Referendumdan sonra iqtisadiyyatda görüləcək işlər

Türkiyə xalqı 16 Aprel referendumunda Hökumət sistemində dəyişikliklərin aparılmasına “hə” dedi və bu qərar Türkiyənin siyasi və iqtisadi sabitliyinin davamı üçün dönüş nöqtəsi oldu.

733067
Referendumdan sonra iqtisadiyyatda görüləcək işlər

Türkiyə xalqı 16 Aprel referendumunda Hökumət sistemində dəyişikliklərin aparılmasına “hə” dedi və bu qərar Türkiyənin siyasi və iqtisadi sabitliyinin davamı üçün dönüş nöqtəsi oldu. Yeni sistem dövlət idarəçiliyi ilə bərabər iqtisadiyyatda da bir sıra dəyişiklikləri və yenidənqurmaların həyata keçirilməsini nəzərdə tutur. İqtisadi inkişafın qarşısındakı maneələrin aradan qaldırılması və yüksək böyümə rəqəmləri yeni sistemin tətbiqi zamanı əldə olunması planlaşdırılan hədəflərdir.

Yeni sistemin ölkəyə verəcəyi imkanlar dəyərləndirilir. Bu məqamda  iqtisadi sahədə izlənəcək yol xəritəsi kritik əhəmiyyat daşıyır. Qarşıdakı dəyişiklik prosesində konstruktiv islahatlar siyasətinə böyük ehtiyac vardır. Çünki iqtisadi böyümə rəqəmlərinin atırılmasını və bu rəqəmlərin stabil qalmasını təmin etmək üçün  effektiv və keyfiyyətli iş mühitinin yatradılması başlıca şərtlərdən biridir.

2016-cı ildə 12,7 % olan işsizlik nisbətinin azaldılması üçün məşğulluq sahəsində səfərbərliyin elanı və hədəflənən 2 milyon iş yeri rəqəminin əldə olunması ilə bağlı siyasətlər həyata keçirilməlidir.

Xüsusilə, 2016-cı ildə 24% olan gənc işsizliyi nisbətinin azaldılması və qadınlar üçün iş yerlərinin çoxaldılması istiqamətindəki işlər sürətləndiriılməlidir.

 Referendumun nəticəsi xalqın yeni sistemlə daha sabit bir yolda irəliləyəcəyinə inamının göstəricisidir. Bləliklə, ölkəyə cəlb olunacaq xarici sərmayələr artacaq, yerli və xarici sərmayədarlar  əsas prinsipləri sabitlik və təhlükəsizlik olan yeni sistemə daha sürətlə inteqrasiya olacaqlar.

Türkiyədə yeni sistem ilə böyümə hədəflərinin əldə olunması üçün dördüncü sənaye inqilabı həyata keçirilməlidir. Bu gün Türkiyənin bütün yerli istehsalçıları dünya sənayesində yeni dövrün qapısını açan rəqəmsal texnologiyaya əsaslanan Sənaye 4.0-ə uyğunlaşmalıdırlar.

Ölkədəki siyasi stabilliyin xarici istehsalçıların ən aktiv olduğu sektorlardan biri olan maliyyə sektorunda əks olunması böyük əhəmiyyət kəsb edir. Bu prosesdə qarşıya qoyulan məqsəd valyuta bazarlarında Dollar/Tl məzənnəsinin stabilləşməsi və bu vəziyyətin uzun müddət davam etməsidir.

Xarici sərmayədarlaırın ölkənin enerji sektorundakı fəaliyyətləri yaxından təqib eilməlidir. Geriyə nəzər salınsa, son 10 ildə orta rəqəmlə 44 milyard dollarlıq enerji idxal olunduğu görünər. Bu isə olduqca yüksək rəqəmdir.

Günümüzdə yerli enerj mənbələrinə ehtiyac hər gün daha da artır, və bu isitiqamətdəki işlərin böyüməsi yeni ümidlər vəd edir. Bərpa oluna bilən enerji məsələsində müəyyən mərhələnin əldə olunması, enerji istehsal edən stansiyaların yüklərinin azaldılması, müxtəlif növ enerjidən istifadə olunması üçün atom elektrik stansiyalarının inşası və bu sahədə həyata keçiriləcək yerli və xarici sərmayələr böyük əhəmiyyət kəsb edir. Türkiyə cari kəsiri enerji idaxlından asılılığını azaldaraq və yerli istehsala üstünlük verərər böyük nisbətdə azalda biləcəkdir. Eyni zamanda, milli enerji siyasətində ortaya qoyulan 10 illik strateji hədəflər Türkiyəni bölgəsinin qabaqçıl ölkələrindən birinə çevirəcəkdir.

Yeni sistemə keçid prosesində iqtisadiyyatda uzun perspektivli və sabitliyə əsaslanan siyasətlərin müəyyən olunması tətbiq olunacaq islahatların davamlılığı baxımından vacibdir. İqtisadi böyüməni dəstəkləəyən bu təşəbbüslər sağlam makroiqtisadi göstəricilərin əldə olunmasına müsbət şəkildə təsir edəcəkdir. Türkiyə iqtisadiyyatının sənaye, maliyyə, məşğulluq sahələrində və enerji sektorunda həyata keçiriləcək əhatəli yenidənqurma işləri gələcəkdə daha sağlam iqtisadi təməllər üzərində dayanan Türkiyənin özülünü təşkil edəcək.

 

 

 

 



Әlaqәli Xәbәrlәr