Hələb dünyanı utandırır

Dövlət başçısının sözcüsü İbrahim Kalının “Daly Sabah” qəzetində yer tutan məqaləsi

Hələb dünyanı utandırır

Türkiyə və Rusiya arasında hazırlanan Şərqi Hələblə əlaqəli atəşkəs razılaşması hər an pozula biləcək vəziyyətdədir. Razılaşma mühasirə altındakı şəhərdə yaşayan və çəllək bombaları yaxud da milis snayperlər üçün asan vurula biləcək qadın və uşaqlar daxil minlərlə insanın ehtimal ki son ümididir.

Suriyanın 5 min illik şəhəri Hələbə nəzarətin  ələ keçirilməsi və Əsəd rejiminin əlində vəhşicəsinə təxrib edilməsi əslində dünyanı dərindən sarsıtması lazım olan bir vəziyyətdir. Ancaq bunun əvəzinə bu insanların çəkdikləri acıları göstərən və sosial şəbəkə vasitəsilə canlı yayımda insanı dəhşətə gətirən görüntülər bir daha göstərilmiş, amma insanlar buna elə çox əhəmiyyət vermədən bu kadrlar unudulmuşdur və bizim sadəcə sözdə mədəni dünyamız bir daha əxlaq pozğunluğunun, barbarlığın və utancın dibinə ən dibinə batmışdır.

Hələbdə həyata keçirilən vəhşilik qarşısında dünyanın adamı kar edən səssizliyinə şahid olan Əminə Secerovic Kaşli, ki özü hələ 8-9 yaşında olanda baş verən Bosniya hərbindən salamat xilas olmağı bacaran biridir, tarixin bu qara səhifəsini yaşayarkən davamlı bunu düşündüyünü xatırlayır: əgər dünya günahsız insanların nəyə məruz qaldıqlarını bilsəydi mütləq bizə yardım üçün gələrdi.

İndi isə dünyanın Şərqi Hələb küçələrində nələr baş verdiyini bildiyinə, ancaq bu soyqırımı dayandırmaq üçün bir addım da atmadığına təkidlə “çox sadədil” olduğunu deyir. Mən bu sətirləri yazarkən təxliyyə atvobusları Hələbə girib çıxır və bir tərəfdən ya təxirə salınır, hücuma məruz qalırlar ya qeyri-müəyyən vəziyyətlə qarşı-qarşıya buraxılırdılar. Dəqiq olan yeganə şey isə Hələb qətliamının eynilə Yəhudi soyqırımı, Srebrenitza və Ruanda qətliamları kimi tarixdə bir utanc abidəsi kimi xatırlanacağıdır.

Bir il əvvəl ölü bədəni Türkiyənin Əgə dənizi sahillərində tapılan suriyalı uşaq Aylan Kurdinin bu görüntüləri dünya miqyasında ümum ictimaiyyəti hərəkətə  keçirdiyi zaman Avropa və ABŞ-dakı varlı və hakim qüvvələrin suriyalı qaçqınlar və Suriyada ev-eşiyindən edilmiş minlərlə insanın çəkdiyi əzziyətə son qoymaq üçün müdaxilə edə biləcəyinə ümid edilmişdi.

Ancaq simpatiya və mərhəmətin ömrü müasir dünyada təəssüf ki qısa olur və dövlətlər də məsələ bu olduqda kifayətsiz qaldılar və mərhəmətlərini itirdilər.

Elə görünür ki, insanın çəkdiyi əziyyəti göstərən heç bir şəkil, video kadrı  yaxud dəlil dünyanı doğru olanı yerinə yetirməyə istiqamətləndirməsi üçün kifayət etmir. Bir tərəfdən bu dəhşətli hərbin əxlaqı və psixoloji bədəlini ödəməyə cəhd edərkən digər tərəfdən də real-siyasətin soyuqqanlı həqiqətləri ilə mübarizə aparmaq məcburiyyətindəyik.

Türkiyə və Rusiya tərəfindən hazırlanan atəşkəs razılaşması bir neçə tərəfin daxil olduğu həftələrlə davam edən fəal müzakirələrdən sonra qəbul edildi. Məqsəd rejim tərəfindən ağır hücumla qarşı-qarşıya olan Şərqi Hələb xalqının Türkiyə sərhədinin yaxınlığında yerləşən İdlib kimi təhlükəsiz bölgələrə gətirilməsi idi və vəziyyət hələ də eynidir. İndiyədək 10 mindən artıq insan təxliyyə edildi, ancaq hələ minlərlə insan bölgəni tərk etmək üçün gözləyir. Qızıl Xaç Komitəsi, Türkiyənin Fövqəladə və Təcili Hallar İdarəsi, Qızıl Aypara Cəmiyyəti, İnsani Yardım Vəqfi və digər qeyri-hökumət təşkilatları hal-hazırda yüzminlərlə ev-eşiyindən edilmiş  mülki vətəndaşın olduğu İdlibə hələ yeni çatmış suriyalılara ərzaq, geyim və tibbi yardım çatdırmaq üçün gecə gündüz işləyirlər.

Atəşkəs razılaşması isə problemin mərkəzindəki müxtəlif dinamikaların müşayiət etdiyi həssas proses olaraq qalmaqda davam edir. Şərqi Hələbdəki zəfəri ilə cəsarətlənən Əsəd rejimi və İran tərəfindən dəstəklənən milis qruplar da daxil olmaqla rejim tərəfdarları müxalifət qruplarından qisas almaq dalınca gədə bilərlər, bunu da ehtimal ki, atəşkəs razılaşmasını və təxliyyə prosesini gələcək günlərdə təxrib edərək yerinə yetirə bilərlər.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Hələbdə olan insanların çox gec qalmadan təxliyyə edilmələrinə imkan yaratmaq məqsədi ilə Rusiya Federasiyası preziderti V. Putin ilə neçə dəfə görüşdü.

BMT isə Hələbdə göz önündə olan, insanı utandıran faciə qarşısında zəif qalmaqda davam edir.

Artıq heç kəs qərarları və açıqlamaları ilə ədalətsizliyin qarşısını ala yaxud yaşanan iztiraba son qoya bilməyən bu beynəlxalq təşkilatdan həqiqətdən bir şey gözləmir. İnsanlar özünü millətlərin birliyini təmsil edir kimi göstərən bir təşkilatdan ən azı kiçik bir humanitar anlayış görə bilməyə ümid edirlər. Ancaq bu belə acı və iztirab içində həlak olan Hələb xalqına göstərilmir.

Əgər BMT və Avropa Təhlükəsizlik Şurasının səlahiyyətli üzvləri Hələbdə hadisələrin necə olub bu nöqtəyə gəldiyi ilə maraqlanmaq istəsələr qayıdıb keçmişə baxsınlar və bu "Zəiflətmə hərbi”ni dayandırmaq üçün 2012-ci ildən bəridir etdiklərinə nəzər salsınlar. Əslində onlar bir addım da atmadılar.

Türkiyənin Suriyada təhlükəsiz bölgələr yaratması üçün göstərdiyi cəhdlərə laqeyd yanaşıldı. Obama rəhbərliyi özünün qırmızı xəttlərini kimyəvi silahların və digər xatırlana biləcək hər növ hərb vasitəsinin istifadə edilməsi qarşısında gözdən yayındırdı. İndi isə özgələrini günahlandırmaq və öz yasını saxlamaq əvəzinə ən azı Əsəd rejiminin hər gün tətbiq etdiyi zalımlığı azaltmaq və suriyalı müxalifətə verdiyi vədləri yerinə yətirmək üçün addım ata bilərdi. Ancaq bunun əvəzinə “diplomatiya” Hələbin və Suriyanın qadın və uşaqlarını xilas etmək üçün bir addım da atmadı. Əksinə rejim və müttəfiqlərinin zaman qazanmasına və hərbin istiqamətini özlərinin mənfəətlərinə olacaq şəkildə dəyişməsinə icazə verdilər.

ABŞ-ın səhv istiqamətləndirilmiş şəkildə tətbiq etdiyi PKK-nın Suriyadakı davamı Demokratik Birlik Partiyasını (PYD) dəstəkləmə siyasəti sadəcə bu terror təşkilatının daha da cəsarətlənməsinə və Türkiyə ilə ABŞ əlaqələrinin pozulmasına səbəb olmuşdur.

İbrahim Kalın məqaləsinin son sözləri kimi bunları yazıb: “İki il əvvəl 2014-cü il noyabrın 18-də bu sətirləri qələmə almışdım: Suriyanın ikinci böyük şəhəri Hələbin Əsəd rejiminin əlinə keçməsi sadəcə zaman məsələsidir. ABŞ başçılığındakı koalisiya qüvvələri DAİŞ hədəflərini havadan bombardman edərkən bay Əsəd Hələbə qarşı qanlı hücumlarını davam etdirirdi. Ötən iki ay ərzində Əsəd rejimi şəhərə qarşı hücumlarını artırdı, şəhərə nazərəti havadan və qurudan gücləndirdi və suriyalı üsyançıları şimala istiqamətləndirdi…Hələbin nəzarətinin verilməsi Suriya hərbində digər bir qara ləkəyə çevrilmədən atılacaq addımlara ehtiyac var. Əgər Hələbə nəzarət verilsə bu Suriyada insanlığın gələcəyi üçün olan hər hansı ümidin yox olması mənası dayışacaqdır…”

Hal-hazırda bu ümid çoxdan itirilmiş görünür.



Әlaqәli Xәbәrlәr