Türk Dünyasından Xəbərlər

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xəbərlər

İlk xəbərimiz  Qazaxıstanla  bağlıdır. Deyə bilərik ki, Qaxazıstan terrorun baş aldığı günümüzdә  bu mәsәlә ilә bağlı  çox böyük addım atdı. Belə ki, ölkədə  terrorla mübarizə qanunu qəbul edildi.

Qazaxıstan prezidenti Nursultan  Nazarbayev  terror və radikallığa qarşı tədbirlərin artırılmasını nəzərdə tutan qanunu təsdiqlәyib.

Qazaxıstanda son dövrdə baş verən terror hücumlarının ardından tədbirlərin güclәndirilmәsini nəzərdə tutan qanun layihәsi  tәsdiq edilib.

Prezident  aparatının mәtbuat xidmәti  Qazaxıstan prezidenti  Nursultan Nazarbayevin  daha əvvəl parlamentdə qəbul edilən və terrorizm ilә radikalizmə qarşı mübarizədə tədbirlərin güclәndirilmәsini nәzәrdә tutan qanunu təsdiqlәdiyini  açıqlayıb.

Nursultan  Nazarbayevin göstərişi ilə terrorizm  və radikalizmlə mübarizə qanununda edilən dәyişikliklәr  terrorizmin əsas maliyyə kanalları olan qeyri-qanuni narkotik dövriyyəsi, silah satışı və miqrasiya sahəsində sərt tədbirlərin  görülmәsini  nəzərdə tutur.

Hörmətli oxuçularımız  ikinci xəbərimiz Azərbaycanda keçirilən toplantı ilə bağlıdır. Qazaxıstanın Türküstan  şәhәri 2017-ci ilin Türk Dünyasının Mədəniyyət paytaxtı seçilib.

Qәrar  Şəkidə keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısının yekununda elan edilib.

Toplantıda   Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Moldovaya bağlı Qaqauz Yeri, Şimali Kıbrıs  Türk Respublikasının mədəniyyət nazirləri və nümayəndələri iştirak edib.

Türk Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası Türk Mədəniyyət İrsi Fondu kimi beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdiyi iclasda Türkiyəni  Mədəniyyət və Turizm Nazirliyi müşavirinin müavini  Nihat Gül təmsil edib.

İmzalanma mərasimindən sonra 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" Qazaxıstanın Türküstan şəhərinin seçildiyi diqqətə çatdırılıb vә növbәti toplantı vә tәdbirin 2017-ci ilin sonlarında  Türküstanda keçirilməsini təsdiq edib.

Bundan başqa  Azərbaycanın  Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə 2017-ci ilin TÜRKSOY üzvü olan ölkələrdə "Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd edilməsi qəbul edilib.

Vurğuladığımız kimi Qazaxıstanın Türküstan  şәhәri 2017-ci ilin Türk Dünyasının Mədəniyyət paytaxtı seçilib.

Həmin çərçivədə Türküstan şəhəri ilə əlaqəli məlumat vermək istəyirik.

Tarixi mənbələrə görə  4-cü yüzildә qurulan   qədim adı "Yesi" olan Türküstan  Xoca Əhməd Yəsəvinin doğulduğu və yaşadığı şəhər kimi tanınır.

Qazaxıstanın YUNESKO-nun  Dünya İrsi Siyahısına salınan ilk tarixi əsəri olan və 14-ci əsrdə Əmir Teymur tərəfindən inşa etdirilən Yesevi Türbəsi  şəhərin görkəmli  mәkanlarından  biridir.

Üçüncü xəbərimiz  Azərbaycanda keçirilən ‘‘Türk Dünyasının  Qadın Geyimləri Defile’’si ilә bağlıdır.

Dekabrın 21-dә Azәrbaycanın paytaxtı Bakıdakı “Fairmont Hotel”də Bakı Yunus Əmrə İnstitutu, “Ankara Olqunlaşma  İnstitutu” Gülnarə Xəlilovanın Moda Evi və Qazaxıstanın Qadın Moda Agentliyinin  tәşkilaçlığı ilә “Ənənələrdən müasirliyədək” adlı Türk qadın geyiminin nümayişi keçirilib. 

Tədbirə görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri qatılıblar.

Tədbirin açılışında çıxış edən Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım və Milli Məclisin deputatı Qənirə Paşayeva layihəyə yüksək qiymət verərək, türk milli dəyərlərinin qorunması və təbliğinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, türk dünyasının tanınmış dizaynerlərinin iştirakı ilə keçirilən belə tədbirlər mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə, eləcə də milli geyimin təbliğatına xidmət edir.

Defileni Gülnarə Xəlilovanın Mili Geyim Mərkəzinin Azərbaycanın milli dəyərlərini üzə çıxaran rəngarəng geyimlərdən ibarət kolleksiyası açıb.

 Bu kolleksiya Bakı I Avropa Oyunları ərəfəsində Londonda təqdim edilib. Maraqlıdır ki, kolleksiyanın əsas modeli Gülnarə Xəlilovanın özü olub.

Qazaxıstanın tanınmış dizaynerləri Mədinə Massakova, Gülcan Niyətqəbul və Xanım Aydaşın, qırğızıstanlı dizayner Mahabat Samançiyeva və türkiyəli dizayner İlknur Koçbıyıkın kolleksiyaları xüsusi maraqla qarşılanıb. 

Defile Gülnarə Xəlilovanın “Xalçaların dili” adlı kolleksiyasının nümayişi ilə başa çatıb. 

Tədbirin sonunda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev  dizaynerlərə plaketlər təqdim edib.

Әziz dinlәyicilәr bu günkü söhbәtimizin sonuna çatdıq gәlәn hәftә görüşәnәdәk.



Әlaqәli Xәbәrlәr