Türkiyədə Varlıq Fondları

Türkiyə Varlıq Fondu ilə investisiya azlığının qarşısını almağı, böyük infrastruktur və enerji layihələrini  maliyyələşdirməyi, iqtisadi böyüməyə müsbət töhfə verməyi  və aşağı əmanət faizlərini artırmağı hәdәflәyir.

Türkiyədə Varlıq Fondları

Varlıq fondları  bir çox ölkə tərəfindən istifadə edilir. Xüsusilə əmanət faizləri aşağı olan ölkələrdə  iqtisadi artım və inkişafa  uzunmüddətli investisiyalara vəsait yaratması baxımından birbaşa töhfə verir.

Əmtəə və qeyri-maddi əmtəə  mәnbәli  olmaqla iki tip varlıq fondu var. Sahib olduqları sərmayə mənbəyi baxımından neft və qaz kimi təbii sərvətlərin ixrac gәlirlәriylә yaranan  resurslar əmtəə fondu, xarici ticarət mənbəli cari əməliyyatlarda müsbət balans, özəlləşdirmə, fondlar və valyuta ehtiyatları kimi mənbələr isə qeyri-maddi əmtəə  fondlarıdır.

Dünyanın ən iri əmtəə mənbəli fondlarına malik olan ölkələr, təbii sərvətlər baxımından zəngin olan Norveç, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər və Rusiyadır. 847,6 milyard dollar ilə dünyanın ən böyük investisiya fonduna malik olan ölkə Norveçdir. Norveçin  varlıq fondu ‘‘Nestle’’, ‘‘Royal Dutch Shell’’, ‘‘Apple’’, ‘‘Roche Holdinq’’, ‘‘Novartis’’, ‘‘Alphabet’’ və ‘‘Microsoft’’ kimi dünya miqyasında əhəmiyyətli şirkətlərə investisiya yatırır.

Çin, Honq Konq və Sinqapur kimi ölkələr isə ixracatda müsbət balansla yaradılan qeyri-maddi əmtəə  varlıq fondlarına malikdirlər. Bu ölkələr arasında 813,8 milyard dollar ilə ən böyük qeyri-maddi əmtəə  varlıq fonduna malik olan Çin investisiyalarını Yeni İpək Yolu Təşəbbüsü və Asiya İnfrastruktur İnvestisiya Bankı layihələrinə köçürmәkdәdir.

Mövcud vəziyyətdə fəaliyyət göstərən Varlıq Fondlarının hədəfləri  iqtisadi artım və milli rifahın qorunaraq gələcək nəsillərə ötürülməsi, makroiqtisadi siyasət maliyyə sabitliyinin təmin edilməsi və iqtisadi inkişafın dəstəklənməsidir.

Varlıq fondlarının ölkə iqtisadiyyatlarına töhfәsi  isə bir çox sahədə özünü göstərmәkdәdir. Xüsusilə inkişaf etməkdə olan ölkələrə kapital girişlərinə imkan yaradan  bu fondlar  həmçinin daxili və xarici şokların yarada bilәcәyi  dalğalanmalara qarşı da ölk iqtisadiyyatlarına müqavimət qazandırır. 

 Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkə iqtisadiyyatları üçün hər keçən gün əhəmiyyəti  artmaqda olan  Varlıq Fondlarının gәliri  2016-cı ildә 7,4 trilyon dollara  çatmışdır.

Varlıq Fondlarının təbii sәrvәt  zəngini Orta Şərq və Orta Asiya ilə ixrac və maliyyə mərkəzlərinə yönümlü Uzaq Şərqdə cәmlәşdiyi  görülməkdədir.

G20 ölkələrinin demәk olar ki, hamısında qüvvədə olan Varlıq Fondu 2016-cı il avqustun 26-da Türkiyәdә dә qurulub.  Bu fondun nizamnamə kapitalı  özəlləşdirmə fondu tərəfindən ödәnәcәk  vә  Baş Nazirliyin tәrkibində fəaliyyət göstərəcək.

Türkiyə Varlıq Fondu ilə inkişaf etməkdə olan ölkələrdə geniş olaraq rast gәlinәn  investisiya azlığının qarşısını almaq, böyük infrastruktur və enerji layihələrini  maliyyələşdirmək, iqtisadi böyüməyə müsbət töhfə vermək  və aşağı əmanət faizlərinin artırılmasını hәdәflәyir.

Türkiyədə qurulan varlıq fondu mövcud fondlardan fərqli olaraq nə əmtəə və nə də  qeyri-maddi əmtəə  olduğu üçün fərqli  varlıq fondu olması səbəbiylə inkişaf etməkdə olan ölkələr baxımından da diqqət çəkir.

Nəticə olaraq,  əmtəə gəlirləri və cari əməliyyatlardakı müsbət balans   ilə əldə edilən gəlirin  uzun perspektivdə ölkə iqtisadiyyatına töhfə verməsi məqsədilə yaradılan  varlıq fondu  bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə uzun illərdir istifadə edilir.



Әlaqәli Xәbәrlәr