Türkiyədə universitet təhsili (01)

Türkiyədə təhsil almaq istəyən gənclərə, bu mövzu ilə maraqlananlara Türkiyə universitetlərində təhsilalma, oxuma və qalma şərtlərindən bəhs edirik.

Türkiyədə universitet təhsili (01)

Türkiyǝ Universitetlǝrindǝ Tǝhsil 01/17

Türkiyədə universitet təhsili_01 (04.02.2017)

  Türkiyə sabit iqtisadi və siyasi inkişafı olan, son illər sürətlə yüksələn bir ölkədir. Xüsusilə Türkiyə şirkətlərinin ölkə xaricində uğurlu işləri və son illər Türkiyə serial və film sənayesinin yaratdığı müsbət təsir Türkiyəyə marağı artırır.   

  Əlbəttə müvəffəqiyyətli siyasi və iqtisadi inkişafın arxasında gözəl təhsil sistemi durur. Türkiyə marka olaraq yüksələn bu dəyərinə görə universitetlərinə də borcludur. Sənaye, idman və bir çox sahədə Türkiyə universitetlərində təhsil alan tələbələr bu inkişafda böyük paya sahibdirlər.

  Afrikadan Asiyaya, Avropaya və Amerika qitəsinə qədər çox geniş coğrafiyadan olan gənclər ali təhsil almaq üçün Türkiyə universitetlərini seçir. Bu seçimin arxa planında təkcə təhsil almaq deyil, eyni zamanda, ölkədə onlara verilən ictimai imkanlar, yerləşmə və həyat şərtləridir.

  Türkiyədə əksər şəhərlər müasir qərb standartlarına uyğundur. Bu şəhərlər və yerlərdə həm də Osmanlı mədəniyyətiylə üzvi şəkildə bağlıdır. Azad mühit, rahat şərait, insanların dininə, rənginə fərq qoyulmaması, ayrı-seçkiliyə yol verilməməsi adama əmin-aman yaşam şəraiti bəxş edir.

  Türkiyə universitetləri gənclərə həm təhsil verir, həm də ictimai imkanlarla təmin edir, təbiətdən şahmata, kitabxanalara, mədəni klublara qədər hər şeylə tələbənin inkişafına dəstək olur. Tələbələrin hər biri öz maraq sahəsi üzrə olan ictimai klublarda bir araya gələ və yerli mühitdə sosiallaşaraq təcrübə əldə edirlər. Gənclər birlikdə, eyni zamanda, dünyada məşhur Türk lokumuna, qəhvəsinə, dönərinə, pidesinə qədər türk mədəniyyətinə xas bənzərsiz mətbəxdən də dadmaq imkanı tapır, söhbətli, əyləncəli anlar yaşayırlar.

  Türkiyənin coğrafiyası tələbələrə təhsil aldıqları şəhərlərdə - şimalda xizək sürmək, cənubda isə dənizdə çimmək imkanları verir.

  Əziz gənc dostlar, bu gün “Türkiyədə universitet təhsili” verilişinin girişini etdik, məqsədimizi, qısaca da olsa, anlatdıq. Gələn həftədən etibarən Türkiyənin uğurlu universitetlərinin rektor, müəllim və tələbələrilə olan söhbətləri sizə təqdim edəcəyik. Bizi həm də TRT/Azerbaycan səhifəsindən də təqib edə, fikir, münasibət bildirə və suallarınızı yaza bilərsiniz.

  Bunu qeyd edək ki, gələn həftə bu gün və bu dəqiqələrədə olacaq “Türkiyədə universitet təhsili” proqramında Ankara Yıldırım Beyazıt Universitetinin rektoru, professor Metin Doğan və universitetdə təhsil alan tələbələrlə olan söhbətimizi təqdim edəcəyik. İndi isə “Hələlik” deyirik.



Әlaqәli Xәbәrlәr