Türkiyədə universitet təhsili_02_Ankara Yıldırım Beyazit Universiteti
Türkiyədə təhsil almaq istəyən gənclərə, bu mövzu ilə maraqlananlara Türkiyə universitetlərində təhsilalma, oxuma və qalma şərtlərindən bəhs edirik.
Yıldırım Beyazit Universiteti Ankarada 2010-cu ildə yaradılıb. Universitetdə tibb, huquq, aviasiya və kosmos, konservatoriya fakültələri var. Tələbələrin təxminən 10 faizi xarici tələbələrdir.
Rektor professor Metin Doğan deyir:
“Yıldırım Beyazit Universiteti Ankarada 8 korpusda fəaliyyət göstərir. Təxminən 230 min kvadrat metr qapalı sahəsi var. Universitetin tərkibində 12 fakültə, bir orta məktəb, bir xarici dillər məktəbi, bir Dövlət Konservatoriyası, konservatoriyada ayrıca dini musiqilər bölümü, iki Peşə Məktəbi – biri Tibb, digəri Ankara Peşə Məktəbləri fəaliyyət göstərir.
Yıldırım Beyazit Universiteti beynəlxalq araşdırma universiteti olmaq yolunu seçib. Çox sayda magistr tələbəsi var. Sayı 1000-dən yuxarı olan akademik heyətə malikdir. 150-dən çox professoru olduğu üçün Yıldırım Beyazit Universiteti dəyərli universitetlər sırasındadır.”
Emin Bayriç adlı xarici tələbə Bosniyadan gəlib. Beynəlxalq Əlaqələr Fakültəsinin 3-cü kurs tələbəsi Yıldırım Bəyazit Universiteti və hər şeydən əvvəl Türkiyəni niyə və necə seçdiyi barədə danışdı və dedi:
“Mən Bosniyada Konservatoriyada oxuyurdum piyanino üzrə. 15 il piano çaldım. Bir ilahi qrupumuz var idi, Türkiyəyə Ramazan proqramlarına gəlirdi. Boşnaklar türkiyəliləri sevir, “Hamımız osmanlıyıq” deyənlər də az deyil. Ona görə mən də ali təhsil almaq üçün Türkiyəni seçdim. Ankara Yıldırım Beyazıt Universiteti haqqında öyrəndim: 2010-cu ildə qurulduğunu, xarici tələbələrə də təhsil verildiyi haqqında məlumat əldə etdim.
Univeristetdə 2000-ə yaxın xarici tələbə var. Üstəlik burada tələbə yoldaşım Qalya ilə birlikdə Xarici Tələbələr Klubu açdıq. Türkiyədə oxumaq istəyənlərə bu universiteti məsləhət görərdik.
“Niyə Türkiyə?” deyə soruşa bilərsiniz. Bosniyada bir layihə işləyib həyata keçirmək çox çətindir. Bizə hökumət və Təhsil Nazirliyimizdən kömək olmur. Amma Türkiyədə həm universitet, həm Təhsil Nazirliyi, həm də İdman və Gənclər Nazirliyi bizə kifayət qədər dəstək verir.
Bir şeyi də etiraf edim. Çətinlik çəkdiyim birinci il oldu, türkcə öyrənməklə bağlı.
Birinci kursda tələbələrlə tanış olub klub qurduqdan sonra müxtəlif layihələr hazırladıq. Bunlardan biri Türkiyə və Balkan ölkələri mədəniyyətləri arasında ünsiyyəti artırmaq üçün yaratdığımız dərnək oldu. Məqsədimiz Türkiyə və Balkan ölkələri arasında əlaqələri inkişaf etdirmək və birlikdə iş görə biləcəyimizi göstərməkdir. Biz Türkiyədə birliyin nə qədər əhəmiyyətli olduğunu anladıq və dostlarla daha çox vaxt keçirməyə önəm verməyi öyrəndik.“
Yıldırım Bəyazit Universitetinin digər tələbəsi Qalya isə Mavritaniyadandır, o da Beynəlxalq Əlaqələr fakültəsində oxuyur, magistr təhsili alır. Qalya deyir: “Ankara Yıldırım Beyazit Universitetində 5 ildir oxuyuram. Mənim seçimim bir az fərqli oldu. Anam Türkiyədə olduğu üçün mən də gəldim və buranı çox sevdim. Məzun olandan sonra da Türkiyədə qalmağı düşünürəm.
Beynəlxalq Əlaqələr fakültəsinin tələbəsi kimi deyə bilərəm ki, Türkiyə geostrateji bir bölgədə yerləşdiyi üçün həm nəzəri, həm öyrənmək, həm də praktik təcrübə baxımından adama çox şeylər öyrədir. Staj da keçə bilirik. Çünki təkcə diplom almaq kifayət deyil. Praktika da lazımdır ki, Türkiyə bu imkanı adama verir.
Digər ölkələrdə, məsələn, Fransada da mənim yoldaşlarım var. Onlar həm tələbəlik, həm təhsil almaqla bağlı çətinlik çəkir, xüsusilə, başı bağlı qızlar. Türkiyədə isə ayrı-seçkilik yoxdur.
Birinci il çox çətinlik çəkdim, çünki türkcə bilmirdim. Həm kursa getdim, həm də çox Türkiyə serialına baxdım. Onu deyim ki, Türkiyə serialları mənim ölkəmdə - Mavritaniyada da çox izlənilir. Türkcəni öyrəndikdən sonra daha gözəl anlamağa başladım hər şeyi. Gördüm ki, mədəniyyətlərimiz yaxındır. Hamımız müsəlmanıq, bizi İslam birləşdirir. Özümü o qədər də xarici vətəndaş kimi hiss etmirəm.
Bir də, Ankarada tələbə həyatını yaşamaq çətin deyil, çünki bahalıq deyil. Dövlət dəstəyi də var. İstər müsəlman olsun, istər xristian, ayrı-seçkilik olmadığı üçün problemsiz Türkiyənin hər yerində yaşamaq mümkündür.”
Әlaqәli Xәbәrlәr
Çanaqqala Zəfəri dünya tarixinə yazılan ən böyük zəfərlərdən biridir
Çanaqqala Zəfəri Türkiye tarixinə qızıl hərflərlə yazılan zəfərdir.