Ankara Hacettepe Universitetinə qəbul proseduru_Türkiyədə universitet təhsili_04

Türkiyədə hər bir universitetin özünə xas xüsusiyyətləri var, qabaqcıl Ankara Hacettepe Universitetinə qəbul isə...

684177
Ankara Hacettepe Universitetinə qəbul proseduru_Türkiyədə universitet təhsili_04

  Türkiyədə təhsil almaq istəyən gənclərə, bu mövzu ilə maraqlananlara yardım etmək məqsədilə Türkiyə universitetlərində təhsilalma, oxuma və qalma şərtlərindən bəhs edəcəyik bu “Türkiyədə universitet təhsili” verilişində. Mətni Mücahit Türköne yazıb, Sevda Mirzə oxuyur.   

  Türkiyədə hər bir universitetin özünə xas xüsusiyyətləri var. Qabaqcıl Ankara Hacettepe Universitetinə qəbulla bağlı bugünkü söhbətimizdə universitetə sənədləri necə təqdim etməyi və sonrakı prosedurları izah edəcəyik.  

  Türkiyə liseylərinə uyğun bir məktəbdən, yəni 11 illik orta məktəbdən məzun olan və lazımi şərtləri təmin edən məzunlar Ankara Hacettepe Universitetinin bakalavr və magistr təhsil proqramlarına müraciət edə bilər.

  Xaricdən tələbə qəbul edən proqramlar və yerlərlə bağlı Hacettepe Universitetinin Türkiyə türkcəsi və ingilis dillərində olan www.hacettepe.edu.trWeb səhifəsindən məlumat almam mümkündür. Təkrar edirik:  xaricdən tələbə qəbul edən proqramlar və yerlərlə bağlı Hacettepe Universitetinin Türkiyə türkcəsi və ingilis dillərində olan www.hacettepe.edu.trWeb səhifəsindən faydalana bilərsiniz.

  Məzunun univeristetə müraciət etməsi onun qəbul olunduğu mənasına gəlmir, bunu bilirsiniz əlbəttə. Çünki kimləri qəbul etməsinə dair qərarı universitet özü verir və bəlli tarixində öz səhifəsində siyahını açıqlayır.

  Bu barədə məlumatı həm də Ankara Hacettepe Universitetinin http://www.iso.hacettepe.edu.tr/basvurukabultr290416.pdf ünvanından əldə edə bilərsiniz.

  Hansı imtahan nəticələri və ballarla müraciət etməklə bağlı isə http://www.oid.hacettepe.edu.tr/web_alt_sayfalar/docs/yos_2016/20160425_2016_Kabul_edilen_sinav_turleri_diplomalar_ile_minimum_puanlar.pdf səhifəsindən öyrənmək mümkündür.

  Universitetin bakalavr və magistr proqramları üçün isə http://www.oid.hacettepe.edu.tr/web_alt_sayfalar/docs/yos_2016/20160425_2016_Kontenjan_lisans-ILAN_SAYFASI.pdf səhifəsinə baxmaq kifayətdir.

  Ötən il xarici tələbələr üçün reallaşan “online” müraciətləri 2016-cı ilin 2 mayından başladı, 24 iyununda sona çatdı. Sənədlərin Hacettepe Universitetinə son çatma tarixi 1 iyul, yerləşdirmə nəticələri 21 iyulda açıqlandı. Qəti qeydiyyat tarixləri isə 29 avqust - 2 sentyabr tarixləri arasında bildirildi. Bu il də şənbə və bazar günləri nəzərə alınmaqla, təxminən eyni və ya yaxın tarixlər ola bilər.

  Tibb fakültəsi üçün illik 2.955 lira, Diş Həkimliyi fakültəsi üçün 2.470 lira, Pedaqoji fakültə üçün 1.420 lira, İdman və Bədən Tərbiyəsi fakültəsi üçünsə 950 liradır. 2017-2018-ci təhsil ili üçün bu rəqəmlər bir az artıq ola bilər.

  Müraciətiniz təsdiq olunarsa, Hacettepe Universiteti sizə məktub göndərir. Bu qəbul məktubuyla siz Türkiyənin ölkənizdəki səfirliyi və ya konsulluğuna müraciət edirsiniz.

  Ankaraya gəlməzdən əvvəl tələbələr yataqxana imkanlarını da araşdıra bilər.

  Bunu da qeyd edək ki, əgər Türkiyə türkcəniz lazımi səviyyədə deyilsə, Hacettepe Universitetinin Türkcə Öyrənmə Mərkəzində 1 illik hazırlıq kursunda oxumaq imkanınız var.  

  Türkiyədə insanların qonaqpərvərliyi, dostcanlı olması sizə gözəl münasibətlər qurmağa kömək edəcək və siz özünüzü yad hiss etməyəcəksiniz, əziz gənc dostlar.



Әlaqәli Xәbәrlәr