Qazaxıstan-Türkiyə diplomatik əlaqələrinin 25 yaşı_“Türkiyə və Avrasiya gündəmi”_10

Martda Qazaxıstan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olundu.

Qazaxıstan-Türkiyə diplomatik əlaqələrinin 25 yaşı_“Türkiyə və Avrasiya gündəmi”_10

Türkiyə və Avrasiya Gündəmi 10/2017

  1017-ci il martın 2-də Qazaxıstan - Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümüydü. Bugünkü “Türkiyə və Avrasiya gündəmi” verilişi iki ölkə arasındakı əlaqələrin dünəni, bugünü və gələcəyilə bağlıdır. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  1992-ci ilin 2 mart tarixində Qazaxıstan Respublikası öz müstəqilliyini elan etdi. Dəqiqələr sonra Türkiyə Qazaxıstanın müstəqilliyini tanımaqla ilk ölkə oldu. Bundan sonra Qazaxıstan və Türkiyə arasında imzalanan çox sayda müqavilə və protokollarla iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr və əməkdaşlıq inkişaf etməyə başladı.

  Qazaxıstanla yüksək siyasi əlaqələr sayəsində Türkiyə Avrasiyada mühüm siyasi və iqtisadi ortaqlardan biri oldu.

  Qazaxıstan-Türkiyə əlaqələrində, xüsusilə, son dövrlər hərəkətlilik artıb. Qazaxıstanın xarici siyasətində Türkiyə də aktiv olub, qonşu ölkənin səsinə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında da səs veir.

  Mərkəzi İstanbulda olan Türk Şurası, mərkəzi Azərbaycanda olan Türk Dilli Ölkələr Parlament Assambleyası, mərkəzi Qazaxıstanda olan Beynəlxalq Türk Akademiyası və mərkəzi Türkiyədə olan TÜRKSOY kimi beynəlxalq təşkilatlar bir-birilə mədəni və siyasi sahələr üzrə şəkildə və uğurlu yol götürərək çalışır.

  Qazaxıstan və Türkiyə arasında iqtisadi əlaqələr inkişaf edir, təhsil məsələləri üzrə də işlər artırılır. Xüsusilə, Türkiyə-Qazaxıstan Əhməd Yəsəvi Universitetinin Almatı və Astana şəhərlərində korpus açması və tələbələr yetişdirilməsi iki ölkə arasında gələcək yaxşı münasibətlərə mühüm addımdır.

  Türkiyə Respublikasında Qazaxıstan prezidenti Nursultan Nazarbayevə də xüsusi rəğbət var.

  Türkiyə türk soylu dövlətlərin qarşılıqlı əməkdaşlığını təmin etmək yolunda böyük əmək sərf edən Nursultan Nazarbayevi hər zaman "Türk dünyasının ağsaqqalı", "Türk dünyasının müdrik lideri" kimi dəyərləndirir. Ankara şəhər mərkəzində Nazarbayevin heykəli qoyulub. Bu da "Türk dünyasının ağsaqqalı"na Türkiyə tərəfindən göstərmiş hörmətin konkret göstəricisidir.

  Türkiyə ilə Qazaxıstanın qlobal və regional problemlərlə əlaqədar hədəfləri ortaqdır. Beynəlxalq təşkilatlar qarşısında yanaşmaları eynidir. İki ölkə arasındakı status Nazarbayevin 2009-cu ildə Türkiyə səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq Müqaviləsiylə təyin olunub.

  Avrasiya coğrafiyasındakı mövqeyilə Qazaxıstan Şərq və Qərb arasında köprü rolunu oynayır. 25 il ərzində Qazaxıstanda adam başına düşən milli gəlir 700-dən 13600 dollara yüksəlib. Torpaqlarında 1225 növ mineral maddə və 493 mədən yatağı olan Qazaxıstan təbii qaz ehtiyatları ilə ilk 12 ölkə arasında, neft ehtiyatları ilə isə ilk 13 ölkə arasındadır.

  Qazaxıstan və Türkiyə arasında gülcü hərbi əlaqə və müdafiə texnologiyaları sahəsində əməkdaşlıq var. Türkiyə Qazaxıstan Silahlı Qüvvələrinə zabit heyəti yetişdirmədə böyük yardım edir. Türkiyənin müdafiə sənayesi sahəsində qabaqcıl şirkətləri Qazaxıstanın müdafiə sənayesini inkişaf etdirmək üçün çalışır. Bir neçə il əvvəl "Qazaxıstan-Aselsan" zavodunun açılışı da hərbi sahədə atılmış mühüm addımdır.

  Türkiyə ilə Qazaxıstan arasında bir neçə milyon dollarla başlayan ticarət əlaqələri bu gün 4 milyard dollar səviyyəsinə çatıb. Amma hədəf 10 milyard dollara qalxmaqdır. Böyük maneə ölkələr arasında birbaşa quru yolunun olmamasıdır. Bu problemin öhdəsindən gəlmək üçün alternativ yollar düşünülür ki, həyata keçirilən ticarət əlaqələri daha da inkişaf etsin.

  Nəticə olaraq Qazaxıstan və Türkiyə iki ayrı-ayrı dövlətdir, amma tək millətdir. Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tarixi xətti qorumaları iki ölkə və ümumtürk dünyası baxımından böyük nailiyyətdir. Türkiyə və Qazaxıstan arasındakı bugünkü dostluq öz gücünü ortaq tarixi və mədəni bağlardan alır. 25 il minlərlə illik türk tarixini yenidən bir-birinə yaxınlaşdırdı.

  Hər iki ölkə bu 25 ilə böyük uğurlar sığdırdı. Görünən budur ki, qarşılıqlı mənfəət və hörmət əsasında Türkiyə və Qazaxıstan əlaqələri daha da güclənəcək.



Әlaqәli Xәbәrlәr