Dünya İqtisadiyyatından Xəbərlər

Yüksək Gəlirli Ölkələr Sırasına Daxil Olmaq Üçün Zəruri Olan Struktur İslahatlar

Dünya İqtisadiyyatından Xəbərlər

Struktur problemlər Türkiyə iqtisadiyyatında həll edilməli olan ən mühüm məsələdir. Xüsusilə də 2008-ci il qlobal iqtisadi böhrandan sonra iqtisadi böyümə və bilavasitə adambaşına düşən gəlirdəki sürüşmələr struktur islahatların zəruriliyini daha aydın şəkildə ortaya qoyur.

 Bəs Türkiyənin yüksək gəlirli ölkələr sırasına daxil olması üçün hansı struktur islahatların aparılması vacibdir?

 İqtisadi inkişafın sürətləndirilməsi, davamlı hala gətirilməsi, adambaşına düşən milli gəlirin artırılması lazımdır. Ümumi Daxili Məhsulda hədəflənən ölçülərin əldə olunması  və G20 ölkələri arasında ilk onluğa  düşmək üçün əmanət faizlərinin yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir. Bunların həyata keçirilməsi üçün isə əmanət və sərmayələri əhatə edən struktur islahatlar aparılmalıdır.

  •  Sərmayələrin orta və uzun perspektivdə davamlılıq qazanması üçün qoyulan əmanətlər sərmayələri qarşılayacaq  səviyyədə olmalıdır. Bunun təmin olunması üçün isə İstanbul dünyanın ilk 10 maliyyə mərkəzindən biri olmalıdır. Bu baxımdan İstanbul Maliyyə Mərkəzinin (İFM)fəaliyyətinin sürətlənməsi ölkəyə xarici sərmayə girişini də sürətləndirəcəkdir. Bu vəziyyət bilavasitə əmanətlərə müsbət təsir edəcəkdir.

 

  •  Digər tərəfdən, Varlıq Fondunun fəaliyyəti həm böyük sərmayələrin maliyyələşdirilməsi, həm də maliyyə sahəsində axsamaların azaldılmasına səbəb olacaq. Nəticədə ölkədə yaranacaq iqtisadi sabitlik, sağlam bir maliyyə sektoru və artan sərmayələr   əmanət məbləğlərini yüksəldəcək.

 

  • 2008-ci il qlobal iqtisadi böhranının təsirlərindən yaxa qurtaran Avropa İttifaqı ölkələrinin bazara yenidən girişi qlobal rəqabətin yenidən canlanmasına yol açmışdır. Türkiyə də bu rəqabətdən qazanclı çıxması üçün texnologiya və əlavə dəyəri yüksək olan məhsullar istehsal etməlidir. Texnologiya, Elmi Tədqiqat və İnkişaf yönümlü bir istehsal spektrinin yaranması Türkiyəyə qlobal rəqabətdə əhəmiyyətli  bir üstünlük qazandıracaqdır. Bu baxımdan Türkiyənin davamlı iqtisadi artım və sənayedə texnoloji transformasiyaya nail olması üçün bu sahəyə sərmayələr yatırılmalıdır.

 

  • Türkiyənin enerji məsələsində xaricdən asılılığının azaldılması üçün alternativ enerji mənbələrinə daha çox sərmayə qoyulmalıdır. Cari kəsirin ən mühüm hissəsini təşkil edən enerji idxalına sərf olunan vəsaitin yerli mənbələrə yatırılacaq sərmayələrlə və iqtisadi hədəflər yolunda tətbiq olunan uyğun siyasətlərlə azaldılması üçün lazımi addımlar atılmalıdır.

 

  •  Bu çərçivədə Türkiyənin  enerji ticarətində mərkəz ölkə olma prosesini sürətləndirməsi və bu yolda ehtiyac duyduğu enerji resurslarını və bu resursları idxal etdiyi ölkələrin sayını artırması  əhəmiyyət kəsb edir. Bunun təmin olunmasının prioritet yollarından biri isə bərpa oluna bilən enerji və atom enerjisinə qoyulan sərmayələrin artırılmasıdır.

 

  • Uzun perspektivli makroiqtisadi göstəricilərdə sabitlik yaratmağın ən təsirli yolu olan  struktur islahatlar iqtisadiyyatın və ən əhəmiyyətlisi də, iqtisadi qurumların strukturunda dəyişiklik nəzərdə tutan siyasətlərin tətbiqini nəzərdə tutur.

 

Beləliklə, Türkiyə iqtisadiyyatında davamlı iqtisadi inkişafın təmin olunması üçün  struktur islahatlara və bu  islahatların həyata keçirilməsində sürətli qərarvermə proseslərinə hər zamankından daha çox ehtiyac var.



Әlaqәli Xәbәrlәr