Türkiyə və Çinin Orta Asiya siyasəti

Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Çin və Rusiyanın ortaq Türküstan siyasəti açıq aydın görünür. İki ölkə arasında ciddi iqtisadi hakimiyyət mübarizəsi gedir.

Türkiyə və Çinin Orta Asiya siyasəti

Türkiyə və Avrasiya Gündəmi 16/2017

  İctimai diplomatiya Türküstan, yəni Orta Asiya bölgəsində Türkiyə üçün əhəmiyyətli xarici siyasətdir. Biz bugünkü “Türkiyə və Avrasiya gündəmi” verilişində Türkiyə və Çinin Orta Asiyadakı ictimai diplomatiyasını müqayisə edəcəyik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, mən Sevda Mirzə oxuyur.

  Çin Türküstanı tarixən təsir sahələrindən biri olaraq görür. İqtisadiyyatıyla birlikdə enerji ehtiyacı da sürətlə artan Çin üçün Orta Asiya, eyni zamanda, təhlükəsizlik siyasəti baxımından əhəmiyyətlidir.

  Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Çin və Rusiyanın ortaq Türküstan siyasəti açıq aydın görünür. İki ölkə arasında ciddi iqtisadi hakimiyyət mübarizəsi gedir.

  Türkiyə Orta Asiya ölkələrinin müstəqil respublika varlığını qorumasını, siyasi və iqtisadi sabitliyə sahib, öz aralarında və qonşularıyla əməkdaşlıq içində, beynəlxalq cəmiyyətlə inteqrasiya şəklində və demokratik dəyərləri hifz edən dövlətlər olaraq dəstəyir. Türkiyə bu siyasətilə bölgə ölkələrinin ortağı ola bildi.

  Türkiyənin bölgəyə ictimai diplomatiya fəaliyyəti mədəniyyət, təhsil, media və inkişaf yardımları əsasında qurulub. Bu baxımdan atılan ilk addımlardan biri 1993-cü ildə yaradılan, qısa adı TÜRKSOY olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatıdır.  Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla yanaşı Şimali Kipr Türk Respublikası, Rusiya Federasiyasına bağlı 6 muxtar respublika və Moldoviyaya bağlı Qaqauz muxtar respublikası da müşahidəçi ölkə qismində TÜRKSOY-un üzvləridir.

  Çin Orta Asiyada yumşaq güc inşa etməyə çalışır. Siyasi vasitələri isə Şanxay Əməkdaşlıq Təşkilatı, hərbi manevrlər, terrora qarşı birgə mübarizə, sərhəd bölgəsi ticarət əlaqələri, Orta Asiya Sərbəst Ticarət Sahəsi və Yeni İpək Yolu Layihələridir.

  Çin hökuməti tərəfindən inşa edilən təbii qaz boru xətləri Türküstanın regional inteqrasiyasını dəstəkləyir, digər tərəfdən buradakı dövlətlərin suverenliyinə narahatlıq da yaratmış olur.

  Qazaxıstan və Türkmənistanın Çinin neft və təbii qaz boru xətləri sayəsində Moskvaya olan asılılıqları azalır. Bu minvalla 2020-ci ildən etibarən Çin Orta Asiyadan çıxan neft və təbii qazın ən böyük müştərisi olur. Qırğızıstanda Çinin maliyyəsi ilə qurulan neftayırma zavodu vasitəsilə də Rusiyanın yanacaq monopoliyası qırılmış görünür.

  İctimai diplomatiya anlayışına təbliğat məqsədilə yaxınlaşan Çin bununla əlaqədar daha çox Dövlət Şurası İnformasiya Ofisi və HANBAN - Beynəlxalq Çin Dili Şurası vasitəsilə çalışır. HANBAN Konfüçyus İnstitutlarının ana mərkəzi olaraq fəaliyyət göstərir. Olduqları yerlərdə Çin dili tədrisi və Çin mədəniyyətinin təbliği işlərini görən bu mərkəzlər, eyni zamanda, təqaüdlər paylayaraq Çinə tələbə cəlb edir. Tələbə mübadilə proqramları və verilən müxtəlif təqaüdlərin 75 faizi Asiya mənşəli 150 ​​mindən çox tələbənin Çinə təhsil almağa gəlməsini təmin edilir. Foreign Affairs University-nin qurulması ilə də xarici diplomatlar üçün üç ay ərzində formalaşma proqramı başlanılıb. Beləcə, gələcəyin siyasət müəyyən edənlərin gözündə müsbət bir Çin imici yaradılır.

  Türkiyə isə Orta Asiya əlaqələrində təhsil fəaliyyətlərinə xüsusi əhəmiyyət verir. 1992-ci ildən bu günə qədər Türkiyə türk soylu respublikalardan minlərlə tələbə qəbul edib. Bundan başqa, Türkiyə türkcəsinin yayılmasıyla bağlı Yunus Emre İnstitutu Astana və Bakı mərkəzləri üzərindən Orta Asiya və Qafqaz bölgələrində fəaliyyət göstərir. 1997-ci ildən isə Bişkekdə Qırğızıstan-Türkiyə Manas Universiteti fəaliyyət göstərir. Türk Dünyasının ilk ümumdövlət universiteti olan Əhməd Yəsəvi Universitetinin təlim-tədris və araşdırma fəaliyyətləri isə Qazaxıstandakı mərkəzdə həyata keçirilir.  

  Türkiyə Milli Təhsil Nazirliyinə bağlı da bölgədə müxtəlif təhsil ocaqları var.

  Amma Çinin türk soylulara münasibəti, siyasəti fərqlidir. Sadə el dilində “Uyğurlar ölkəsi” adlandırılan Şərqi Türküstanda, yəni Çinin Sincan Uyğur Muxtar bölgəsində hökumət bu bölgədə yaşayan qazax və qırğızlara imtiyazlar verir, amma uyğurlara qarşı etnik ayrı-seçkilik siyasətini ağır şəkildə davam etdirir. Müxtəlif təqaüd proqramları ilə Çinə dəvət edilən Orta Asiyalı tələbələr də əsasən Çinin Uyğur Sincab bölgəsindəki universitetlərdə yerləşdirilir.

Çin bu siyasəti ilə bölgədəki uyğur şəxsiyyətini sıxışdırma və Türküstanla iqtisadi inteqrasiyasını təmin edərək İpək Yolu Layihəsinə infrastruktur hazırlama məqsədi daşıyır. Eyni zamanda, Sincan Uyğur Muxtar Bölgəsi Təbliğat Ofisi tərəfindən qurulan və Çinin bölgəylə əlaqədar təbliğatını yayan Tanrıdağı / Tiyanşannet adlı veb saytı da var ki, həm Türkiyə türkcəsində, həm rus, həm də uyğur dillərində yayımlanır.

  Türk Əməkdaşlıq və İnkişaf Agentliyi olan TİKA-nın Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda səhiyyə, turizm, meşə təsərrüfatı, əkinçilik və heyvandarlıqla bağlı təlim layihələri var.

  21 mart 2009-cu ilin martından (21 mart) isə ümumtürk dünyasının ortaq səsi olmağı hədəfləyən TRT Avaz da Türkiyənin Orta Asiyaya istiqamətli ən mühüm investisiyalarından biridir.

TRT-nin Xarici Yayımlar İdarəsi, yəni “Türkiyənin səsi” radiosu da müxtəlif türk dillərində - Azərbaycan, qazax, qırğız, türkmən, özbək, tatar və uyğurca radio internet proqramları yayımlayır.

  Qırğızıstanda 15, Qazaxıstanda 4, Özbəkistanda 2 və Tacikistanda 1 Konfüçyus Mərkəzi açan Çin isə həm də Çin Beynəlxalq Radiosunun (CRI) yerli dillərdə hazırladığı yayımlarla Orta Asiyanı təsiri altına almağa çalışır.

  Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası və Türkiyə Cümhuriyyəti Orta Asiyada təsir qüvvəsi yaratmaq istəyir. Təkcə Türkiyə ictimai diplomatiyası tarixi ənənəsindən bəslənərək humanitar və özünəməxsus model yaratmaqdadır. Göründüyü kimi, Türküstan, yəni Orta Asiya bölgəsində ictimai diplomatiya Türkiyə üçün də əhəmiyyətli xarici siyasətdir.



Әlaqәli Xәbәrlәr