Türkiyədə Milli Enerji və Mədən Siyasəti

Türkiyə böyük bir ilkin astanasındadır. Ölkə həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə tətbiq olunacaq yeniliklərin ərəfəsindədir.

Türkiyədə Milli Enerji və Mədən Siyasəti

Türkiyə böyük bir ilkin astanasındadır. Ölkə həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə tətbiq olunacaq yeniliklərin ərəfəsindədir.

 "Müstəqil enerji, güclü Türkiyə" şüarı ilə yola başlayan yeni Milli Enerji və Mədən Siyasəti Türkiyəyə enerji məsələsində əhatəli bir yol xəritəsi çəkərək, onu beynəlxalq sistemdə tutduğu mövqedən daha da irəli aparmaq məqsədini güdür.

Hazırda ölkənin Milli Enerji və Mədən Siyasəti üç əsas maddənin üzərində qurulmuşdur: Bunlar, enerji təhlükəsizliyini təmin etmək, yerli enerjiyə istiqamətlənmək və enerji bazarı yaratmaqdan ibarətdir. Bu üç maddənin məzmunu və prinsipləri enerji sektorunun bütün aktyorlarını yaxından maraqlandırır.

 Beləliklə, Türkiyədə tam formalaşmış və geniş enerji siyasəti yürüdülməkdədir. Bu siyasət bir tərəfdən Türkiyənin enerji sahəsində istehsaldan istehlaka qədər görülməli olan bütün işləri  addım-addım açıqlayır, digər tərəfdən də ölkənin malik olduğu resurslardan istifadə edilməsi üçün geofiziki və geokimyəvi xəritələrin yaradılmasına qədər müxtəlif fəaliyyətlər həyata keçirir.

Bəs bu gün Türkiyənin Milli Enerji və Mədən Siyasətinə nə üçün ehtiyacı var?

 Bunun bir neçə səbəbi vardır.

 Türkiyənin son 15 ildə iqtisadiyyatda həyata keçirdiyi dəyişikliklərin və yenidənqurma işlərinin enerji sahəsində də əks olunması;

  Orta gəlirli ölkələr qrupundan yüksək gəlirli ölkələr qrupuna keçilməsi;

  Daha yüksək ümumi daxili məhsul göstəricilərinə nail olunması və dünyanın ilk 10 iqtisadiyyatından birinə çevrilməsi və bu səbəbdən enerjinin daha az məsrəflə əldə edilməsi;

  Enerji xərclərində meydana gələn dalğalanmaların iqtisadiyyata mənfi təsir göstərməməsi;

 İdxal enerjiyədən  asılılığın 70%  azaldılması;

Yerli enerji ehtiyatlarının səmərəli şəkildə istifadəyə verilməsi;

 Aralıq və Qara dənizlərdə neft və təbii qazın geoloji axtarışı və kəşfiyyatı işlərinin aparılması;

Enerji təminatı məsələsində  müxtəlif ölkə və mənbələrdən istifadə olunması;

Təbii qaz təminatında hər hansı siyasi və ya texniki problemə görə yarana biləcək riskləri azaltmaq üçün qaz saxlama qabiliyyətinin artırılması;

 Enerji hasilatı və istehlakında yerli sənayenin rolunun artırılması;

 Elmi-Tədqiqat və Təcrübi-Konstruktiv Fəaliyyətlərin enerji sektorunda da aktivləşdirilməsi və rəqabətə davamlı bir sistemin qurulması;

 Özəl sektorun enerji sahəsindəki rolunun artırılaraq Türkiyənin qlobal enerji sistemində güclü aktyora çevrilməsinin təmin olunması;

Ən başlıcası, Türkiyənin enerji ticarəti mərkəzi olması üçün belə bir siyasətə ehtiyac vardır.

Türkiyə son 10 il ərzində idxal etdiyi enerji mənbələrinə ildə orta hesabla 44 milyard dollar, mədən resurslarına isə, 10,6 milyard dollar xərcləyib. Yəni, idxal enerji və mədən resurslarının ümumi illik xərci təxminən 55 milyard dollar səviyyəsindədir. Bu yüksək məbləğ bariz şəkildə iqtisadiyyatda əks olunur. Ölkənin keçmişdəki kimi ziddiyyətli hallarla yenidən qarşılaşmaması üçün, yəni iqtisadi böyümə artdığı halda enerji xərcləri də artır deyə, iqtisadi böyümədə ləngimənin baş verməməsi üçün  bu lövhənin dəyişdirilməsi lazımdır. Bu məsələni həll etmək üçün yalnız enerji məsələsi ilə məhdudlaşmamalı, böyüyən Türkiyənin iqtisadi infrastrukturu, özəl sektoru və sənayesinin daha da inkişaf etdirilməsi, regional və qlobal səviyyəli aktyora çevrilməsi üçün hərtərəfli bir siyasət yaradılmalıdır.

Məhz bu siyasət Türkiyəni zəngin ölkələr səviyyəsinə qaldıracaqdır.



Әlaqәli Xәbәrlәr