Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk xəbərimiz  Türkmәnistanla bağlıdır.

Türkiyə və Türkmənistan arasında diplomatik  münasibәtlәrin yaradılmasının 25-ci ildönümü münasibәtilә Aşqabadda konfrans keçirilib. 

Türkiyәnin Aşqabaddakı  səfirliyi və Türkmənistan xarici işlər nazirliyinin tәşkilatçılığı ilә keçirilәn konfransda  iki ölkә arasındakı  münasibətlərin  keçmişi və bu günü qiymətləndirilib, gələcək perspektivlərə dair  təkliflər səsləndirilib.

Konfransdan әvvәl  Türkiyәnin  Aşqabaddakı səfiri Mustafa Kapucu və Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Baba Zahirov iki ölkə arasındakı müsbət  әlaqәlәrini  әks etdirәn  foto sərginin açılışını ediblәr.
Konfransda açılış nitqi ilә çıxış edәn Türkiyәnin Aşqabaddakı sәfiri Mustafa Kapucu 1991-ci il dekabrın 16-da Türkmәnistanın müstәqilliyini tanıyan  vә 1992-ci il fevral ayının 29-da bu ölkә ilә diplomatik әlaqәlәr yaradan ilk ölkәnin Türkiyә Cümhuriyyәti olduğunu diqqətə çatdırıb. 
Konfransda ODTÜ üniversitetinin  müəllimi  Prof. Dr. Oqtay Tanrısevәr, QAZİ universitetinin müəllimi Dosent. Dr. Bekir Tümen Somuncuoğlu ilə Türkmənistan Beynəlxalq  Münasibətlər İnstitutunun müəllimləri Altın  Mahtumova və Koçmurat Atayev məruzə ilə çıxış ediblər.

Çıxışlarda türkmәn vә türk xalqları arasındakı qardaşlıq tellərinə әsaslanan ortaq mәdәniyyәtin әhәmiyyәti vurğulanıb, hәmçinin Türkmәnistana yatırılan investisiyalar, Avaza turizm zonasının inşasında Türk şirkәtlәrinin oynadığı  rol  vә TİKA-nın  hәyata keçirdiyi layihәlәrdən də danışılıb. 

Konfransda Aşqabaddakı xarici missiya nümayәndәlәri, Beynәlxalq Münasibәtlәr İnstitutu vә Bəşəri Elmlər universitetinin müәllim vә tәlәbәlәri, hәmçinin Türkmәnistanda yaşayan  Türkiyә  vәtәndaşları ilә Aşqabad Türk-Anadolu liseyinin şagirdlәri iştirak ediblәr.

Hörmətli oxuçularımız  tarixi ‘‘İpək Yolu" mədəniyyət turizmi  ilә canlanacaq. Türk Şurası tәrәfindәn  tarixi İpək Yolunu canlandırmaq üçün hazırlanan  turpaket   tәqdim edilib.

Türk Şurasının baş katibi səfir Ramil Həsənov, keçirilən mətbuat konfransında  mədəniyyət turizmi mövzusunda alternativ yerlәr axtarışında olanlar üçün xüsusi bir plan hazırladıqlarını bildirib.

Ramil Həsənov  Türk Şurasına üzv ölkələr olan Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın layihəyə dövlət başçıları səviyyəsində dəstək verdiklərini, özlərinin də bu dəstəyə qoşulacaqlarını bildirib.

R. Həsənov hәmçinin  İpək Yolu ilә bağlı müxtəlif layihələrin həyata keçirildiyini xatırladıb. 

Mədəniyyət və ticarət turizmi sahəsində bölgədə ciddi bir boşluq olduğunu vurğulayan R. Həsənov Türkiyə Cümhuriyyəti Baş Naziri yanında  Tanıtma Fondu və Türk Hava Yollarının  sponsorluqları ilә hәyata keçirilәcәk  layihənin  eyni tarixi kökdən gələn  qardaş ölkələr arasında könül bağı yaradacağına inamını ifadə edib. 
İlk növbәdә  jurnalistlər, turizm şirkәtlәrinin   nümayəndələri və tədqiqatçılara bölgәni gәzdirәcәklәrini  bildirәn R.Hәsәnov deyib ki, dəvətimizin mәqsәdi onların turla bağlı təklif və iradlarını bizә bildirmәlәridir. Belə olan halda  biz turla bağlı maneələri daha aydın görərək gözəl bir nəticə  әldә etmәk  və nöqsanların aradan qaldırılması üçün çalışacağıq.

Hörmətli oxuçularımız  son xәbәrimiz Qazaxıstanla bağlıdır.

Qazaxıstan latın əlifbasına keçməyə hazırlaşır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev  ölkəsinin 2025-ci ilə qədər tamamilə Latın qrafikasına  keçməsinin vacibliyini vurğulayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin   "Suveren Qazaxıstan" qəzetində dərc olunan məqaləsində deyilir:  "2025-ci ilə qədər bütün sənədlər latın əlifbası ilә  yazılmalı,  dərs kitabları və dövri nəşrlər latın qrafikası ilә dәrc olunmalıdır. Vaxt itirmədən bu işə başlamalıyıq’’.

Nazarbayev  hökumətə bu ilin sonuna qədər  qazax- latın əlifbasının yaradılması üçün göstəriş verdiyini qeyd edib.

Qazaxıstan prezidenti qeyd edib ki, 2018-ci ilə qədər yeni qazax əlifbasının və qrafikasının vahid standartı hazırlanmalıdır. 

Qeyd edәk ki,  Qazaxıstan  1929-cu ildәn  1940-cı ilәdәk  qazax- latın əlifbasını istifadə etmiş, daha sonra kiril əlifbasına keçmişdi.



Әlaqәli Xәbәrlәr