Türk Dünyasından Xəbərlər

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xəbərlər

Proqramımızın ilk xəbəri  Azәrbaycan vә Türkiyә arasında diplomatik münasibәtlәrinin qurulmasının  25-ci iddönümü ilә bağlıdır.

     Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır.
          Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. İntensiv şəkildə davam edən qarşılıqlı yüksək səviyyəli səfərlər  münasibətlərin arxasındakı ən mühüm hərəkətverici qüvvədir.

İki ölkə arasında münasibətlərin xarakterindən danışarkən bir məsələyə də diqqət yetirmək istərdik. İki ölkәnin  dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycan vә ya Türkiyәdәn  başlamaları artıq xoş ənənəyə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ili münasibətilə Türkiyәnin  dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Azәrbaycan Prezidenti İlham Әliyev mәktubunda bu ifadәlәrә yer verib:

 ‘’14 yanvar 1992-ci il  Azәrbaycan Respublikası vә Türkiyә  Respublikası arasında diplomatik münasibәtlәrin  qurulduğu gündür. Bu әlamәtdar hadisәnin 25 illiyi ilә әlaqәdar Sizi tәbrik edir, dost vә qardaş  Türkiyә  xalqına әn xoş vә sәmimi arzularımı çatdırıram.

Müstәqil Azәrbaycan tarixindә qardaş Türkiyә diplomatik әlaqәlәr yaratdığımız ilk dövlәtdir. Xalqlarımız  vә ölkәlәrimiz arasındakı münasibәtlәr dәrin tarixi  köklәrә әsaslanır. Ötәn illәr әrzindә  ‘‘bir millәt-iki dövlәt’’ prinsipi dünyada bәnzәri olmayan Azәrbaycan-Türkiyә  әlaqәlәrinin bütün sahәlәrini әhatә etmişdir.

Dostluq vә qardaşlıq üzәrindә qurulmuş әlaqәlәrimiz bu gün  birgә sәylәrimizlә strateji müttәfiqlik sәviyyәsinә yüksәldilmişdir. Azәrbaycan-Türkiyә tәrәfdaşlığı xalqlarımızın rifahına, ölkәlәrimizin çiçәklәnmәsinә, regionda әmin-amanlığın vә sabitliyin bәrqәrar olmasına xidmәt edir. Türkiyә-Azәrbaycan birliyi vә hәmrәyliyi  bundan sonra da  xalqlarımızın mәnfәәtlәrinә uyğun  olaraq möhkәmlәnәcәk vә genişlәnәcәkdir’’

Hörmətli oxuçularımız  ikinci xəbərimiz Türkmənistanla bağlıdır.  Türkmənistana  investisiya yatırımları 2017-ci ildə də hәyata keçirilәcәk.

2016-ci ildə investisiya büdcəsinin əhəmiyyətli hissəsini Aşqabadda inşa edilən Olimpiya kompleksləri üçün ayıran Türkmənistan  2017 ildə 873 yeni kompleksin inşa edilmәsini  planlaşdırır.

Sentyabr ayında keçiriləcək 5-ci Asiya  Olimpiya Oyunları üçün paytaxt Aşqabadda inşa edilәn kompleks  Türkiyәyә aid işaaat  şirkәtlәri  tәrәfindәn uğurla hәyata keçirilib.

Türkmənistan  2017-ci ildә investisiya yatırımlarına  42 milyard 700 milyon manat ayrıb.

Türkmənistan iqtisadiyyatına dair bəyanatlarda, Türkmənistan özəl sektorunun sənaye istehsalındakı payının 2016-ci ildə 40 %-ә  çatdığı bildirilib.

 2016-ci ildə Türkmənistanın  özəl sektoru tərəfindən  keramika və kərpic, boru və kabel, gips və gips məhsulları kompleksi yanında çox sayda xalça və mebel istehsal zavodu vә fabrikası  istismara verilib. 2016-ci ildə xidmətə daxil olan müəssisələr ilə  9 min insanın işlә tәmin edildiyi açıqlanıb.

Әziz oxuçularımız  növbәti xәbәrimiz Özbәkistanla bağlıdır.

Özbəkistanın məşhur Ağ  Sarayının  İslam Kərimovun muzeyi olaraq xidmət verməsi gözlənilir.

Bu barədə "Kәrimovun övladları" adlı qrup  Facebook vasitәsilә mәlumat yayıb.

 Muzeyin açılış mərasimi  İslam Kərimovun ad günündә yәni  yanvarin 30-da  həyata keçirəcək.

Məlumata görə, hazırda sarayda tәmir işlәri aparılır.

Özbəkistanın yeni Prezidenti Şövkət Mirziyoev isə Müstəqillik meydanındakı Senatın  ikinci mәrtәbәsindә  gündəlik fəaliyyətlərini  davam etdirir.

Qeyd edәk ki, yeni Prezident İqamәtgahının iki il әrzindә inşa edilәcәyi  bildirilir. Lakin  sarayın  harda inşa edilәcәyi ilә bağlı mәlumat verilmir.

Qeyd edәk ki, mәrhum prezident  İslam Kәrimov  2004-cü ildәn  etibarәn Ağ Sarayı  iqamәtgah  olaraq istifadә edirdi vә xaricdәn gәlәn  dövlәt nümayәndәlәrini burda qәbul edirdi.

Әziz oxuçularımız  son xәbәrimiz Qazaxıstanla bağlıdır. Qazaxıstan  28-ci Universitetlәrarası  Qış Oyunlarına hazırlaşır.

28-ci Universitetlәrarası  Qış Oyunları 29 yanvar-8 fevral tarixlәri arasında  Qazaxıstanın mәdәniyyәt paytaxtı Almatada keçirilәcәk

Qış oyunları çәrçivәsindә 12 idman növü üzrә  yarışlar keçirilәcәk.  Mәlumata görә, 28-ci Universitetlәrarası  Qış Oyunlarının  rәsmi  bilet satış  ofisi dә açılıb. Ofisin açılış mәrasimindә   idmançılar, Qış Oyunları iştirakçıları, sәnәtçilәr, mәşhur jurnalistlәr vә  blokerlәr  qatılıblar.

Ofisin әsas mәqsәdi  veteran, әlillәr vә tәlәbәlәrә ucuz bilәt satmaqdır. Artıq bilet satışlarının başladığı bildirilir. Әldә olunan mәlumata görә, biletlәrin online  satışı var.

Yeri gәlmişkәn qeyd edәk ki, oyunlәrin mәşәl daşıyıcıları da müәyyәnlәşib. Rio 2016  Yay Olimpiya Oyunlarında qızıl medal әldә edәn  Dmitri Balandin isә oyunların rәsmi iştirakçısı  seçilib.

Oyunlar çәrçivәsindә  Almatada mәdәniyyәt tәdbirlәrinin keçirilmәsi nәzәrdә tutulur.

Qeyd edәk ki, Qazaxıstan Universitetlәrarası  Qış Oyunlarına ilk dәfә 1993-cü ildә qatılıb.

Oyunlar çәrçivәsindә  Qazaxıstana 50 ölkədən 2000 min idmançının  gəlməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr