Türkiyə Tələbə Təqaüdləri_Türkiyədə universitet təhsili_07

Türkiyə Tələbə Təqaüdlərilə bağlı müraciət və seçim prosedurları.

696025
Türkiyə Tələbə Təqaüdləri_Türkiyədə universitet təhsili_07

   Ümumiyyətlə, Türkiyədə təhsil almaq istəyən xarici ölkə vətəndaşı Türkiyə Tələbə Təqaüdlərilə bağlı Türkiyə türkcəsi və ingiliscə bu saytdan məlumat ala bilər: https://www.turkiyeburslari.gov.tr/turkiye-burslari/burs-programlari/

  Türkiyə Tələbə Təqaüdlərilə bağlı müraciətlər iki cür dəyərləndirilir. Birinci, müraciət şərtlərinə uyğun olub-olmaması, ikinci isə bilik səviyyəsi qiymətləndirməsinə baxılır. Daha sonra isə müsahibə, yəni üz-üzə görüş hissəsi reallaşdırılır.

  Türkiyə Tələbə Təqaüdləri proqramında şagirdin öz ölkəsində aldığı attestat qiymətləri və ya diplom almış məzunun qiymət-transkript cədvəli əsas götürülür. Əgər varsa, dövlət imtahanı qiymətinə də baxılır. Qeyd etdiyimiz bu sənədlərin müvəffəqiyyət meyarları bakalavr tələbəsinə 70, magistr və aspirantura tələbəsinə 75, tibb təhsili almaq istəyənə isə 90 faiz təqaüd verilməsini təmin edir.

  İstənilən sənədlərlə bağlı əskiksiz müraciət edən namizədlərin müraciəti uyğun görüldükdən sonra mülakata, yəni görüşə dəvət edilir. Görüş-mülakatın cavabları isə onların e-mail ünvanları və ya “online” müraciət sistemi vasitəsilə tələbələrə göndərilir.

  Türkiyə Tələbə Təqaüdləri proqramı üçün görüşlər namizədlərin olduğu ölkələrdə üz-üzə, Türkiyə Respublikası xarici nümayəndəliyinin olmadığı yerlərdə isə internet ünsiyyət vasitələri hesabına həyata keçirilir.

  Mətni Mücahit Türköne yazıb, Sevda Mirzə oxuyur.   

 



Әlaqәli Xәbәrlәr