Antaliyaya hava yolu ilə gələn turistlər artıb

Yanvar-noyabr aylarında hava yolu ilə Antaliyaya gələn turist sayında ötən ilin müvafiq dövrünə görə 30% artım qeydə alınıb.

1106311
Antaliyaya hava yolu ilə gələn turistlər artıb

Antaliya İcra hakimiyyəti başçılığı yanında Hava Limanı Mülki İdarə rəhbərliyinin hesabatına görə Noyabr ayında hava yolu ilə şəhərə 277 min 83 turist gəlib. Bu da 2017-ci ilin müvafiq dövrünə müqayisədə 96% artım olduğunu göstərir. Keçən ilin noyabr ayında Antaliyanı ziyarət edən xarici turist sayı 141 min 444 nəfər olmuşdu.

Yanvar-noyabr aylarında Antaliyanı ziyarət edən 12 milyon 513 min 271 nəfərdən 4 milyon 570 min 4 nəfərinin Rus olduğu bildirilir. Bu ölkəni 2 milyon 227 min 266 turist ilə Almaniya, 709 min 74 nəfərlə Ukrayna, 624 min 348 ilə İngiltərə, 374 min 955 turist ilə Polşa, 370 min 703 ilə Hollandiya, 220 min 505 nəfər ilə də Qazaxıstan izləyib.

2017-ci ilin eyni dövrünə müqayisədə Rusiyadan gələn turist sayında 24% Almaniyadan gələnlərin sayında isə 37% İngiltərədən gələnlər 75%, Polşadan gələn turist sayında 127%, Hollandiyadan gələn ziyarətçi sayında 46% artım olduğu müşahidə olunur.

Belçika, Çex Respublikası, Belarus , İsrail, Danimarka, İsveç, Litva, Slovakiya və İsveçrə isə 100 minin üzərində turistin gəldiyi ölkələr arasında iştirak edir.

 



Әlaqәli Xәbәrlәr