İstanbul Texniki Universiteti

242 yaşı olan İstanbul Texniki Universiteti (İTÜ) mühəndislik və memarlıq sahələrində ixtisaslaşmış ali təhsil məktəbidir.

İstanbul Texniki Universiteti

Türkiyǝ Universitetlǝrindǝ Tǝhsil 12/2017

  Türkiyədə təhsil almaq istəyən gənclərə bugünkü “Türkiyədə universitet təhsili” rubrikasında  ölkənin tanınmış təhsil ocaqlarından biri olan İstanbul Texniki Universitetindən danışacağıq. Mətni Mücahit Türköne yazıb, mən Sevda Mirzə tərcümə edərək oxuyur.   

  242 yaşı olan İstanbul Texniki Universiteti (İTÜ) mühəndislik və memarlıq sahələrində ixtisaslaşmış ali təhsil məktəbidir.

  İstanbul Texniki Universiteti iki əsrdən artıq keçmişiylə elm, texnologiya, sənət və idmanla marka olmuş bir universitetdir. Bir tərəfdən tarixi köklü keçmişi, bir tərəfdən də gələcəyə yönəlik yeni araşdırmalarıyla tanınır. Saysız-hesabsız texnoloji kəşfləri var. Dünyanın qabaqcıl texniki universitetlərindən biridir.

  İstanbulun mərkəzində 5 ayrı-ayrı şəhərcikdə təhsil verən universitet əksər nəqliyyat imkanlarına malikdir. 360 laboratoriya və 13 araşdırma mərkəzi var.

  İstanbul Texniki Universiteti 23 Akkreditasiya Mühəndislik Proqramıyla dünyanın ən çox akkreditasiya imkanlarına malik olan Universitetidir.

  Beynəlxalq Ortaq Bakalavr Proqramına qatılan tələbələr təhsillərinin yarısını Amerika Birləşmiş Ştatlarında tamamlayaraq cüt diplom sahibi də ola bilir. Bir çox fakültələrdə təhsil Türkiyə türkcəsi və ingiliscə olmaqla paralel dillərdə keçilir.

  İstanbul Texniki Universiteti, eyni zamanda, 900-dən çox müqavilə ilə Türkiyənin Avropa İttifaqı ilə ən çox tələbə mübadilə proqramı olan bir universitetdir.

  ARI Teknokent şəhərciyində həyata keçirilən 200-ə yaxın Ar-Ge layihəsi ilə elm, sənaye və texnologiya yuvası olan universitet müxtəlif ölkələrdən xarici tələbələri də qəbul edir.

  Mühəndislik və memarlıq fakültələrində təhsil almaq istəyən xarici gənclər üçün İstanbul Texniki Universiteti perspektivli variantlardan biridir.

  Tarix boyu 3 imperatorluğa paytaxt olmuş İstanbulun qədim və müasir həyatı içində universitetdə oxumaq sizin həm də dünyagörüşünüzü dəyişdirəcək. İstanbul Texniki Universiteti ilə bağlı ətrafı məlumat almaq üçün Türkiyə türkcəsində və ingilissə http://www.itu.edu.tr internet adresinə müraciət edə bilərsiniz.  

 



Әlaqәli Xәbәrlәr