Türkiyə və dünya gündəminə dair təhlil(05-217)

Astanada atılan ilk addımlar.

Türkiyə və dünya gündəminə dair təhlil(05-217)

Qazaxıstanın paytaxtı Astanada 23-24 yanvar tarixlərində Suriyadakı vəziyyətin müzakirə olunduğu danışıqlarda müxtəlif sahələrdə ilk addımlar atıldı. Bunların başında 5 ildir silahlı olaraq müxalifət edən qruplarla Suriya rejimindən rəsmilərin bir araya gəlməsi və atəşkəslə daimi sülhün yaranması üçün iradə ortaya qoymaları yer tutmuşdur. Çünki daha əvvəlki müzakirələrində sadəcə müxalifət iştirak etmiş və atəşkəsin təmin edilməsi barədə də əsassız rəftar ortaya qoymuşdu. İkinci olaraq isə Suriyada asayişin təmin olunması üçün regional sülh tələbi və cəhdlər səgilənib. Bu çərçivədə Türkiyə, Rusiya və İranın birgə hərəkət etməsi və bunun digər bölgə ölkələri tərəfindən dəstəklənməsi yeni addımlardan biridir. Bu vəziyyət həmin zamanda gələcək üçün nəzərə alınan ümumi regional sabitlik üçün də ümid vəd edir. Digər önəmli nöqtə isə beynəlxalq siyasətin ən önəmli probləmlərindən olan Suriya məsələsinin Astanada müzakirə edilməsi qlobal geosiyasi güc tarazlığının yenidən formalaşmasının işarəsidir.

Astana danışıqlarında suriyalı tərəflərdən savayı Türkiyə, Rusiya və İranla yanaşı BMT rəsmiləri də qatıldı. ABŞ isə müşahidəci sırasında öz yerini tutdu. Avropa İttifaqı isə yeni proseslə əlaqəli olaraq gözləyib, nəticəni görmək siyasətinə üstünlük verdi. Prosesin bu mərhələyə gəlməsi belə böyük qələbədir.  Beş ildir davam edən 300 min dinc vətəndaşın çox faciəli şərtlərdə ölməsinə, milyonlarla insanın ev-eşiklərindən edilərək köçməsinə və bir ölkənin yandırılıb-yıxılmasına səbəb olan bir toqquşmanın nəhayət qarşısı alına bilmişdir. Mütləq ki, bunda Türkiyənin Rusiya ilə birlikdə qaldırdığı təşəbbüs böyük rol oynadı. Dekabrın 15-də Hələbin təxliyyə edilməsi ilə başlanılan proses 30 dekabrda Suriyada ümumi atəşkəsin elan edilməsi ilə nəticələndi və bununla da Astanada sülh ümidinin qapısı açıldı.  Türkiyə Hələbin təxliyyəsi ilə birlikdə atdığı siyasi addımı və ortaya qoyduğu diplomatik cəhdləri ilə Suriyada sülh və prosesi ortaya qoyan bir missiya üzərinə götürdüyünə dair iradəsini göstərdi. Bu iradəni bir tərəfdən PKK-PYD terror ünsürlərini sülh danışıqlarından kənarda tutaraq göstərdikdə, digər tərəfdən isə Əl Babdakı hərbi mövcudluğu ilə öz təhlükəsizliyi və regional təhlükəsizlik mövzusunda mövqeyini müəyyənləşdirdi. 

Astanada iki gün davam edən danışıqlar nəticəsində üç zamin ölkənin (Türkiyə, Rusiya və İran) yayımladıqları bildirişdə bu mövzular ön plana çəkildi: 1- Suriyanın torpaq vahidliyi, müstəqilliyi və suverenliyinin təsdiqlənməsi, 2- Suriya məsələsinin sadəcə siyasi və diplomatik yollarla həllinə dair mənimsənən düşüncə, 3- Aatəşkəsin davam etməsi və nəzarəti üçün yuxarıda adı çəkilən üç zamin ölkə arasında üçtərəfli mexanizm qurulması, 4- Silahlı müxalifət qruplarının Cenevrədə keçiriləcək yığıncağa qatılmalarına dəstək olunması.

Xülasə Suriya sülhü üçün Qazaxıstanın paytaxtı Astanada bir araya gələn Türkiyə, Rusiya və İran Suriyadakı atəşkəs zəminini gücləndirmək üçün üçtərəfli mexanizm təşkil etdi. Yığıncağın axırında verilən “tərəflərin Suriyanın torpaq bütövlüyü, vahidliyi, müstəqilliyi və suverenliyinə sadiq olduqları” açıqlaması əhəmiyyətlidir.

Bu açıqlama ilə Suriyada Obama hakimiyyəti tərəfindən qurulan və dəstəklənən PKK-PYD təşkilatlanması və DEAŞ kimi terror təşkilatlarına icazə verilməyəcəyi  ortaya qoyulmuşdur.

Astanada əldə edilən bu nəticələr çərçivəsində daimi sülhün təmin edilməsi və siyasi həll yoluna qovuşulması üçün fevralın 8-də Cenevrədə müzakirələrin davam etdiriləcəyi bildirilib. Buna görə Astana Cenevrədə  daimi sülhə gedən qapını aça bilər. Astanada əkilən sülh toxumları Cevnevrədə bəhrəsini verə bilər. Ümirvar olmamaq üçün hər hansı ciddi səbəb yoxdur. Gözləyib görəcəyik. Hərgah Cenevrədə siyasi həll yoluna dair razılaşma olsa Suriyada 18 ay ərzində BMT-nin nəzarətində seçkilərin keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr