurnalistin iştirak etmәsi nәzәrdә tutulur.

Təşkilatçıların verdiyi məlumata görə, ‘‘Kazan Sammit-2017’’-yә   Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Tunisin investisiya və beynəlxalq әməkdaşlıq naziri Məhəmməd Abdelkefi, Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Əhməd Әl Saleh dә qatılacaq.

Sammitә Birləşmiş Ərəb Əmirliklərində hər il keçirilən ən böyük investisiya forumu ‘‘Annual Investment Meeting’’in  sədri Davud әl Şazavinin də  qatılması  gözlənilir.



Әlaqәli Xәbәrlәr