Türk İş Şurasının V Zirvə Toplantısı

Türk İş Şurasının 2017-ci il V Zirvə Toplantısı 3 apreldə Qazaxıstanın paytaxtı Astanada oldu.

Türk İş Şurasının V Zirvə Toplantısı

Türkiyə və Avrasiya Gündəmi 15/17

  Türk Şurasına bağlı Türk İş Şurasının V Zirvə Toplantısı oldu, Qazaxıstanın paytaxtı Astanada. Biz bugünkü “Türkiyə və Avrasiya gündəmi” verilişində Türk İş Şurası və fəaliyyətindən bəhs edirik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Türkdili Ölkələrin Dövlət Başçılarının 16 sentyabr 2010-cu il tarixli İstanbul Zirvə Toplantısında ortaq iş şurası yaradılması qərara alındı. Ticarət, sənaye, investisiya, texnologiya transferi, xidmət və digər iqtisadi sektorlarda əməkdaşlıq etmək məqsədiylə Türk İş Şurası quruldu.

  Türk İş Şurası 3 oktyabr 2009-cu il tarixində Naxçıvan Anlaşması ilə qurulan Türk Şurasının çətiri altında fəaliyyət göstərir. Vətəndaş və qeyri-kommersiya beynəlxalq təşkilatıdır. Üzv dövlətlərin iş adamları arasında ortaq fəaliyyətləri tanıtma xarakteri daşıyır. Toplantılarda ortaq danışıq dili ingilis və rus dilləridir.  

  Türk İş Şurası müəyyən mövzularla bağlı araşdırmalar aparır, üzv dövlətlərin iqtisadi inkişafını qabağa aparmaq üçün təkliflər verir, bununla da bir növ ünsiyyət qurma vəzifəsini yerinə yetirir.

  Türk İş Şurası Nizamnaməsinin ikinci maddəsinə görə, hədəflər bunlardır:

* Geniş ticarət, qarşılıqlı investisiya, əhatəli əməkdaşlıq və üzvlər arasında ortaq maraqların artmasını asanlaşdırmağı məqsəd qoyan layihə və proqramları inkişaf etdirmək;

* Daimi dialoq və müzakirə formaları mexanizmi yaratmaq üçün güclü təşkilati bağlar qurmaq;

* İş ehtiyacları, fürsətlər, problemlər və digər əlaqədar mövzular da daxil olmaqla ictimai və özəl sektorlar arasında dialoq mühiti təmin etmək;

* Üzv dövlətlər arasındakı iqtisadi əməkdaşlığın təsirli modeli olaraq ictimai və özəl sektor ortaqlığını genişləndimək;

* Üzv dövlətlər arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün əlverişli iş mühitinin yaradılmasına uyğun hüquqi və inzibati şərtləri dəstəkləmək;

* Hər üzv dövlətin ümumi iqtisadi vəziyyəti, investisiya imkanları, ticarət siyasəti və qanunvericilik dəyişiklikləri haqqında aktual məlumat mübadiləsi yaratmaq;

* İxtisaslaşmanı inkişaf etdirmək üçün personalların qarşılıqlı təlim kurslarının təşkil edilməsi;

* Sözü degən mövzularla bağlı xüsusi layihə və ortaq fəaliyyəti Türk Şurası ilə sıx əməkdaşlıq və müzakirələrlə davam etdirmək.

  Türk İş Şurası Nizamnaməsinin üçüncü maddəsinə nəzər yetirək. Türk Şurasının hər üzv dövləti öz ölkəsinin iş birliklərini təmsil edən milli bir təşkilat vasitəçiliyi ilə Türk İş Şurasına üzv olaraq qatılır. Məsələn, bu şəkildə:

* Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası,

* Atameken Qazaxıstan Milli İqtisadiyyat Palatası,

* Qırğızıstan Ticarət və Sənaye Palatası,

* Türkiyə Odalar və Birjalar Birliyi və

* Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası.

  Türk İş Şurasının 2017-ci il V Zirvə Toplantısı 3 apreldə Qazaxıstanın paytaxtı Astanada oldu. Türk Şurasının Baş katibi Ramil Həsənovun sədrliyilə keçirilən yığıncaqda Türkiyə Odalar və Birjalar Birliyinin sədri Rifat Hısarcıklıoğlu, Azərbaycan İş Adamları Konfederasiyasının sədri Məmməd Musayev, Qırğızıstan Ticarət və Sənaye Palatasının sədri Marat Şarşekeyev, Qazaxıstan Sahibkarlar Palatası İdarə Heyətinin sədri Ablay Mırzahmetov iştirak edirdi.

  Texniki mütəxəssislər səviyyəsində işlərin aparılması, Türk Şurası iş portalından üzv ölkələrin faydalanması, Türkiyə Odalar və Birjalar Birliyi tərəfindən Qırğızıstan, Qazaxıstan və Azərbaycan mütəxəssislərinə seminarlar keçilməsi məsələləri müzakirə olundu. Yığıncaq çərçivəsində Qazaxıstan Sahibkarlar Palatası ilə Türkiyə Odalar və Birjalar Birliyi arasında əməkdaşlıq və ortaq palata yaradılması üçün protokol imzalandı.

  Qazaxıstanla Türkiyə arasında əlaqələr hal-hazırda strateji səviyyədədir. Bu əlaqələrə Qırğızıstan və Azərbaycan, sonra isə Özbəkistan və Türkmənistanın da daxil edilməsi bütövlükdə türk dünyası üçün çox faydalı olacaq.

  Artıq Türk Şurasının özünəməxsus daşıma dəhlizinin yaradılması zamanı çoxdan çatıb. Xəzər dənizi üzərindən yaradılacaq dəhliz regional və qlobal ticarət üçün ana damarlardan biri olma potensialına malikdir.



Әlaqәli Xәbәrlәr