Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk  xəbərimiz Azərbaycanla bağlıdır.

Ötən həftə Bakıdakı  Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər.

Tәdbirdә Türkiyәni Gənclər və İdman naziri Akif Cağatay Kılıç  təmsil edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Azәrbaycan prezidenti çixişi zamanı bildirib ki, ‘‘ Bir aydan  sonra 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq. Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. 57 ölkənin idmançılarının iştirakı oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır.

Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır’’- deyә Azәrbaycan Respublikasının dövlәt başçısı qeyd edib.

İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur deyәn İlham Əliyev: "Su həyatdır. Azərbaycan heyranedici təbii gözəlliklərə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzər sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır" deyib.

Hörmətli oxuçularımız növbәti xәbәrimiz Qazaxıstanla bağlıdır.

Qazaxıstanın paytaxtı Astanada Türkdilli Ölkәlәrin İşgüzar  iclası keçirilib.

Qazaxıstanın "Atameken" Milli Biznes və Ticarət Qurumunun təşkil etdiyi  iclasda  Azərbaycan, Türkiyə və Qırğızıstan nümayəndələri iştirak edib.

 İclasda Türkiyə ilə Qazaxıstan arasında birgə ticarət və sənaye qurumunun yaradılması ilә bağlı müqavilә imzalanıb.

İclasda açılış nitqi ilә çıxış edәn  "Atameken" rəsmisi Abılay Mırzahmetov  sözügedən saziş və layihəyə Azərbaycan və Qırğızıstanın da qatılmasını gözlədiklərini  vurğulayıb.

İclasa  Türkiyә Ticatәr Palatasının  sәdri  Rıfat Hisarcıklıoğlu, Azərbaycanın Sahibkarlar Konfederasiyasının  sәdri Mәmmәd Musayev vә Qırğızıstanın   Ticarət və Sənaye Qurumunun sədri Marat Şaşekeyevin rəhbərlik etdiyi nümayəndə heyətləri qatılıblar.

Hörmətli oxuçularımız  sıradakı xәbәr Türkiyә ilә bağlıdır.

Türk Hava Yollarının Tatarıstanın Kazan şәhәrinә birbaşa sәfәrlәri başlayıb.

Türkiyə ilə Rusiya  arasındakı münasibәtlәrin normallaşması turizmin canlanmasına  müsbәt tәsir göstәrib.

Mәlumata görә,  Türk Hava Yolları  İstanbul-Kazan  -İstanbul  sәfәrlәrinin sayını artırır.

THY  hazırda həftədə 3 olan uçuş sayını  2017-ci il 26 martdan etibarәn 4-ә, 2017-ci il 29  maydan  etibarən isә  5-ә yüksәldәcәk.

Beləliklə, İstanbul-Kazan  arasında nəqliyyat daha da asanlaşacaq.

Hörmətli oxuçularımız  sonuncu xәbәrimiz  Türkmənistanla bağlıdır.

Türkmәnistan  prezidenti aprelin 12-dә Qazaxıstana  rәsmi sәfәr edәcәk.

Bu barәdә Qazaxıstanın xarici işlәr naziri Kayrat Abdrahmanov  mәlumat verib.

Tәdbirlәrin birindә çıxış edәn Kayrat Abdrahmanov  bildirib ki, Özbәkistan prezidentinin Qazaxıstana etdiyi uğurlu səfərin ardından Qazaxıstan prezident Nursultan Nazarbayev Bakıya rəsmi sәfәrə yollandı. Yaxın günlәrdә  dә Türkmənistan prezidentinin Qazaxıstana səfəri nəzərdə tutulur. 

Qeyd edәk ki, Türkmənistan prezidenti Q. Berdimәhәmmәdovun aprelin 12-də Qazaxıstana rəsmi səfəri  gözlənilir.



Әlaqәli Xәbәrlәr