Anadolu Universiteti

Həm Türkiyənin, həm də dünyanın böyük universitetlərindən biri olan Eskişehir Anadolu Universiteti şəhərin düz mərkəzində yerləşir.

Anadolu Universiteti

Türkiyǝ Universitetlǝrindǝ Tǝhsil 11/17

  Türkiyədə təhsil almaq istəyən gənclərə bugünkü “Türkiyədə universitet təhsili” verilişində ölkənin tanınmış təhsil ocaqlarından biri olan Eskişehir Anadolu Universitetindən danışacağıq. Mətni Mücahit Türköne yazıb, Sevda Mirzə oxuyur.   

  Həm Türkiyənin, həm də dünyanın böyük universitetlərindən biri olan Eskişehir Anadolu Universiteti şəhərin düz mərkəzində yerləşir. Və Eskişehirə elə mərkəzdə yerləşən ekspres qatarla gəlmək mümkündür, həm İstanbul, həm də Ankaradan eyni qədər məsafədir.

  Eskişehir gənc, müasir və böyük şəhərdir. Bu şəhər, eyni zamanda, tələbə şəhəri kimi tanınır.

  1982-ci ildən bu yana Anadolu Universiteti sürətlə inkişaf edir. Çağdaş, dinamik və yenilikçi bir universitet olaraq məşhurdur. Elə mərkəzdə olmaqla 2 korpusu var. Üçü qiyabi olmaqla 17 fakültə fəaliyyət göstərir. Dövlət Konservatoriyası və 30 Araşdırma Mərkəzi var. Keyfiyyətli qiyabi təhsillə bağlı Türkiyənin, sözün əsil mənasında lider universitetidir.

  Eskişehir Anadolu Universitetinin ən son texnologiya ilə təmin olunmuş otaqları var. Yaradıcı və dinamik təhsil mühiti tələbələri gələcəyin ən yaxşıları olmaq üçün yetişdirir.

  Universitetin hər iki korpusunda tələbələrə hər cür imkan var. Mərkəzi kitabxanasında 300 minə yaxın kitab və e-mail qaynaqları mövcuddur. 24 saat açıq olan universitet kitabxanasında dərs, kitab oxuyan tələbələrə gecə saat 12-dən sonra belə pulsuz çay, qəhvə və şorba verilir.

  Eşkişehirin Anadolu Universitetində tələbələr idmanın da hər növü ilə məşğul ola bilir. Böyük olimpik üzmə hovuzu da var.

  Tələbələr universitetin kafe və yeməkxanalarında keyfiyyətli günorta və axşam yeməkləri yeyə, müxtəlif xidmətlərdən istifadə edə bilirlər.

  Qısası, dünyanın dörd bir tərəfindən gələn tələbələrə ənənəvi türk qonaqpərvərliyilə qucaq açan Eskişehir Universiteti gənclərə uğurlu təhsil mühiti təqdim edir.

  Anadolu Universiteti ilə bağlı ətraflı nə məlumat almaq istəyirsinizsə, Türkiyə türkcəsi və ingilis dillərində olan www.anadolu.edu.tr saytına baxa, faydalana bilərsiniz.  



Әlaqәli Xәbәrlәr