İstanbul Universiteti

İstanbul Universiteti Osmanlı imperatorluğu dövründə ilk Avropa tipli universitet olaraq Darülfünun adı ilə fəaliyyət göstərib.

İstanbul Universiteti

Türkiyǝ Universitetlǝrindǝ Tǝhsil 09/17

  İstanbul Universiteti şəhərin Fateh rayonunun Sarayburnu qəsəbəsində yerləşir. Sarayburnu İstanbulun Avropa hissəsində İstanbul sularıyla əhatə olunmuş bir yarımadadır. Şimalında məşhur qızıl buynuz sayılan Haliç, şərqində İstanbul boğazı və cənubunda Mərmərə dənizi var. Sarayburnunun ən yüksək yerində isə tarixi Süleymaniyyə məscidi, İstanbul Universiteti və Beyazıt Qülləsi şimal və cənubdan İstanbulun siluetini yaradır. Sarayburnu, eyni zamanda, Ayasofyanın, Yerebatan Sarnıcının və Topkapı sarayının da olduğu bölgədir. Avropa qatar şəbəkəsinin başlanğıc və son stansiyası olan Sirkeci qatar stansiyası da buradadır.

  1321-ci ildə Bizansın paytaxtı Konstantinopolda, indiki İstanbulda Tibb, Hüquq, Ədəbiyyat və Fəlsəfə fənlərini keçən bir təhsil qurumu – universitet yaradılmışdı. 1453-cü ildə Konstantinopolun türklər tərəfindən fəthindən sonra bu təhsil ocağının fəaliyyəti bir müddət dayandırılır, Fateh Sultan Mehmetin əmrilə mədrəsələr tikilməyə başlayır. 17 il sonra (1470) Fateh məscidinin yanında hazır olan Sahnı Seman mədrəsəsi fəaliyyət göstərir. İndiki İstanbul Universitetinin monumental qapısı da o dövrdə Fateh Sultan tərəfindən düzəltdirilib.

  İstanbul Universiteti Osmanlı imperatorluğu dövründə ilk Avropa tipli universitet olaraq Darülfünun adı ilə fəaliyyət göstərib. Amma universitetin bu günkü halı 1933-cü ilə - Türkiyə Cümhuriyyəti dövrünə aiddir. Həmin il Atatürkün himayəsiylə diqqət artırılan İstanbul Universiteti Türkiyənin ilk və tək universiteti olaraq fəaliyyətini davam etdirir.

  Avropada Hitler zülmündən qaçan nə qədər professor İkinci Dünya Müharibəsi dövründə Türkiyəyə gələrək İstanbul Univeristetində çalııb və vəzifə sahibi olub.

  İstanbul Universiteti 2011-ci ildə dünyanın ən yaxşı 500 universiteti arasında Türkiyədən olan tək universitetdir. Asiya-Sakit okean bölgəsinin isə ən yaxşı 100 universiteti sırasındadır. Universitetdə hər il 88 min magistr, bakalavr və aspirant təhsil alır, 12 mindən çox müəllimi var.

  İstanbul Universitetində təhsil almağı seçən türkcə və ingilis dillərində www.istanbul.edu.tr internet saytından məlumat ala bilər. Gənclər bu universitetdə oxumaqla həm də İstanbulun ən çox turist olan tarixi məkanında təhsil almış olur. Avtobus, metro, qatar, ekspres və gəmi xəttləri kimi bir çox nəqliyyat imkanları var.

  İstanbul Universitesində günorta fasiləsi zamanı Ayasofya və Sultan Əhməd məscidinə piyada on dəqiqəyə çatmaqla istirahət edə bilərsiniz.

  Xarici tələbələr Türkiyədə türk qonaqpərvərliyinin şahidi olur. Bu ölkədə insanın rəngi, dili, etnik mənşəyi, geyim-keçiminə əsla qarışılmır, yəni bu baxımdan da rahatsınız.

  “Türkiyədə universitet təhsili” verilişinin mətnini Mücahit Türköne yazıb, Sevda Mirzə oxudu.   

 



Әlaqәli Xәbәrlәr