Türkiyǝnin Mǝdǝniyyǝt Xǝzinǝlǝri 48/2016

Amasya şəhəri quruldığı  gündən bәri  eyni adı daşıyan nadir yaşayış mərkəzlərindən biridir.

Türkiyǝnin Mǝdǝniyyǝt Xǝzinǝlǝri 48/2016

                 AMASYA

‘‘Türkiyənin Mədəniyyət Xəzinələri’’ verilişindә bu hәftә sizә  Qaradәniz bölgәsindә yerlәşәn  vә  şahzadәlәr şәhәri adlandırılan  Amasya şәhәrini tanıdacağıq.

Amasya şəhəri quruldığı  gündən bәri  eyni adı daşıyan nadir yaşayış mərkəzlərindən biridir.

 3000 illik tarixə malik şəhər Yeşilırmak çayı sahillәrindә yerlәşir. Çay qalanı  hücumlara qarşı qoruyurdu.

Amasya Qalasının çaya baxan  yamaclarında qayalara oyulmuş monumental  kral məzarları  mövcuddur.

Məzarlar  antik dövr Yunan-Fars -ermeni memarlıq xüsusiyyәtlәrinә malikdir.

E.Ә.69-cu ildә anadan olan vә coğrafiya elminin banisi kimi qәbul edilәn Strabon Amasyalı olub.

Strabonun fikrincә  əfsanəvi qadın qəbiləsi Amazonların kraliçası Amasis də Amasyalı olub.

Yüksək bürcləri ilә  diqqət çəkən qala bir çox işğal təşəbbüsünün şahididir.

Amasiya Teymurun mәğlub edә bilmәdiyi nadir şәhәrlәrdәn biridir.

Yıldırım  Beyazitin  1402-ci ildә   Ankara müharibəsində Teymura məğlub olması   Osmanlı dövlətini  çətin vәziyyәtә salır.

4 şahzadə fәrqli bölgәlәrdә  hakimiyyətlərini elan edir. Amasiyada yerləşən və bu şahzadələrin ən kiçiyi olan Çələbi Mehmet bu qarışıqlıqlardan uğurlu çıxaraq Osmanlı İmperatorluğunun yenidәn  birlәşmәsini tәmin edir.

Bәyazit mәscidi vә Sabuncuoğlu Tibb müzeyi dә mәhz Amasiyada yerlәşir.

Yeşilırmak sahillәrindә yerlәşәn  vә  1800-cü illәrdә  inşa edilən böyük tarixi malikanə hazırda təmir olunaraq Şahzadələr muzeyi olaraq fәaliyyәt göstәrir.

Muzeydә orda xidmәt edәn  şahzadә vә padşahların  mumdan hazırlanmış heykәllәri vә libasları  nümayiş olunur.

Fərhad ilə Şirin hekayəsi dә mәhs bu bölgәyә aiddir.

Әvsanәyә görә  Fərhad məşhur  rəssam olub. Yeni qəsr  tikdirən sultan Fərhada sarayın bəzəməsini deyir.. Bütün hünərlərini göstərərək işə başlayan Fərhad  günün birində köşkә gәlәn sultanın qızı Şirini görür vә ona aşiq olur. Sultan qızını Farhad ilә evlәndirmәk istәmir,lakin  xeyir dә deyә bilmir çünki qızı da Fәrahadı sevir.

Sultan Fәrhaddan Alma dağını dәlәrәk Amasiyaya içmәli su gәtirmәsini istәyir.

O dövrlәr şәhәr  әhalisinin  içmәlı suya ehtiyacı vardı.

Şirinin eşqiylə yanan  Fərhad bu vəzifəni qəbul edir və işə başlayır.

Fәrhadın  illər davam edən səyləri nəticə verir. Amasiyaya içmәli suyu gәtirәn Fәrhad   Şirininә  qovuşur.

Fərhad və Şirinin xatirəsinə Amasiyada Aşıqlar muzeyi inşa edilir.

Әziz dinlәricilәr günün birindә yolunuz Türkiyәyә düşәrsә Amasiya şәhәrini gәzmәyinizi tövsiyyә edirik.

 


Etiketlәr: AMASYA

Әlaqәli Xәbәrlәr