Türk Axını layihəsi və Türkiyə_Türkiyə və Avrasiya gündəmi_11

Layihənin dəniz keçidi Rusiya torpaqlarındakı Anapadan başlayıb Türkiyənin Trakya bölgəsindəki Kıyıköydə tamamlanacaq.

698417
Türk Axını layihəsi və Türkiyə_Türkiyə və Avrasiya gündəmi_11

  Rusiya və Türkiyə arasında Türk Axını təbii qaz boru xətti layihəsiylə bağlı müqavilə imzalandı. Biz bugünkü “Türkiyə və Avrasiya gündəmi” verilişində Türk Axını layihəsi və Türkiyə mövzusudur. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Rusiya prezidenti Vladimir Putinlə Türk Axını təbii qaz boru xətti layihəsi imzalandı. Qeyd edək ki, Türkiyə və Rusiya arasında hökumətlərarası müqavilə 10 oktyabr 2016-cı ildə imzalanmış, 2 dekabrında Türkiyə Böyük Millət Məclisində qəbul edilmişdi. Rusiya Parlamentinin alt qanadı olan Dumada bu ilin 20 yanvarı, Rusiya Federasiya Şurasında isə 1 fevralda keçdi.

  Layihənin dəniz keçidi Rusiya torpaqlarındakı Anapadan başlayıb Türkiyənin Trakya bölgəsindəki Kıyıköydə tamamlanacaq. Türk Axını layihəsinə görə, Türkiyə artıq ucuz təbii qazla təmin olunacaq. Çünki təbii qaz bu layihə ilə tranzit ölkələrdən keçərək deyil, birbaşa Türkiyəyə gələcək.

  Türkiyə bu gün Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan xətti üzərindən illik 14 milyard kubmetr təbii qaz alır. Bu layihə ilə Türkiyə artıq Rusiyadan - Qaradəniz üzərindən gələn birbaşa xəttdən qaz alacaq. Rusiyanın Ukrayna, Rumıniya və ya Bolqarıstanla problemlərinin olub-olmaması Türkiyəyə təsir etməyəcək.

  Türk Axınının təxmini həcmi ildə 63 milyard kubmetrdir. Türkiyə bu layihə sayəsində 14 milyard kubmetr təbii qaz alacaq və qalan 49 milyard kubmetr təbii qaz isə Türkiyə vasitəsilə Yunanıstan üzərindən Avropaya çatdırılacaq.

  Bu gün Qərbin ikili standartı Türkiyə ilə Rusiyanı bir-birilə əməkdaşlığa aparır. Bunlardan biri üzərində çoxdandır işlənilən Türk Axını layihəsilə bağlıdır.

  Düzdür, Türk Axını layihəsi Türkiyəni ucuz təbii qazla təmin edəcək, amma enerjidə idxal asılılığı 72 faizdir. Türkiyənin təbii qazla bağlı Rusiyaya asılılığı özəl sektorla birlikdə təxminən 42 faizdir.

  Türk Axını layihəsi Türkiyənin qlobal enerji təchizatı təhlükəsizliyilə bağlı enerji mərkəzi və tranzit ölkə olma hədəflərini də reallaşdırmağa yardım edəcək. Bu layihə ilə Türkiyə Rusiyadan əlavə təbii qaz almayacaq, sadəcə aldığı təbii qazın xəttini dəyişdirməli olacaq. Türk Axını ilə Avropaya gedəcək təbii qazın Türkiyə ərazisindən keçməsi Türkiyənin enerji mərkəzi olması strategiyasına qatqı təmin edəcək. Rusiya təbii qazının Türkiyə üzərindən Avropaya Türk Axını vasitəsiylə keçməsi də Türkiyə-Rusiya əlaqələrini stabilləşdirə biləcək. Bununla da Türkiyə - Avropa İttifaqı münasibətlərində enerji üzərindən yeni dövrün başlanğıcı yaranacaq.

  Türk Axını layihəsi Rusiya və Türkiyə enerji transferində yeni bir marşrut meydana gətirməsi və iki ölkə arasındakı əlaqələrə müsbət təsiri baxımından əhəmiyyətlidir. Bundan başqa, Türkiyənin ilk nüvə stansiyası olacaq Akkuyu Nüvə Stansiyası da Rusiyanın yardımı ilə qurulacaq.

  Beləliklə, son vaxtlar qlobal miqyaslı enerji layihələrində iştirak edən Türkiyə Türk axını layihəsiylə birlikdə mühüm mərhələ keçir. Həm Türk Axını, həm TANAP - Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsi və həm də TAP - Trans-Adriatik Boru Kəməri layihələrilə Türkiyə enerji paylanması mövzusunda vasitəsi rolu boynuna götürür. Bununla qlobal enerji xəritəsində Türkiyə strateji mövqe əldə etmiş olur.

  Türk Axını siyasi olaraq da Türkiyənin nüfuzuna təsir edəcək. Nəticə olaraq Türk Axını layihəsi Türkiyənin milli enerji strategiyasının qüvvətlənməsində əhəmiyyətli addımlardan biridir.



Әlaqәli Xәbәrlәr