Müalicә vә Turizm Diyarı Türkiyә 43 / 2014

Aydın şəhəri

178076
Müalicә vә Turizm Diyarı Türkiyә 43 / 2014

Bu gün sizə Türkiyənin Egey bölgəsində yerləşən Aydın şəhərini və onun Didim, Quşadası kimi məhşur turizm mərkəzlərini tanıdacayıq.
Təbiətlə mədəniyyətin vəhdətdə olduğu Aydın şəhəri keçmişdən bu günə Egey bölgəsinin əsas şəhərlərindən biridir. İlk məskunlaşmanın e.ə 6-cı əsrdə başladığı şəhər Türkiyədə ən çox tarixi ərazinin olduğu şəhərlərdən biridir. Tarixçi Heredotun “ən gözəl mədəniyyətlər yeri” adlandırdığı şəhərdə Afrodisias, Milet, Alinda, Didim, Nysa, Prien, Maqnesia kimi bir çox antik şəhər yerləşir. Bura filosoflar Thales, Anaksimender və Anaksimenes, tarixçi və coğrafiyaçı Hekatais, şəhər memarları Hippodamos və İsidoros kimi bəzi alimlər, sənət xadimiləri, heykəltəraşların doğulub böyüdüyü və əsərlərini bəxş etdiyi şəhərdir.
Aydında yerləşən antik şəhərlərdən ən məhşuru Qaracasu rayonunda yerləşən Afrodisiasdır. Adı yunan mifologiyasının sevgi tanrısı Afroditadan qalan şəhər ecazkar gözəlliyə malikdir. Şəhərdə Anadolunun Yunan və Roma dövrlərinə aid çoxlu sayda tarixi əsərlər var. E.ə 2-1-ci əsrlərdə Babadağın ətəklərində, dənizdən 600 metr hündürlükdə qurulan şəhərin tarixi ilə bağlı çox məlumat yoxdur. Tarixi əsərlərdən şəhərin böyüklüyü, inkişaf etdiyi və çoxlu əhaliyə malik olduğu görülür. 10 min nəfərlik teatr, 30 min nəfərlik stadion, 5 böyük bölməli hamam, meydan və dövlət binaları buna sübutdur. Şəhərin əsas tarixi abidəsi Afroditanın şərəfinə inşa edilmiş məbəddir. Məbədin tikintisi e.ə 1-ci əsrdə başlayıb və 150 il davam edib.
Afrodisias e.ə 1-ci əsrdən 6-cı əsrə qədər, yəni 700 il Anadolunun əsas sənət və mədəniyyət şəhəri olub. Tibb təqdiqatçısı Ksenokrates, şair Çariton və filosof Aleksander kimi bəzi elm xadimləri, memarlar, heykəltəraşlar, astroloqlar burda doğulub və əsərlərini burda ortaya çıxarıb. Şəhərdə heykəltəraşlıq məktəbi vardı. Heykəltəraşlar Babadağın ətəklərindən çıxan mərmərlərlə Yunan və Roma mədəniyyətininin ecazkar heykəllərini yaradaraq dünyaya yayıblar. Bu gün Romada aşkar edilən, Afrodisiaslı heykəltəraşlara aid heykəl və qabartmalar bu məktəbin o dövrdə necə məhşur olduğunu göstərir. Şəhərdə Afrodisias stilində düzəldilən heykəllərin çoxu günümüzdə Afrodisias Muzeyində nümayiş edilir. Qazıntılarda aşkar edilən digər əsərlər isə İstanbul Arxeologiya Muzeyindədir.
Tarixi-mədəni əsərlərlə yanaşı Aydın şəhəri zəngin geotermal qaynaqlara da malikdir. Şəhərin əsas termal mərkəzləri Quşadası rayonunda yerləşən Davutlar və Germencik rayonunda yerləşən Alangülü termal mərkəzidir.
Təbiətlə dənizin birləşdiyi Quşadası hər il minlərlə turistin gəldiyi, Egenin əsas turizm mərkəzlərindən biridir. Quşadasının Davutlar bölgəsində yerləşən termal mərkəz yel, damar, eqzama, sonsuzluq kimi bir çox xəstəliyə faydalıdır. Yerdən 42 dərəcə istilikdə çıxan sodium, flor və termominerallı tərkibli su arıqlama məqsədilə də istifadə edilir.
Alangüllü termal mərkəzi Böyük Menderes Hövzəsində, Gümüş dağının ətəyindəki meşədə yerləşir. Yerdən 65-72 dərəcə arası istilikdə çıxan sodiumxlor və bikarbonat tərkibli su yel və nevraloji xəstəlikləri xroniki dövrlərində eləcə də dəri xəstəliklərinin tamamlayıcı və əlavə müalicəsində istifadə edilir.
“TRT Türkiyənin Səsi” radiosunda bu gün sizə yer Egey bölgəsinin Aydın şəhərindən bəhs etdik. Burda yerləşən qədim Afrodisias şəhərini, Quşadası rayonunu, eləcə də bölgənin Davutlar və Alangüllü geotermal mərkəzlərini sizə tanıtdıq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr