Avropa İttifaqı qaçqınlarla bağlı verdiyi sözə əməl etmədi

Avropa İttifaqının qaçqın böhranı məsələsi ilə bağlı Türkiyə ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirmədiyi Aİ-nin hesabatında təsdiq edildi.

Avropa İttifaqı qaçqınlarla bağlı verdiyi sözə əməl etmədi

Avropa İttifaqı qaçqınlarla bağlı verdiyi sözə əməl etmədi

 Avropa İttifaqı martın 18-də əldə olunan razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini öz hesabatında da etiraf etdi. Türkiyədən Aİ ölkələrinə söz verilən 72 min əvəzinə yalnız 3 min 565 suriyalı qaçqın Aİ ölkələrinə yerləşdirildi.

 Brüssel

 Avropa İttifaqının qaçqın böhranı məsələsi ilə bağlı Türkiyə ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirmədiyi Aİ-nin hesabatında təsdiq edildi.

 Aİ Komissiyası 18 mart Türkiyə-Aİ qaçqın müqaviləsinin həyata keçirilməsinə dair beşinci hesabatını yaydı. Hesabata görə, martın 21-dən etibarən Türkiyədən Yunanıstana keçən qaçqınların ekstradisiya edilməsini nəzərdə tutan müqavilə sayəsində gündəlik keçidlər 3 min nəfərdən  43-ə düşüb.

 İlkin mərhələdə 18 min, ortaya çıxa biləcək digər yenidən məskunlaşdırma ehtiyaclarını təmin etmək üçün əlavə 54 min qaçqın ilə bərabər Aİ ölkələri tərəfindən cəmi 72 min qaçqının qəbulu  qeydiyyatdan keçirilib. Türkiyə ilə Aİ arasında nizamsız keçidlərə son qoyulması, və ya bu keçidlərin ciddi ölçüdə və davamlı şəkildə azaldılması halında, Könüllü Qəbul Proqramının dövriyyəyə buraxılacağı barədə razılaşma vardı.

Aİ söz verdiyi qaçqın sayının yalnız 4,9%-ni qəbul etdi

 Son hesabata görə, Türkiyədən 72 min əvəzinə yalnız 3 min 565 suriyalı qaçqın Aİ ölkələrinə yerləşdirilib. Müqaviləyə əsasən, Türkiyəyə 1487 mühacir göndərilib. Gündəlik keçidlərin "ciddi və davamlı şəkildə" azalmasına baxmayaraq, vəd edilən Könüllü Humanitar Qəbul Proqramı işə salınmayıb.

Avropa İttifaqının hesabatında "Türkiyədən mühacir qəbulunun sürətinin qorunması" ifadəsinə yer verilir, "növbəti addım" olaraq mühacirlərin Yunanıstandan Türkiyəyə  daha sürətli bir şəkildə göndərməsi tələb olunur. Bu isə Brüsselin preoritetinin nə olduğunu ortaya qoyur.

 3 milyard avronun 750 milyonu göndərildi

 Qaçqınlar üçün nəzərdə tutulmuş maddi dəstək də  Aİ-nin söz verdiyi, lakin yerinə yetirmədiyi digər bir məsələdir. 2016-2017-ci il üçün 3 milyard avro, 2018-ci il üçün də 3 milyard avroluq dəstək qeydiyyata alındı.

Martın 2-nə qədər "söz verilən/qərar verilən" pul miqdarının 2,2 milyard avro olduğu bildirildiyi halda, köçürülən pulun miqdarı 750 milyon avro təşkil etdi. Köçürülən puldan 411 milyon avro müxtəlif humanitar yardım təşkilatlarına verildi.

 Aİ-nin Türkiyə orqanlarına ötürdüyü məbləğ isə 339 milyon avrodur. Bu məbləğ Türkiyənin son 6 ildə xərclədiyi 25 milyard dolların (23,7 milyard avro) 0,02%-i faizi belə deyil.

 Gömrük İttifaqının yenilənməsi

Müqaviləyə əsasən Gömrük İttifaqının yenilənməsi istiqamətindəki müzakirələr 2016-ci ilin sonunadək  başlamalı idi. Lakin hələ də rəsmi danışıqlar başlamayıb.

 Aİ Komissiyası danışıqların başlaması üçün 2016-cı ilin son günlərində Aİ Şurasından səlahiyyət istəsə də , hələ ki, üzv ölkələr buna razılıq verməyib.

Aİ yeni fəsillərlə bağlı hazırlıqları bitirmədi

 Türkiyənin Aİ üzvlüyü müzakirələrində  Məhkəmə və Təməl Hüquqlara dair 23-cü və Ədalət, Azadlıq və Təhlükəsizlik məsələlərinə dair 24-cü fəsillərlə əlaqədar Aİ tərəfindən aparılan texniki hazırlıqlar başa çatdırılmadı.

Sərbəst viza rejimi məsələsində heç bir irəliləyiş yoxdur

 Müqavilədə olan  "2016-cı ilin iyun ayının sonuna qədər sərbəs viza rejiminə keçilməsi" maddəsi ilə bağlı irəliləyiş yoxdur. Hesabata görə, Ankara 72 şərtdən 7-ni hələ yerinə yetirməyib. Bunlar:

  • Aİ standartlarına cavab verən biometrik pasportların çıxarılması;
  • Korrupsiyaya qarşı mübarizədə tədbirlərin görülməsi;
  • Europol ilə operativ əməkdaşlıq barədə müqavilə bağlanması;
  • Terrorizmlə mübarizədə qanun və tətbiqlərin ,
  • şəxsi məlumatların qorunması barədə tənzimləmələrin Aİ standartlarına uygunlaşdırılması;
  • Cinayət işləri ilə bağlı məsələlərdə Aİ-nin bütün ölkələri ilə səmərəli əməkdaşlıq edilməsi və
  • Aİ-Türkiyə Geri Qəbul Müqaviləsinin bütün maddələrinin tətbiq olunmasından ibarətdir.

Lakin Ankara terrorla mübarizə qanununda dəyişiklik edilməsini nəzərdə tutan şərtlə əlaqədar Türkiyədəki mövcud vəziyyətin nəzərə alınmasını tələb edir. Brüssel və Ankara arasında danışıqlar davam etsə də, ortada hər iki tərəfi qane edəcək bir mətn yoxdur.

Terrorla mübarizə

 Müqavilədə "  Türkiyə və Aİ terrorla mübarizənin prioritet  məsələ olduğu təsdiq edirlər" ifadəsinə yer verilsə də, Brüssel bu məsələdə dəstək nümayiş etdirmək bir tərəfə qalsın, PKK və FETÖ ilə mübarizədə gördüyü tədbirlərə görə Türkiyəyə tənqidlər yağdırdı.

 Hesabatda bu maddə ilə əlaqədar dəyərləndirmə yoxdur.

 



Әlaqәli Xәbәrlәr