Dünya İqtisadiyyatından Xəbərlər

Yeni İpək yolu Layihəsinin Türkiyəyə ehtimal olunan təsirləri...

Dünya İqtisadiyyatından Xəbərlər

İpək Yolu Çindən başlayaraq Anadolu və Aralıq dənizi üzərindən Avropada sona çatan bir ticarət yolunu təmsil edir. Şərq ilə Qərb mədəniyyəti arasındakı qarşılıqlı təsiri barix boyunca təmin etmiş olan və adını ən önəmli simvol olan “ipək”dən götürən bu ticarət yolu alternativ marşrutların ortaya çıxması ilə yenidən dünyanın gündəmində öz yerini tutub. 2000-ci illərin əvvəlindən etibarən ciddi iqtisadi inkişaf imkanları ortaya qoyan Çin ucuza başa gətirdiyi məmulların Avropa bazarına ixracatı asanlaşdırmaq və Çin-Avropa arasındakı ticarət torunu genişləndirmək məqsədilə İpək Yolu layihəsini həyata keçirməyə başlayıb. Çinin ixracat reallaşdırdığı bazarları mühafizə etməsi və bunlara yənilərini əlavə etmək istəməsi İpək Yolunun keçdiyi ölkələrin diqqətlərini yenidən bu maşruta çevirmələrinə imkan yaratmışdır.

Layihəyə Çin başqa olmaqla müstəqilliklərini əldə etdikdən sonra qlobal maliyyə sisteminə uyğunlaşmağa üstünlük verən Orta Asiya Türk Cümhuriyyətləri ilə Türkiyə, İran və Rusiya kimi önəmli ölkələri daxildir.

İpək Yolu layihəsi dəniz və quru yol xəttləri ilə birlikdə cəmi 65 ölkəni əhatə edir. Marşrut üzərindəki ölkələr tədqiq edildiyi zaman layihənin ümumi olaraq inkişaf yolunda addımlayan ölkələrdən keçdiyi müşahidə olunur. Çini Orta Asiya üzərindən Avropaya irtibatlandıracaq bu yolun tamamlanması ilə quru, dəniz və dəmir yolu nəqliyyatında inteqrasiya təmin olunması, müxtəlif qlobal ticarət yollarının işə daxil edilməsi və nəqliyyat müddətini qısaldaraq xərclərin məhdud edilməsi hədəf götürülür.

İpək Yolu layihəsinin Çinə verəcəyi töhfələrlə yanayı layihədə yer alan digər ölkələrin də iqtisadi əlaqələrini gücləndirməsi gözlənilir. Layihə ilə yolun keçdiyi coğrafiyalarda ticarət üçün yeni imkanlar təqdim etməsi, rifahın artmasına dayaq olması və yeni məşğulluq sahələrinin yaranmasına töhfə verməsi də mümkün olan imkanlar daxilindədir. Xüsusilə Orta Asiya ölkələrinə və daha yüksək bazar paylarını hədəf götürən Orta Şərq və nəticədə Türkiyəyə və Avropaya müsbət təsirləri də olacaq.

Münasibətilə Avropa İttifaqı ilə Çin arasındakı mövcud ticarət həcmi, İpək Yolu layihəsinin həyata keçirilməsi ilə heç şübhə yoxdur ki, artacaqdır. Bu çərçivədə İpək Yolu layihəsi  bazarlardakı durğunluğun təsirindən hələ də xilas ola bilməyən avrozona üçün yeni imkanlar ortaya qoyacaq.

Yeni İpək yolu Layihəsinin Türkiyəyə ehtimal olunan təsirləri

Avropa, Asiya və Orta Şərq coğrafiyasının kəsişdiyi nöqtədə yerləşən Türkiyə layihənin quru və dəmir yollarını əhatə edən İpək Yolu İqtisadi Qurşağı xəttinin Avropaya irtibat nöqtəsini təşkil edir. İpək Yolu layihəsi ilə Türkiyənin layihədə yer tutan digər ölkələrlə əlaqələrini güçləndirəcəktir. Bununla yanaşı layihə Türkiyəyə qarşı etibar edilən ölkə anlayışını güçləndirəcək, ölkəyə önəmli miqdarda sərmayə axışına da imkan yaradacaqdır.

Asiya ölkələri ilə Avropa arasındakı ticarət əlaqələrinin nəqliyyatında önəmli nöqtə təşkil edəcək Türkiyə bu çərçivədə Asiya ölkələrinin sərmayəsini cəlb etmə baxımından da əhəmiyyətli mövqeyə sahib olacaq. Sahib olduqları sərmayə miqdarı barədə dünyanın yeni mərkəzlərindən birinə çevrilən Asiya ölkələrinin qənaət səviyyəsi də nəzərə alındıqda Türkiyənin bu qənaətlərin yatırıma çevrildiyi ölkələrin başında yer tutma imkanı yüksəktir.

Çindən Avropaya gəlib çatan bir ticarət marşrutunu hədəf götürən İpək Yolunda çəkilməsi nəzərə alınan təbii qaz və neft kəmərləri də Türkiyənin Asiya ilə Avropa ölkələri arasındakı roluna fəallıq qazandıracaq. Türkiyənin gələcəkdəki iqtisadi hədəflərinə çatması uğrunda verəcəyi töhfələrdən əlavə olaraq İpək yolu layihəsi enerji ticarətində mərkəz olma istiqamətində imkanları da doğuracaqdır.



Әlaqәli Xәbәrlәr