Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

Proqramımızın ilk xəbəri Türkmәnistanla  bağlıdır. Türkmәnistanda   fevralın 12-dә prezident seçkilәri keçirilәcәk.

Seçkilәrdә  9 namizәd prezidentlik uğrunda mübarizә aparacaq.

Әn güçlü namizәd dövlәt başçısı Gurbanguli Berdimuhammedov hesab edilir.

Prezident seçkilәrinin  tәbliğat kampaniyası da  artıq start götürüb.

Bu çәrçivәdә Türkmәnistanın lideri Gurbaguli Berdimuhammedov  son olaraq Lapaba sәfәr edib.

Gurbaguli Berdimuhammedov  sәfәri çәrçivәsindә Köytendağ rayonundakı  Garlık mәdәni vә kübrә fabrikasına baş çәkib.

Lebab vilayətinin ən böyük sərmayələrindən biri olan müəssisələr  dəmir yolu nəqliyyatı  ilә təmin olunub.

Gurbaguli Berdimuhammedov müәssisә tamamlanandan sonra ildə 1 milyon 400 min ton kübrənin istehsal ediləcəyini və istehsalın əhəmiyyətli hissəsinin ixrac ediləcəyini, həmçinin 1700 adamın işlә tәmin olunacağını  bildirib.

Türkmənistanın dövlәt başçısı sәfәri çәrçivәsindә Amudərya çayı  üzərində inşa edilən körpüyә dә baxış keçirib.

Hörmətli oxuçularımız  ikinci xəbərimiz  Qazaxıstanla bağlıdır.  Qazaxıstanın   paytaxtı Astana çox әhәmiyyәtli  görüşlәrә ev sahibliyi edir.

Türkiyә vә Rusiyanın  liderliyilә, İranın dәstәyi vә Qazaxıstanın  ev sahibliyindә keçirilәn Suriya üzrә sülh danışıqları  ötәn hәftә Astanada keçirilib.

Danışıqlar nәticәsindә  üç  zamin ölkәninin yayımlanan birgә bildirişindә  Suriyada әldә olunan  atəşkəs rejiminə əməl olunmasına nəzarət edilməsi  mәsәlәsindә  razılığa gәlinib.

Hörmətli oxuçularımız  proqramımızı Qazaxıstandan bir başqa xәbәrlә davam etdiririk.

TÜRKSOY-un qәbul etdiyi qәrara әsasәn Qazaxıstanın Türküstan  şәhәri 2017-ci ilin Türk Dünyasının Mədəniyyət paytaxtı seçilib.

Bu çәrçivәdә  edilәcәk tәdbirlәrin müәyyәnlәşdirilmәsi  mәqsәdilә  Çimkentdә fәaliyyәt proqramının imza  mәrasimi keçirilib.

Eyni zamanda hәm Türküstanda, hәm dә canubi Qazaxıstanda keçirilәcәk  tәdbirlәr üçün hazırlıq işlәrinin  aparıldığı bildirilib.

Cənubi Qazaxıstan valiliyinin mәtbuat xidmәti  ‘‘Türküstan 2017-ci ilin Türk Dünyasının Mədəniyyət paytaxtı’’ layihәsi çәrçivәsindә tәtbiq olunacaq  fәaliyyәt proqramının  imzaladığını  açıqlayıb. 

 Mərasimdə Cənubi Qazaxıstan Valisi Canseyit Tüymebayev, TÜRKSOY-un  baş katibi Duysen Kaseyinov vә  Qazaxıstan Mədəniyyət Nazirliyi Mədəniyyət və İncəsənət Departamentinin  rəsmisi Almaz Nuazhanın iştirak etdiyi ifadə edilib.

‘‘Türk Dünyasının Mədəniyyət paytaxtı’’ layihәsi çәrçivәsindә  TÜRKSOY-un    Türküstanda mart ayında çox sayda mәdәni fәaliyyәtlәr  keçirәcәyi vurğulanıb.

Әziz oxuçularımız  növbәti xәbәrimiz  bütün Türk dünyası üçün maraqlıdır.

Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 48-ci iclası işə başlayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iclası açaraq danışıqlar prosesi çərçivəsində Konvensiya layihəsi müddəalarının razılaşdırılması, eləcə də Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığı üzrə mühüm işlərin görüldüyünü bildirib.

XİN rəsmisi:“ Xəzəryanı ölkələrin dövlət başçılarının dörd zirvə toplantısı Aşqabad, Tehran, Bakı və Həştərxanda baş tutub. Bakı və Həştərxan zirvə toplantılarında, ölkə rəhbərləri sahilyanı dövlətlərin suverenliyi altında olan su məkanlarına daxil olan milli zonanın eni, həmçinin dövlətlərin Xəzərdəki əməkdaşlığının prinsipləri üzrə əhəmiyyətli razılaşmalar əldə edilib’’ deyә bildirib.

X.Xələfov Konvensiya layihəsinin bütövlüklə razılaşdırılması növbəti Zirvə Toplantısında hüquqi statusun qəbul edilməsinə imkan yaradacağını, bunun da Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi mexanizmi təşkil edəcəyini qeyd edib.

Xarici işlər nazirinin müavini: ‘‘ Bu məqsədlə, Konvensiya layihəsinin Xəzəryanı dövlətlərin Xəzər dənizindən digər dənizlərə və Dünya okeanına azad çıxış hüququ, hərbi gəmilərin digər tərəflərin milli suverenliyi altında olan ərazi sularından keçid hüququ, eləcə də kabellərin və boru kəmərlərinin çəkilməsi, çıxış xətlərinin qurulması metodikası və Xəzər dənizinin dibinin və təkinin bölünməsi ilə bağlı əsas müddəalarının tezliklə razılaşdırılması üçün səylərin birləşdirilməsi zəruridir’’ deyib.

X.Xələfov : ‘‘Xüsusi İşçi Qrupunun hazırkı iclasının gedişində müzakirə ediləcək bütün məsələlər danışıqlar prosesi çərçivəsində, qəbul olunmuş beynəlxalq təcrübə əsasında və beynəlxalq dəniz hüququnun normalarına uyğun olaraq, Xəzəryanı ölkələrin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda, eləcə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti məsələlərində tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll ediləcək” deyə söylәyib.

Әziz oxuçularımız  son  xәbәrimiz Tatarıstanla bağlıdır.

Turistlәrin  Tatarıstana artan marağı  Kazanda hava nəqliyyatında da əks olunmağa başladı.

2016-ci ildə Beynəlxalq Kazan hava limanı 1 milyon 900 min  sərnişini qəbul etdi.

Ötən  il  Kazan hava limanından 60 mövqeyә üçüş hәyata keçirilib.

Rusiyanın Yekaterinburg şәhәrinә  hәyata keçirilәn uçuşlar  2015-ci il ilә müqayisәdә 133 %, Ufa-Surgut  istiqamәtinә olan uçuşlarda  isә 90.3 % artım müşahidә olunub.

Kazan hava limanından әn çox  Cənubi Kiprin Larnaka, Qoa, Phuket, Vyetnamın Kamranı vә  Yunanıstanın Rodos adasına  uçuş hәyata keçirilib.

Tunisin Monastur şəhərinə  hәyata keçirilәn üçüşlar isә beş dәfә artıb.

 



Әlaqәli Xәbәrlәr