Orta Şərq Texniki Universiteti

ODTÜ qısa adıyla məşhur olan universitet Türkiyənin paytaxtı Ankarada yerləşir.

Orta Şərq Texniki Universiteti

Türkiyǝ Universitetlǝrindǝ Tǝhsil 10/17

  Bugünkü “Türkiyədə universitet təhsili” verilişində ölkənin köklü təhsil ocaqlarından biri olan Orta Şərq Texniki Universitetindən danışacağıq. Mətni Mücahit Türköne yazıb, Sevda Mirzə oxuyur.   

  ODTÜ qısa adıyla məşhur olan universitet Türkiyənin paytaxtı Ankarada yerləşir. Qabaqcıl təhsil müəssisələrindən biri olan Orta Şərq Texniki Universiteti şəhər mərkəzinə yaxın yerdədir. Asan nəqliyyat yolu olan, korpusları yaşıllıqlar arasında qərar tutan, dünyanın ən müasir universal  standartlarıyla təhsil verən universitetin hədəfi qabiliyyətli gəncləri ortaya çıxarmaq, ixtiralara önəm vermək, inkişaf etdirmək, müxtəlif təchizatlarla təmin etməkdir. Qəlibləşmiş düşüncə və fikirlərə elmi yanaşmalar tələb səviyyəsindədir bu universitetdə.

  Özündə xüsusi qabiliyyət hiss edən gənclər Orta Şərq Texniki Universitetinə girdisə, bilik azadlığını istədiyi şəkildə ortaya çıxara bilir. Təkcə texkini deyil, sosial bölümlər də var universitetdə.

  ODTÜ korpusu tələbələr üçün kifayət qədər yataqxana imkanı var. Keyfiyyətli yeməkxana, dərs çalışa biləcəyiniz sakit kitabxanalar sizin ixtiyarınızdadır. Yəni korpusdan çıxıb kitab tapmaq və yemək üçün başqa yerlərə zaman xərcləməyə ehtiyac qalmır.

  İdman qurğuları və yüzlərlə ictimai klub da sizin ehtiyaclarınızı təmin edə bilir. Eyni zamanda, universitetin bir tərəfdən təhsilinizi davam etdirmək, digər tərəfində ixtisasınız üzrə şirkətlərdə çalışaraq iş təcrübələrinizi artırmaq və bacarıqlarınızı göstərmək imkanınız var.

  2016-2017-ci tədris ilində Orta Şərq Texniki Universiteti 27 mindən artıq tələbə təhsil alıb. Bu tələbələrin 35 faizi magistr təhsilinə davam edir. 94 müxtəlif ölkədən 1700 xarici tələbə ODTÜ-də təhsil alır. Hətta fərqli məmləkətlərin bakalavr və magistr tələbələrindən bir çoxu "Xüsusi tələbə" və ya "Dəyişdirən tələbə" adlarına layiq görülərək universitetdə təhsil almağa davam edir. Orta Şərq Texniki Universitetində xarici ölkələrlə mübadilə proqramları da var ki, istəyən tələbə bu imkandan yararlanıb təhsil və təcrübəsini 1 il müddətinə Türkiyədən başqa ölkə universitetlərində də davam etdirə bilir.

  Bütün bunlar öz yerində, bilməniz lazım olan əsas məqam odur ki, bunu unutmayın, Orta Şərq Texniki Universitetində təhsil ingilis dilindədir. Əlavə məlumat üçün universitetin Türkiyə türkcəsində və ingilis dilində  http://www.metu.edu.tr/ saytına müraciət edə bilər. Gələn həftənin bu günü və satı sizə başqa Türkiyə universiteti haqqında danışacağıq. Hələlik. Oxuyun. Oxumağa xərclənən zaman ən gözəl zamandır.   



Әlaqәli Xәbәrlәr