Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

715471
Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk xəbərimiz  Qazaxıstanla bağlıdır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev  terror təşkilatı DEAŞ-ın sıralarına qoşulanların vәtәndaşlıqdan çıxarılacağını bildirib.

Bu barәdә  Nursultan Nazarbayev  MİR 24 televiziya kanalına müsahibәsindә  deyib.

DEAŞ-ın sıralarına qoşulanların avtomatik  olaraq  vәtәndaşlıqdan çıxarılacağını  deyәn  ölkә başçısı bunun mәcburi tәdbir olduğunu  bildirib. O,  Qazaxıstandan 500-600, keçmiş Sovetlər İttifaqına üzv ölkәlәrdәn isә   5 minə yaxın adamın  DEAŞ-a qoşulduğunu qeyd  edib.

 İnsanların terror təşkilatlarının sıralarına qoşulmasının qarşısını alınması istiqamətində tədbirlərin görülmәsinin әhәmiyyәtini vurgulayan prezident bildirib ki, DEAŞ-ın sıralarına  qoşulduqdan sonra ölkәyә  geri qayıdanlara qarşı qabaqlayıcı tәdbirlәr görməyə çalışsalar da bu tәdbirlәr nәticәsiz qalıb. Bu sәbәbdən də yeni tәdbirlәrin görülmәsi ilә әlaqәdar qәrar qәbul edilib.

Qeyd edәk ki, keçәn hәftә Qazaxıstanda  bәzi cinayәtlәrin qarşısını almaq üçün  vәtәndaşlıqdan çıxarma cәzasını nәzәrdә tutan  qanun layihәsi qәbul edilib.

Qazaxıstanla bağlı xəbərimizin davamı olaraq nəzərinizə çatdıraq ki, Abzal Saparbekuli  Qazaxıstanın Ankaradakı sәfiri vәzifәsinә tәyin olunub.

Qazaxıstan Respublikasının dövlәt başçısı Nursultan Nazarbayevin A. Saparbekulinin Qazaxıstanın Ankaradakı  sәfiri vәzifәsinә tәyin edilmәsi ilә bağlı sәrәncamı Prezident Aparatının rәsmi portalında yayımlanıb.

Ali tәhsilini Türkiyәdә tamamlayan  A. Saparbekuli  bu günәdәk  Türk Şurasının Baş Katibinin müavini  vәzifәsini icra edirdi.

Hörmətli oxuçularımız  növbәti xәbәrimiz Tatarıstanla bağlıdır.

Tatarıstanın paytaxtı Kazanda "Dəyişən Dünyada Türk Xalqlarının Ənənəvi Mədəniyyəti" adlı 1-ci beynәlxalq elmi  konfrans keçirilib.

Konfrans Tatarıstan Respublikasının  Mədəniyyət Nazirliyinın dәstəyi  vә  Ənənəvi Mədəniyyətin İnkişaf Etdirilməsi Dövlət Mərkəzi ilә  Qazaxıstanın  Dövlət Konservatoriyasının tәşkilatçılığı ilә keçirilib.

Elmi konfransın əsas məqsədi alimlәrin  diqqətini  Türk xalqlarının dil, folklor, etnoqrafiya, etnik musiqi, ədəbiyyat və tarixi ilə yanaşı, sosial-mədəni və ictimai-siyasi inkişafın aktual problemlərinə yönəltməkdir. 

Beynəlxalq elmi tədbirdə Azərbaycan, Altay,  Başqırdıstan, Dağıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkiyədən gələn görkəmli alimlәrlә yanaşı  Tatarıstandakı mədəniyyət mərkəzlərinin  başçıları, elmi-tәdqiqat  mərkəzlərinin ekspertləri, universitet rəhbərləri və müəllimləri iştirak ediblәr.

Fәrqli mövzularda  beş sessiyanın keçirildiyi konfrans çərçivəsində həmçinin Türk xalqlarının maddi olmayan dəyərlərinə həsr olunmuş dəyirmi masalar və sərgilər də təşkil olunub. 

Hörmətli oxuçularımız ilk  xəbərimiz  sıradakı xәbәrimiz Qırğızıstanla bağlıdır.

Türk Şurası Türk Universitetlər Birliyinin  Orhun  Prosesi üçün  hazırlıq iclası  Bişkekdə keçirilib. Qırğızıstan-Türkiyə Manas Universitetinin Rektoru  Professor Doktor Sebahatdın Balcının  ev sahibliyində və Türk Şurası  Baş Katibinin Müavini Dr. Ömər Kocamanın rәhbәrliyi ilə keçirilәn tәdbirdә  Birliyin Qırğızıstan-Türkiyə Manas Universitetinin Sədrliyi müddətində görülәn  işlər müzakirə olunub.

İclasda  1-ci  Türk Universitetlər Birliyi İdman Oyunları ilә bağlı  mәsәlәlәr  müzakirə  olunub vә oyunların 15-19 may tarixlərində Bişkekdə KTMU-nun ev sahibliyində keçirilməsi qərara alınıb.

Qırğızıstanla bağlı xəbərimizin davamı olaraq qeyd edək ki, bu ölkədə sәnayә istehsalının bu ilin ilk rübündə 35.9 %  artığı bildirilir.

Bu barәdә Qırğızıstan  Milli Statistika Komitәsi sәdrinin müavini Lüksina Tekeyeva  keçirdiyi mәtbuat konfransında  mәlumat verib.

L. Tekeyeva  ölkədə bu ilin ilk 3 ayında sənaye istehsalının keçən ilin müvafiq dövrü ilә müqayisәdә  35,9 %  artaraq  751 milyon 304 min 376 dollar  tәşkil etdiyini  bildirib.

Sənaye istehsalındakı artıma səbəb olan sektorlara toxunan L. Tekeyeva bu nәticәyә  metal filizləri, tәmizlәnmiş  neft məhsulları, qida və tekstil sayəsində nail olunduğunu deyib.

Hörmətli oxuçularımız  sonuncu xәbәrimiz Türkmәnistanla bağlıdır.

Aprelin 30-da Türkmәnistanda  ‘‘At Bayramı’’ qeyd olunacaq.

Məlumat üçün bildirək ki, Türkmənistanda 1992-ci ildən etibarәn hər il aprel ayının son həftəsində At Bayramı qeyd olunur.

At bayramına Türkmәnistanın  dövlət başçısı Gurbanguli Berdimuhammədovun dövründә xüsusi әhәmiyyәt verilib.  Türkmən lider  Ahaltəkə atlarının genetikasının qorunması və atçılığın inkişaf etdirilmәsinә xüsusi diqqәt yetirir.

Bayramın bu il tәntәnәli şәkildә qeyd olunması gözlәnilir.

26-29 aprel tarixləri arasında  atçılığın inkişafı ilə bağlı  beynəlxalq konfrans da keçiriləcək. Həftə boyu müxtəlif sərgilər, təqdimat mərasimləri təşkil olunacaq. 30 aprel tarixində  rəsmi bayram mərasimləri  ilә yanaşı çox sayda maraqlı tәdbirlərin keçirilməsi də nəzərdə tutulur.

Ahal vilayətinin Akbuğday rayonunda inşa edilən "Beynəlxalq At Karantin Mərkəzi" də istismara verilәcәk.



Әlaqәli Xәbәrlәr