Türkiyədə referendum və nəticələri

Yeni konstitusiya və icra iki başlılığı Türkiyədə uzun illərdir müzakirə edilən mühüm mövzulardan biri idi. Türkiyə bununla bağlı 16 apreldə referenduma getdi.

Türkiyədə referendum və nəticələri

  Türkiyədə referendum və nəticələri. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Türkiyə bir tərəfdən DAEŞ, PKK, FETÖ kimi terror təşkilatları ilə var-qüvvəsiylə mübarizə aparır, digər tərəfdən 15 iyul 2016-cı ildə yaşanan çevriliş cəhdinin yaralarını sarımağa çalışır.

  15 İyul hadisəsini meydana gətirən risklər hələ də davam edir. Bu cür riskləri aradan qaldırmaq və Türkiyə Respublikasına nəfəs aldırmaq üçün Ədalət və İnkişaf Partiyası (AK Partiya) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) birlikdə konstitusiya dəyişikliyi layihəsi hazırladılar. Bu dəyişikliklər 16 apreldə Türkiyə vətəndaşlarının təsdiqinə təqdim edildi. Referendumun nəticəsində 51,41 nisbətilə lehinə qazanıldı. Bununla da Türkiyə konstitusiya dəyişikliyini qəbul etdi.

  Türkiyə Respublikasında bu gün qüvvədə olan 1982-ci il konstitusiyası, xüsusilə, dövlət başçısının səlahiyyət və məsuliyyətlərinə klassik parlament sistemindən bir çox çatışmazlıqlar miras qoyub. 1982 konstitusiyasının içindəki çevrilişetmə ruhu bu günə qədər edilən 18 fərqli dəyişikliyə baxmayaraq aradan qalxa bilmədi. 2014-cü ildə dövlət başçısının Türkiyədə ilk dəfə xalq tərəfindən seçilməsi sistemdəki böhranı dərinləşdirdi. Səlahiyyət və məsuliyyət paradoks sistem böhranını ortaya çıxardı.

  12 sentyabr 1980-ci il çevrilişindən başlayan, 15 iyul 2016-cı il çevriliş cəhdinə qədər uzanan zaman dilimi konstitusiya normalarını, vəzifə və səlahiyyətləri aşdığı üçün ciddi bir konstitusiya dəyişikliyi tələbatı meydana gəldi.

  AK Partiya və MHP-nin hazırladığı və referendumda qəbul edilən konstitusiya dəyişikliyi layihəsinin məzmunu ümumi olaraq belədir:

  Yeni konstitusiya dəyişikliyi ilə hökumət sistemində dəyişiklik edilir. Hakimiyyətdəki iki adamlı icra ortadan qalxacaq. İcra səlahiyyətləri yalnız prezidentə aid olacaq.

   Qanunvericilik səlahiyyəti Türkiyə Böyük Millət Məclisinə (TBMM) verilir. Qanunvericilik və icra anlayışları bir-birindən ayrılır. Prezidentin hərəkətləri və hüquqi toxunulmazlığı sona çatır. Yalnız vətənə xəyanət deyil, hər cür qeyri-qanuni hərəkəti cinayət və siyasi məsuliyyət sayılır. Qanunvericilik və icra diqqətə çarpan şəkildə bir-birindən ayrıldığı üçün Türkiyə Respublikası vətəndaşları iki fərqli seçkidə bir səs verərək icraçını birbaşa seçə biləcək.

  Hökumətin siyasi partiyası ilə böyük səs üstünlüyünə malik digər siyasi partiyanın bərabərhüquqlu olma zərurəti aradan qalxacaq. Prezidentin öz siyasi partiyası ilə əlaqəsinin kəsilməsi hökmü də aradan qaldırılacaq.  

  Seçilmə yaşı 18-ə enəcək, bununla Türkiyə gənclərinin siyasətə qapısı açılacaq.

  Türkiyə Böyük Millət Məclisinə millət vəkili sayı 600-dən yuxarı olacaq, yəni Məclisin təmsil gücü artacaq.

  Prezident sərəncamları qanun hökmü daşımayacaq. Fərmanlar qanunla təşkil edilən mövzulara aid ola bilməyəcək. TBMM eyni mövzuda qanun və qərar çıxararsa, əvvəlkilər etibarsız sayılacaq. Eyni zamanda, sərəncamlar Konstitusiya Məhkəməsinin yoxlamasına təqdim ediləcək. Ali Məhkəməyə sövq asanlaşacaq. Yəni konsitusiyaya icra nəzarət gücü artacaq.

  Türkiyə Böyük Millət Məclisi və Prezident seçkiləri 5 ildə 1 dəfə və eyni gündə keçiriləcək. Prezident seçkilərin yenidən keçirilməsini istəyərsə, öz vəzifəsi sona çatmış sayılacaq.

  Məhkəmənin müstəqil və tərəfsiz qalması da konstitusiya maddələrində əks olunur. 13 üzvdən ibarət olacaq Hakimlər və Prokurorlar Ali İdarəsinin (HSK) 7 üzvünü ilk dəfə TBMM seçəcək.

  Türkiyədə yeni konstitusiya sisteminin ən mühüm dəyişikliklərindən biri icraçını birbaşa xalqın seçməsidir. Yeni sistemdə qanunvericiliklə icra bir-birindən ayrıldığı üçün hökumət artıq Məclis içindən müəyyən olunmayacaq, qərarı xalq verəcək.

  Yeni sistemlə əlaqədar “tək adam idarəsi” fikirləri var. Əksinə, yeni sistemin gətirdiyi güclü tarazlıq və nəzarət mexanizmləri sayəsində avtoritar rejim qəti şəkildə mümkün deyil. Çünki icra hakimiyyətinin bütün iş və əməliyyatları mühakimənin yoxlamasına tabe olacaq.

  Edilən tənzimləmələr böhranların qarşısını alacaq və hakimiyyətlə vətəndaşlar arasında ortaq məxrəci daha da yaxınlaşdıracaq.

  Nəticə olaraq 15 iyulda çevriliş cəhdilə Türkiyə yolayrıcından müvəffəqiyyətlə keçdi. Dövlətin güclü olmadığı, sürətli qərarlar verə bilmədiyi, hüquqi qarmaqarışıqlığın hökm sürdüyü, rəhbərlikdə hərəkət məhdudiyyəti Türkiyənin 2023 və 2053 hədəflərinə maneə idi. Ona görə AK Partiya və MHP bunu xarici qüvvələrin deyil, Türkiyə vətəndaşlarının dəstəyilə etdi. Türkiyə dövlətinin gələcəyilə bağlı son qərarı verdi, gələcəyini zəmanət altına aldı.



Әlaqәli Xәbәrlәr