Mənə İslamı anlat  20 20.05

İbadət uca Allaha təzim üçün edilən hər növ söz və hərəkətlərdir. İbadət edilməsi savab olan və Allaha yaxınlıq ifadə edən şüurlu davranışdır.

494527
Mənə İslamı anlat  20 20.05

İbadət uca Allaha təzim üçün edilən hər növ söz və hərəkətlərdir. İbadət edilməsi savab olan və Allaha yaxınlıq ifadə edən şüurlu davranışdır. İbadət insanı Allah qatında qiymətli edən bir vasitədir. İbadət qulun halını birbaşa Allaha ərz edə bilməsidir.

Həddi-buluğa çatan hər bir müsəlman ibadət etməlidir. Bir əməlin ibadət sayılması üçün onun İslama uyğun tərzdə, Allaha ərz niyyətiylə edilməsi, insanın mömin və təmiz xislətli olması lazımdır. İman da ibadətlə həyatda öz əksini tapar və güclənər.

Quranda insanın yaradılış məqsədinin ibadət olduğu göstərilir. Hz.Peyğəmbər (s.a.v) ibadətin Allahın qulları üzərindəki haqqı olduğunu söyləyib. Bu səbəbdən ibadət qulun nəfsinin arzularını tərk edərək Allahın iradəsinə uyğun gəlməsi və onun istədiyi istiqamətdə yaşaması deməkdir. Sahib olduğu hər şeyi ona bəxş edən Allaha təşəkkür etmənin yoludur ibadət.

  Quranda ibadət anlayışı İslamın bütün hökmlərinin tətbiqi, əmr və qadağalara riayət mənasını ifadə edir. Allaha itaət həyatın bütün sahələrini əhatəsinə alır.

İslam anlayışına görə, hər qul fərz olan ibadət şüurunu daşımalıdır. Peyğəmbərimiz (s.a.v) buyurub: "İslam beş əsas təməl üzərində qurulub: birincisi - Allahdan başqa ilahi yoxdur və Məhəmməd Allahın elçisidir, iki - namaz qılmaq, üç - zəkat vermək, dörd - həccə getmək və beş - Ramazan orucunu tutmaq". Bunlar müsəlman üçün fərz ibadətləri sayılır, imtina edilməməlidir.

Dinin əmrlərini yerinə yetirməyi üzərinə götürmüş hər bir müsəlmanın həyatında gündəlik, həftəlik, illik və ömürdə bir dəfə olmaqla edilən ibadət növləri vardır. Gündəlik edilməsi lazım olan ibadət gündə beş dəfə qılınan namazdır. Cümə namazı həftədə bir dəfə qılınır. Oruc, zəkat, bayram namazları və Qurban bayramı zamanı olan namazlar hər il təkrar edilməsi lazım olan ibadətlərdir. Həcc isə ömürdə bir dəfə həyata keçirilir. Bunlardan başqa, cənazə, nəzir, sədəqə, gecə namazları, dua və zikr kimi ibadətlər də var. Və hər ibadətin özünəməxsus şərtləri mövcuddur.

Əsil müsəlmanlar hər mövzuda olduğu kimi, ibadət və qulluqda da Hz.Peyğəmbərdən nümunə götürür. Onun həyatı və hədislərinə baxdığımız zaman namaz və ibadətlərin son dərəcə əhəmiyyətli olduğu görünür. Peyğəmbərimiz deyib: "Allah-təala belə buyurur: “Qulum mənə fərz qıldıqlarımdan daha sevimli bir şeylə yaxınlaşa bilməz. Bunun nəticəsində mən onu sevirəm. Qulu sevincə də onun eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı kimi oluram, məndən istədiyi zaman ona verir, sığındığında onu qoruyuram." Bu sözlər ibadətlərin Allah qatında dəyərini göstərir.

Sevgili peyğəmbərimiz ibadətin ardıcıl, qulluq şüurunun daim oyaq olmasını tövsiyə edib. Bundan başqa, həyatın hər sahəsinə dair edilən gözəl davranışların da ibadət olduğunu vurğulayıb. Məsələn, salam vermək, gözəl söz söyləmək, gülərüz göstərmək, kömək istəyənə yardım etmək, doğru yol göstərmək, ədalətlə hökm vermək, bir maneəni yoldan qaldırmaq, ailənin dolanışığı üçün çalışmaq, ana-ataya yaxşılıq etmək, yetimin başını oxşamaq kimi hərəkətlər ibadət kimi dəyərləndirilir.

Allaha qulluğun bir şəkli olan ibadətlərdə zirvə nöqtələrdən biri də ehsan verməkdir. Peyğəmbərimizin sözlərilə desək, "Ehsan onu görürmüş kimi Allaha ibadət etməyindir.

 Sən onu görməsən də, o, səni görür". Bu şüura çatan müsəlman atdığı hər addımı, etdiyi hər işi, niyyətli hər ibadəti idrakıyla yerinə yetirir. Bu şüur ​​sayəsində adətlər ibadət hökmünə yüksəlir.

İbadətlər sırf Allahın əmri olduğu və Allahın razılığını qazanmaq məqsədilə icra edilir. Bununla birlikdə ibadətlərdə hikmət, maddi və mənəvi faydalar var. İbadətlər qulu Allaha yaxınlaşdırır, onu çətinlik və günahlardan qoruyur, əxlaqi kamilləşdirir, maddi ehtiraslardan qurtarır, ruhən yüksəldir, insanı intizama dəvət edir, iradəsini gücləndirir, dinc bir həyat yaşamasına vəsilə olur. 


Etiketlәr: #İbadət Allah

Әlaqәli Xәbәrlәr