Hər kəs yalnız öz mənfəətini güdür

Türiyənin rolu olmadan heç bir strategiya öz hədəfinə çatmayacaqdır.

Hər kəs yalnız öz mənfəətini güdür

 Astana və Cenevrə görüşləri çərçivəsində davam etdirilən diplomatik təşəbbüslər nəticəsində Suriya rejimi ilə müxalif qüvvələr arasında ümumi mənada toqquşmamaya dair razılıq əldə olundu. Ancaq hərbi sahədə təmin edilən qismi nailiyyətin siyasi, idari və qanuni mövzularda ortaya qoyula bilmədiyi aydındır. Həm Suriyanın siyasi və idari gələcəyi və həm də ölkədə hazırlanacaq yeni əsas qanun mövzularında ziddiyyətlərin davam etdiyi məlumdur. Bütün bu mövzularda özünün mənfi təsirini göstərən ən önəmli məsələ isə DEAŞ-a qarşı böyük qüvvələr arasında ortaq strategiyanın ortaya qoyula bilməməsidir. Xüsusilə son günlərdə Münbiçdəki siyasi və hərbi proseslər Rusiya, ABŞ və digər qüvvələrin ortaq Rakka əməliyyatı həyata keçirmək əvəzinə sahib olduqları coğrafi və siyasi hakimiyyət sahələrini genişləndirmə və bir-birlərinə qarşı üstünlük əldə etmələrini nəzərdə tutduqlarını sübuta yetirir.

Münbiçin müxtəlif cəhətlərdən Suriya məsələsində açar rol götürdüyü söylənə bilər. Birincisi DEAŞ-ın Hələblə son irtibat nöqtəsi olmasından mənbələnir. İkincisi DEAŞ-ın mərkəzi olan Rakka yolu üzərində bir nəqliyyat nöqtəsi olduğu üçün strateji mövqeyə sahibdir.

Üçüncüsü Türkiyənin Obama dövründən bəridir davam edən etirazına baxmayaraq bölgənin əksəriyyətinə nəzarəti əlində tutan PKK-YPG-nin Münbiçi tərk edib Fəratın şərqinə çəkilməməsi və bu vəziyyətin Türkiyə-ABŞ və Rusiya əlaqələrinə mənfi təsir göstərməyə davam etməsidir.

Bundan əlavə iki həftə öncə terror təşkilatı PYD/PKK-nın rəhbərliyindəki Suriya Demokratik Qüvvələrinin (SDQ) Münbiçdə Türkiyənin dəstək olduğu Azad Suriya Ordusu (ÖSO) ilə sərhəd qonşusu olduqları kəndləri Suriya ordusunun nəzarətinə buraxacaqlarını elan etməsi vəziyyəti daha da mürəkkəb hala gətirdi. Suriya Demokratik Qüvvələri ilə Suriya rejimi arasında razılıq əldə olunduğu və bu razılaşmanı təmin edən ölkənin isə Rusiya olduğu müstəqil xəbər mənbələri tərəfindən bildirilmişdir. Amerikalı rəsmilər isə bununla əlaqəli təfərruatlı məlumat verməkdən imtina etsələr də daha sonra Pentaqon tərəfindən verilən bəyanatda Münbiç və ətrafına 500 amerikalı hərbçinin yerləşdirildiyi ifadə edilmişdir. Həmçinin ABŞ-ın Orta Şərq üzrə komandiri Townsendin “Rakka əməliyyatında YPG qüvvələrinin də yer tutacağına” dair verdiyi bəyanatlar Münbiç üzərində sahədəki dinamik qüvvələr arasında bir hakimiyyət mübarizəsinin olduğunu açıq şəkildə ortaya qoymaqdadır.

ABŞ Münbiçdə PKK-YPG ilə  strateji üstünlük əldə etməyə cəhd göstərərkən, Türkiyəsiz də bu strategiyanın uğurlu ola bilməyəcəyini görür və münasibətilə də Peşmerge qüvələrindən istifadə edilməsi kimi əlavə metodlar ortaya qoymağa çalışır.

PKK-YPG üzərində həssas hesabları nəzərə alan digər güc isə Rusiyadır. Moskva Ankaranın bütün etirazlarına baxmayaraq Suriyanın Şimalında muxtar bir Kürd idarə qurulmasını Cenevrə danışıqları üçün layihə kimi hazırladığı əsas qanuna əlavə edib. Ayrıca bununla da kifayətlənməyib PKK-nı bir terrorçu təşkilat kimi görməyib və Moskvada bir Kürd konqresinin keçirilməsinə dəstək olmuşdur. Rusiyanın Suriya rejiminə əlavə olaraq PKK-YPG-dən də istifadə etmək istəməsi rəsmi Moskvanın Suriyanı nəzərdə tutaraq Orta Şərq miqyasında ciddi mənada özünün mənfəətlərinə üstünlük verdiyi müşahidə olunur. Rusiyanın birinci hədəfi Suriya üzərində əlindəki sahənin hakimiyyətini qorumaq və genişləndirməkdir. Digər önəmli hədəfi isə YPG kimi kozırları əlindən alaraq ABŞ-nı Suriyada mümkün qədər təsirsiz hala gətirmək kimi görünür. Heç şübhə yoxdur ki, Suriyada təsir dairəsini genişləndirən Rusiya Ortaşərqdəki güc tarazlığında da çəkisini artırmağa cəhd göstərəcək.

Nəticə kimi bu proses ortaya qoyur ki, hakim güclər Suriyada əsas məsələ kimi bu ölkənin sabitliyin hakim olduğu bir gələcəyə qovuşdurulmasından daha çox, gələcəkdə bölgədə kimin hegemon olacağı məsələsini görürlər. Bu vəziyyət isə ehtimal olunan Rakka əməliyyatına dair müəmmanı həlli çətin olan problemə çevirməkdir. Bütün bu proseslərdən ortaya çıxan başqa bir nəticə isə budur ki, Türiyənin rolu olmadan heç bir strategiya öz hədəfinə çatmayacaqdır.



Әlaqәli Xәbәrlәr