"Qorqud Ata" proqramının son buraxılışı

"Qorqud Ata" proqramının son buraxılışı

  Hər sahədə özünü təzələmək, islahatlar keçirmək, gənclərin enerjisi, yaşlıların təcrübəsi əsasında dünyanın ən son radio-televiziya yeniliklərini təqib və tətbiq etmək, bütün yaradıcılıq imkanlarla ortaya qoymağın lazım və vacib olduğunu bilirik. Bunlarsız işlərimiz yerində saymağa bənzəyər.

  Bu gün (2 sentyabr 2018) TRT "Türkiyənin səsi" radiosu ilə İctimai Radionun 1 saatlıq ortaq “Qorqud Ata” canlı proqramının son buraxılışıdır. Amma TRT “Türkiyənin səsi” radisoundan hər gün Azərbaycan dilində 1 saatlıq canlı yayımlarımız davam edir, Türksatın 11730 qısa dalğası ilə Türkiyə vaxtıyla saat 10.00-dan, Bakı vaxtı ilə 11.00-dan yayımlanır. Bizi, eyni zamanda, Türksatın TRT VOT dalğası və trt.net.tr ünvanında TRT/Azerbaycan internet saytı vasitəsilə də dinləyə, oxuya, eyni adlı facebook səhifəsindən izləyə bilərsiniz.