Dünya İqtisadiyyatından Xəbərlər

Türkiyənin Dəyişən Qlobal Enerji Tənasübündəki Yeri

Dünya İqtisadiyyatından Xəbərlər

       Son dövrdə ölkələrin inkişafına və iqtisadi seçimlərinə təsiri daha aydın görünən enerji xarici siyasətdə də həlledici faktor kimi yerini sürətlə möhkəmləndirir. Qalıq enerji mənbələrinə malik olan Şərq ilə bu mənbələri tələb edən Qərb arasında təbii bir körpü mövqeyində olan Türkiyədə də enerji təhcizat təhlükəsizliyi məsələsində mühüm yer tutmağa başlayıb.

       Xüsusilə, qalıq yanacaqlar olan neft və təbii qaz baxımından dünyanın ən zəngin bölgələri olan Qafqaz, Orta Şərq və Asiya ilə qonşu olan Türkiyə sözügedən qaynaqların böyük bir hissəsindən məhrum olmasına baxmayaraq, son dövrdə qlobal enerji bazarında mühüm layihələrə imza atır. Bu baxımdan, enerji siyasəti məsələsində ciddi bir transformasiya prosesindən keçən Türkiyənin bu sahədə xaricdən asılılığı getdikcə azalır, ölkə enerji idxalında mənbə və bazar seçimi istiqamətindəki  axtarışlarını sürətləndirir.

      Uzun illər yerləşdiyi coğrafiyanın siyasi və iqtisadi təbəddülatlarından təsirlənən Türkiyə bundan sonra sahib olduğu coğrafi mövqenin üstünlüklərini fürsətə çevirməyi qarşısına məqsəd qoymuşdur.

       Yerli mənbələrdən istifadə ilə bağlı siyasətləri inkişaf etdirməklə yanaşı, neft və qaz idxal etdiyi ölkələr ilə yeni müqavilələrə imza atır. Ölkə yeni layihələrlə enerji təhlükəsizliyini təmin etmək yolunda da əmin addımlarla irəliləyir.

       Türkiyə enerji sahəsindəki siyasətini "enerji ticarətində mərkəz ölkə olma" hədəfi əsasında qurmağa başlamışdır.  Bunu həyata keçirmək üçün təchiz edən ölkələrlə tələb edən ölkələri bir araya gətirərək, qlobal enerji əlaqələrində təchizat təhlükəsizliyini təmin edən ölkələrdən biri olmağa namizəddir. Bundan başqa, ölkə enerjidə ticari mərkəz olmaq istiqamətində son dövrlərdə bir çox layihədə iştirak edir.

     Enerji mənbələri baxımından zəngin olan qonşu ölkələrlə əlaqələrini inkişaf etdirən və bütün tərəflərin "qarşılıqlı faydalanma" siyasəti yürütdüyü bu regionda qurulacaq yeni enerji tənasübündə rol alan Türkiyə  enerji ticarətində də mərkəz ölkə olma prosesində ciddi addımlar atır.

   Türkiyə başda Azərbaycan təbii qazını Türkiyəyə və Türkiyə üzərindən Avropaya nəql etməyi hədəfləyən TANAP layihəsi olmaqla, Rusiya ilə “Türk Axını” kimi bir çox sahədə yeni layihələrdə dominant rol oynayır, qlobal enerji bazarında əhəmiyyəti artan mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin inkişaf etdirilməsi istiqamətində mühüm layihələrə qoşulur.

    Türkiyənin qlobal enerji bazarındakı çəkisinin sözügedən layihələrlə birlikdə getdikcə artdığı aydın görünür.

   Son illərdə qaz kəşfiyyatı ön plana çıxan şərqi Aralıq dənizinin enerji mənbələri ilə əlaqədar gedən proseslər də region ölkələri ilə yeni əməkdaşlıqlardan xəbər verir. Şimalda Rusiya, şərqdə Azərbaycan ilə həyata keçirilən enerji ticarətinə cənubdan gələcək şərqi Aralıq dənizinin təbii qazı da əlavə olunduğunda Türkiyə enerji ticarətində mərkəz ölkə olma hədəfinə doğru konkret addımlarla irəliləyəcəkdir.

     Əslində, Türkiyə güzərgahı bütün enerji marşrutlarının kəsişdiyi ən etibarlı və ucuz güzərgahdır.

   Qaz transferi marşrutu ölkəsi olması Türkiyədə təbii qaz qiymətlərini müəyyən edən liberal və şəffaf bir qaz bazarının yaradılmasının vacibliyini də ortaya qoyur. Elektrik və təbii qazda sərbəst bir bazarın formalaşmasının yolunu açacaq Enerji Birjasının səmərəliliyinin artırılması Türkiyəni enerji bazarının ən mühüm aktyorlarından birinə çevirəcək.

 

 



Әlaqәli Xәbәrlәr