Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

Proqramımızın ilk xəbəri Özbәkistanla bağlıdır.

Özbəkistan Hökuməti 2017-2021-ci illərdə Aral dənizi zonasında ekoloji fəlakətin aradan qaldırılmasına  2 milyard 600 milyon dollar  vəsait ayırıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı Fərmanda Aral dənizinin quruması ilə əlaqədar səhralaşmanın qarşısının alınması, su ehtiyatlarının tənzimlənməsi istiqamətində əsaslı işlərin aparılması, regionda 100 min yeni iş yerinin açılması nəzərdə tutulur.

Bildirilir ki, proqramın maliyyələşdirilməsi üçün Özbəkistan Maliyyə Nazirliyinin nəzdində Aralyanı Regionun İnkişaf Fondu da yaradılacaq.

Plana görə fevralın 1-dәn etibarәn  Aral Gölü hövzəsindəki təqaüdçü, əlil və aztəminatlı vətəndaşlara minimum əmək haqqı qədər birdəfəlik sosial yardım ediləcək. Bölgədəki uşaq bağçalarının aylıq məvacibləri də azaldılacaq.

Qeyd edək ki, Aral gölünün şüursuz şəkildə istifadəsi və  quraqlıq səbəbindən burda kənd təsərrüfatı və balıqçılıq fəaliyyəti də dayanıb.

Hörmətli oxuçularımız  ikinci xəbərimiz Türkmәnistanla bağlıdır.

Türk şirkətləri Türkmənistanda strateji layihələrdə әhәmiyyәtli  rol oynayır.

Türkmәnistan prezidenti Gurbanguli Berdimuhamedov fevralın 12-dә keçirilmәsi planlaşdırılan prezident seçkilәrindәn әvvәl   Balkan, Mari, Lebap və Daşoğuz vilayətlərindən sonra Ahalә dә sәfәr edib.

Türkmәnistan lideri sәfәri çәrçivәsindә vilayәtdәki müxtәlif müәsisә vә komplekslәrә baxış keçirib. Gurbanguli Berdimuhammedov  yeni sәrmayәlәr vә әhәmiyyәtli layihәlәrdә Türk şirkәtlәrinin mövcudluğuna diqqәt çәkib.

Türkmәn lider Ahalda Türk vә Yapon şirkәti tәrәfindәn  birgә  inşa edilәn tәbii qazdan benzin istehsal olunacaq  kompleksә dә baxış keçirib.

2018-ci ildə başa çatdırılması planlaşdırılan kompleksdə 600 min ton Euro-5 standartlarında 92 oktan benzin əldə etmək üçün  1 milyard 785 milyon kubmetr qaz xammalı istifadə ediləcək.

Müəssisə həmçinin illik 12 min ton dizel yanacağı və 115 min ton mayeləşdirilmiş qaz istehsal etmə gücünə malik olacaq.

Xatırladaq ki, prezident seçkilәri ilә әlaqәdar tәbliğat kampaniyası da artıq start götürüb.

Seçkilәrdә 9 namizәd prezidentlik uğrunda mübarizә aparacaq.

Bu çәrçivәdә Türkmәnistanın lideri son olaraq Ahala sәfәr edәrәk  xalqa müraciәt edib.

Ahalda xalqla bir araya gәlәn  Gurbanguli Berdimuhammedov  2017-2023 illәrdə  Ahalda  50-dәk  mәktәb,  eyni sayda uşaq bağçası,  yeni xәstәxanalar  vә mәdәniyyәt  müəssisələrinin inşa edilәcәyini vәd edib.

Әziz oxuçularımız  növbәti xәbәrimiz  Tatarıstanla bağlıdır.
2009-ci ildən etibarən hər il ənənəvi olaraq keçirilən və Rusiya Federasiyası ilə İslam İnkişaf Təşkilatına  üzv ölkələrin nümayəndələrini bir araya gәtirәn  ‘‘Kazansammit’’ә az zaman qalıb.

18-20 may tarixlәrindә  Tatarıstanın  paytaxtı ‘‘Kazansummit-2017’’ forumuna ev sahibliyi edəcək. Forumda 50 ölkәdәn 2 min nәfәrin iştirakı gözlәnilir.

Mәlumata görә forumda Türkiyәni iqtisadiyyat naziri Nihat Zeybekçi tәmsil edәcәk.

Hər il Tatarıstan prezidenti Rüstəm Minnihanovun başçılığı ilə keçirilən sammitə ötən il 51 ölkədən 1556 nümayəndə qatılmışdı. 

Tatarıstan Respublikasının İnvestisiyaların İnkişafı Agentliyinin yaydığı xәbәrә görә, forumda İslam Dünyası ölkələrinin Rusiyadakı səfirləri, Rusiya və xarici ölkələrin maliyyə institutları nümayəndələri, deputatlar, tanınmış media mənsubları, jurnalistlər iştirak edәcәk.

 ‘‘Kazansammit’’ dә  bir sıra aktual məsələlər müzakirə olunacaq. Müzakirə olunacaq ənənəvi mövzular  arasında ilk sırada Rusiyada İslam maliyyələrinin inkişaf etdirilmәsi  məsələsi dayanır. 

 ‘‘Kazansummit’’  Rusiya və İslam dünyası ölkələrinin iqtisadi sahədə əməkdaşlığını inkişaf etdirilməsinə zәmin  yaradır.



Әlaqәli Xәbәrlәr