Türkiyə və Avrasiya Gündəmi (02.2017): Türkiyə, Orta Asiya və Qafqaz

2016-cı il Türkiyə və Orta Asiya türk respublikaları üçün çətin bir il oldu. Qlobal iqtisadi geriləmə və terror hadisələri gündəmin əsas mövzularına çevrildi.

668753
Türkiyə və Avrasiya Gündəmi (02.2017): Türkiyə, Orta Asiya və Qafqaz

  Türkiyə və Avrasiya gündəmi_02 (12 yanvar 2017)

  2016-cı il Türkiyə və türk respublikaları qlobal və yerli çox hadisələrlə üz-üzə qaldı. Biz bu həftəki “Türkiyə və Avrasiya gündəmi” verilişində bölgədə yaşanan mühüm proseslərə nəzəq salacağıq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, mən Sevda Mirzə isə oxuyaraq sizə təqdim edirəm.

  2016-cı il Türkiyə və Orta Asiya türk respublikaları üçün çətin bir il oldu. Qlobal iqtisadi geriləmə və terror hadisələri gündəmin əsas mövzularına çevrildi.

  Türkiyə 2015-ci il 1 noyabr seçkilərinin gətirdiyi siyasi sabitliyə baxmayaraq, 2016-ci ildə çox ciddi problemlərlə üzləşdi. Bəzi qrupların dövlət qurumlarında təşkilatlanması Türkiyə respublikası üçün təhdid meydana gətirdi. FETÖ 15 iyul gecəsi qanlı hərbi çevriliş cəhdi törətdi. Türk millətinin cəsur bir şəkildə tankların qarşısına çıxması və ölkə başçısı Ərdoğanı dəstəkləməsi isə Türkiyə üçün uğurlu dönüş nöqtəsi oldu.

  Bu arada, Suriyadakı böhrandan bəslənən PKK və DAEŞ terror təşkilatları da Türkiyədən əl çəkmədi. Bir-birini bəsləyən və gizli ittifaq quran bu iki terror təşkilatı İstanbul, Ankara, Adana, Kayseri, Qaziantep və Diyarbəkirdə silahsız və günahsız insanları qətl etdi.

  Türkiyə Suriyadan baş qaldıran bu terror təşkilatlarını elə Suriyadaca neytrallaşdırmaq üçün Fərat Qalxanı Əməliyyatına başladı. Türkiyə Silahlı Qüvvələri (TSK) və müxalifətin Azad Suriya Ordusu (OSO) tərəfindən Azez-Cerablus xəttinin DAEŞ-dən təmizlənməsi həm DAEŞ, həm də PKK ilə mübarizədə önəmli addım oldu.

  Amma bütün bu terror hücumlarına və qlobal iqtisadiyyatdakı durğunluğa baxmayaraq, 2016-ci ildə Türkiyə iqtisadiyyatı öz yolundan geri qalmadı. Təkcə çevriliş cəhdi zamanı qismən bir daralma yaşandı.

  Qazaxıstan iqtisadiyyatı böyük nisbətdə neft ixracına söykənir. Bu səbəbdən neft qiymətlərindəki eniş Qazaxıstanın pul vahidi tengeyə mənfi təsir etdi və ciddi dəyər itkisi baş verdi. Amma Qazaxıstan iqtisadiyyatı Nursultan Nazarbayevin liderliyi altında dözümlü siyasət tətbiq edərək bu müddətdən ciddi yara almadan çıxa bildi.

  Qazaxıstanda 20 mart parlament seçkilərində üç partiya iştirak etdi. Səslərin 82,15 faizini alan Nur Otan Partiyası məclisdə 83, Ak Jol Partiyası 7,18 səslə 8 və Kommunist Partiyası 7.14 faiz səslə 7 millət vəkili qazandı.

  Bundan 3 ay sonra - iyun ayında Qazaxıstanın Aktöbe şəhərində radikal bir qrup silahlı hücum törətdi, 7 adam həyatını itirdi, 20 nəfər yaralandı. Hadisəylə bağlı terrorçu Ruslan Kulikbayev Qazaxıstanda bundan əvvəl heç tətbiq olunmayan ölüm cəzasına məhkum edildi.

  Qazaxıstan iqtisadi inkişafını heç axsatmadı. 2016-cı ilin oktyabr ayında dövrəyə girən Kaşagan neft sahəsində 8-9 milyon ton neft və 5 milyard kubmetr təbii qaz çıxarılması planlaşdırıldı. Bununla 2017-ci ildə neftin barrel qiymətinin orta hesabla 50 dollar olacağını nəzərə alsaq, ölkə büdcəsi təkcə neft və qazdan 135 milyon dollar qazanmış olacaq.

  Qonşu Qırğızıstan da neft və təbii qaz sahələrində istehlakçı mövqedədir, bilirsiniz, hörmətli dinləyicilər. Buna görə 2016-cı ildə düşən qiymətlər onun da iqtisadiyyatına təsirsiz ötüşmədi. Qırğızıstanın qızıl mədən sektorunda da xarici investisiya problemi yaşandı.

  Artıq bu ildən ölkənin gündəm maddələrindən biri 2017-ci ilin sonlarına planlaşdırılan prezident seçkiləri olub. 

  Türkmənistanın başlıca gəlir məbəyi olan təbii qaz qiymətləri də 2016-cı ildə 3 il əvvələ nisbətən az qala yarı yarıya endi. Amma Türkmənistan bu problemini həll etmək üçün təcili layihə hazırladı, Çinin dəstəyilə Türkmən qazını Çinə daşıyacaq boru xətti inşasına başladı. Layihə başa çatdıqdan sonra Türkmənistan Çinə 30 milyard kubmetrlik təbii qaz ixrac edəcək.

  Təbii qaz sektorunda vəziyyət isə durğun oldu Türkmənistanda: işçilərin 50 faizi müvəqqəti işsiz qaldı, ölkə iqtisadiyyatı mənfiyə düşdü, un, şəkər, yağ kimi təməl qida maddələrinin qiymətləri artdı.

  Bu yerdə bunu mütləq qeyd etməliyik ki, əziz dinləyicilər, Türkmənistan "daimi tərəfsiz dövlət" statusu qəbul etdiyi üçün beynəlxalq təşkilat və dövlətlərdən dəstək istəməkdən qaçır. Amma Türkiyənin fikrinə görə, Türkmənistan, başda Türkiyənin özü olmaqla, Türk Şurası üzvü olan dövlətlərdən dəstək alarsa, problemlərini daha qısa müddətdə həll edə bilər. Amma hələ ki, Türkmənistan nə iqtisadi, nə siyasi, nə də mədəni sahələrdə bu yolu seçmir.

  Özbəkistanda 2016-cı ildə nələr oldu?

  Keçən ilin 2 sentyabr tarixində Özbəkistan prezidenti İslam Kərimov həyatını itirdi. Onun vəfatından sonra dövlət başçısı Şövkət Mirziyoyev oldu.

  Mirziyoyev dövrü Özbəkistan üçün yeni bir başlanğıc sayıla bilər.

  İ.Kərimov Türk Şurası və digər regional əməkdaşlıq təşkilatlarına məsafəli siyasət yürüdürdüsə, Ş.Mirziyoyev bu siyasəti dəyişdi, Özbəkistanın qapısını açmağa yönəldi.

  İndi də Orta Asiyanı adlayaq, Xəzər dənizindən Qafqaza, Qafqazın da göz bəbəyi olan Azərbaycana keçək.

  Neft və təbii qaz Azərbaycan ümumdaxili məhsulunun 30 faizini təşkil edir. Buna görə də 2016-cı il neft və təbii qaz qiymətlərindəki eniş əhəmiyyətli istehsalçılardan biri olan Azərbaycanın da iqtisadiyyatını zədələdi. Buna görə ölkə 2017-ci ildən başlayaraq qaz və neftdən o qədər də asılı olmayan müstəqil iqtisadi inkişaf modeli inkişaf etdirmək yolunu seçdi. Müstəvisində Beynəlxalq Valyuta Fondunun dəstəklədiyi islahat paketi var. Hədəf 2017-ci ildən etibarən kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm kimi qeyri-neft sektorlarını inkişaf etdirməkdir.

  Azərbaycanın Ermənistan işğalı altında olan Dağlıq Qarabağ problemi hələ həll olunmayıb. 1994-cü ildən bəri silahlı qarşıdurmalar davam edir. 2016-cı ilin 2-5 aprel tarixlərində yaşanan hadisələr isə Azərbaycan tarixinə “dörd günlük döyüş” olaraq şərəflə yazıldı.

  Qısa sərhlərimzidən göründüyü kimi, 2016-cı il Türkiyə və türk respublikaları qlobal və ölkəiçi hadisələrlə üz-üzə qaldı. Gələn həftə “Türkiyə və Avrasiya gündəmi” verilişində bölgədə yaşanan mühüm prosesləri başqa prizmadan analiz edəcəyik. 

 



Әlaqәli Xәbәrlәr