Türkiyə və Dünya Gündəminə dair Təhlil (04.2017)

“Prezidentlik/Cümhurbaşqanlığı sisteminin yaxşı başa düşülməsinə ehtiyac var”

658029
Türkiyə və Dünya Gündəminə dair Təhlil (04.2017)

Nə üçün prezidentlik/Cümhurbaşqanlığı /(Türkiyədə deyildiyi kimi) sisteminə ehtiyac duyulur? Bu suala cavab verə bilmək üçün hər şəydən əvvəl Prezidentlik/Cümhurbaşqanlığı sisteminin yaxşı başa düşülməsinə ehtiyac var. Bu sistemin başa düşülə bilməsi üçün parlamentli dövlət sistemilə birlikdə müqayisə edilməsi və iki sistemin üstünlük və mənfi cəhətinin ortaya qoyulması vacibdir.

Bu bölümdə deməli iki sistem fayda və zərərləri baxımından müqayisə ediləcək. Prezidentlik və yaxud da Cümhurbaşqanlığı sistemi parlamentli dövlət sisteminin əksinə güclü icra ehtiyacının nəticəsində ortaya çıxıb. Bu sistem səlahiyyətlərin kəskin şəkildə ayrı tutulması (qanunvericilik, icra və məhkəmələrin bir-birindən ayrı tutulması)  sistemi kimi adlandırılır. Bu şəkildə adlandırmağın bəzi səbəbləri vardır ki, bunlardan birincisi: Cümhurun (yəni xalqın) başçısının parlamentin içindən çıxmaması və xalq tərəfindən seçilməsidir. İkincisi prezidentin/cümhurbaşqanının və icra səlahiyyətinin digər üzvlərinin parlament fəaliyyətlərinə fəal şəkildə qatılmalarının qeyri-mümkün olmasıdır. Üçüncüsü isə qanunvericilik və icra səlahiyyətlərinin mənbələrini və mövcudluqlarını davam etdirmə baxımından bir-birindən müstəqil olmasıdır. Bundan asılı tək başına sistem yəni Cümhurbaşqanlığı yaxud da prezidentlik sistemi səlahiyyətlərin birbirindən ayrı tutulması nəzəriyyəsini ən yaxşı şəkildə reallaşdıran sistemdir. Həmçinin bu sistem səlahiyyətlərin kəskin şəkildə bir-birindən ayrı tutulması sistemi olması ilə yanaşı səlahiyyətlərin bir-birinə nazarət etməsinə və tarazlıq yaratmasına əsaslanan hökumət sistemidir.

Münasibəti ilə prezidentlik sistemində icranın səlahiyyəti xalqa əsaslandığı üçün sabitliyi təmin etmək, güclü bir hakimiyyət qurmaq və demokratik olmaq baxımından digər sistemlərdən üstün tutulur. Bu sistəmdə icranın səlahiyyətləri tək mərkəzli əsasa sahib olduğuna  görə kobud və statik dövlət quruluşları və müqavimət göstərən bürokratiyaya sahib parlament sistemi qarşısında, dinamik və çox asan şəkildə hazır olma xüsusiyyətinə və həll yolu ortaya qoyma gücünə sahib bir nizamdır. Buna müqabil qanunvericilik və icra arasında böhran potensiyalına sahib olması, kəskin olması və hakimiyyəti şəxsiləşdirməsi cəhətdən zəiflikləri vardır. Həmçinin prezidentlik sistemi sabitlik baxımından və fəallıq cəhətdən də parlamentli dövlət sistemi ilə müqayisədə daha üstündür. Buna müqabil parlamentli sistemin prezidentlik sistemi qarşısındakı üstünlüyü elastik olması, yəni qütbləşməyə daha az səbəb olmasıdır.

Tarixi baxımdan nəzər saldıqda son 60 illik Cümhuriyyət tarixində parlament sisteminin problemlərinə bu millət xeyli dəfə şahidlik edib. Koalisiyalardan ibarət hökumətlər və bunların səbəb olduğu sabitsizlik nəticəsində ortaya çıxan iqtisadi böhranlar və hərbi xuntalar bu Millətin dərin yaddaşından silənməyib. Buna görə “siyasi sabitlik” terminologiyası siyasi tariximizdə hər zaman vurğulanan bir məfhum olub. Əslində 2007-ci ildəki dəyişikliklə Cümhurbaşqanının xalq tərəfindən seçilməsi üsulunun mənimsənməsi yeni bir üsul-idarə şəklinin ortaya çıxması baxımından önəmli dönüş nöqtəsidir. Çünki həmin tarixdən sonra yuxarıda sadalanan bir sıra problemlərə görə Türkiyənin hökumət sistemi tətbiqi parlamentli dövlət sistemi orjinallığından önəmli səviyyədə yayınıb. Elə ki, bir çox siyasət elm adamına görə Türkiyənin rejimi bu mövcud vəziyyəti ilə belə yarı prezidentlik sisteminə əsasən keçmişdir.

Prezidentlik sisteminin Türkiyə üçün üstünlüklərini, mənfiliklərini uzun-uzun mübahisə etmək mümkündür. Müsbət və mənfiliklərini nəzərə almadan belə prezidentlik sisteminin Türkiyə üçün hər hansı problemə aparıb çıxarmayacağını söyləmək mümkündür. Türkiyə bu sistemə parlamentli dövlət sistemindən daha sürətli uyğunlaşa bilər. Digər tərəfdən 1982 konstitusiyasının cümhurbaşqanına verdiyi prezidentin səlahiyyətlərinə oxşar məsuliyyətlər tapşırmasını Türkiyə xalqı kafi səviyyədə mənimsəyibdir. Təəssüf ki, prezident sayağı səhaliyyətlərə sahib Cümhurbaşqanın Türkiyədə siyasətə məsuliyyəti yoxdur; məclisdə müəyyən gücə sahib baş nazir üçün də oxşar durumlardan bəhs etmək mümkündür. Məsələyə bu cəhətdən nəzər saldıqda belə prezidentlik sistemi və yaxud da partiyalı cümhurbaşqanlığı sisteminə keçmək də mövcud olan fəal durumu, yəni hüququ duruma keçirmək mənasını daşıyacaqdır. Yəni Türkiyə hərgah prezidentlik üsul-idarəsinə keçsə heç öyrəşmədiyi bir sistemi deyil, bir çox cəhəti ilə  tətbiqdə fəal olan bir sistemi mənimsəyəcək.

Türkiyə üçün ən uyğun hökumət sistemi nədir sualının cavabını fayda və mənfilikləri çərçivəsində fikirləşmək lazımdır. Hər bir siyasət seçimində imkan və təhdidləri, güclü və zəif cəhətlərini nəzərdə tutaraq dəyərləndirmək vacibdir. Parlamentli dövlət sistemi və prezidentlik sisteminin özünə məxsus üstünlükləri və təhdidləri vardır. Misal üçün prezidentlik sistemi sabitlik baxımından parlamentli dövlət sistemi qarşısındakı bir üstünlüyü elastik olması, yəni qütbləşməyə səbəb olmamasıdır. Fayda və zərər baxımından müqayisə edildiyi zaman prezidentlik  sisteminin üstünlükləri və təhdidlərindən belə bəhs etmək mümkündür. Türkiyə daxili və xarici siyasətdə çox mürəkkəb və təcili problemlərlə qarşı-qarşıyadır. Prezidentlik sistemi daxili və xarici siyasətdə qərarların daha sürətli şəkildə qəbul edilməsində imkan yaradaraq Türkiyənin gücünün və nüfuzunun təsirinin artmasına sağlam zəmin təşkil edə bilər. Həçminin hesab verə bilmə və digər cəhətlərdən demokratiyaya daha uyğun olan prezidentlik sistemi Türkiyənin siyasi tarixindəki Məclis və icranın qarşı-qarşıya gəlməsinə və hakimiyyətin kilitlənməsinə səbəb olan həll olunmayan problemlərin aradan qaldırılmasına və hakim güclərin bir-birini cilovlamasına və balanslamasına  töhfə verə bilər.

Nəticə olaraq Prezidentlik sistemi Türkiyənin 80 ildən artıq zamandır qarşı-qarşıya olduğu təməl iqtisadi, ictimai və siyasi problemlərə  həll yolu təqdim etmə potensiyalına malikdir.

Parlamentli dövlət sistemində xronikləşən bu problemlərin həllinə Prezidentlik sistemi ilə imkan yaradılmasına ehtiyac vardır. Türkiyənin hər baxımdan önünün açılması bundan asılı olacaqdır.

Gündəmə dair təhlili Prof. Hacı Mustafa Əravcının qələmindən təqdim etdik.



Әlaqәli Xәbәrlәr