Fəhlələrin hesabına səhvən 30 min ödəndi

Belçikada bir polad zavodunda çalışan işçilərin bank hesablarına səhvən 30 min avro əlavə pul ödənilib.

Fəhlələrin hesabına səhvən 30 min ödəndi

  BBC-nin yerli mətbuata əsaslandırdığı xəbərinə görə, Tay Marsinelledə (Thy Marcinelle) polad zavodunda çalışan işçilərin bank hesaplarına yanlışlıqla əlavə ödəniş olaraq 100 avro əvəzinə 30 min avro yatırılıb.

  Həftə sonuna xoş bir sürprizlə başlayan işçilərdən bəziləri vəziyyətdən şübhələnib, bəziləri isə tale quşu kimi gördükləri pulla borclarını ödəyib, bir neçəsi də qumar oynayıb.

  230 işçidən neçəsinə bu pul ödənilib, hələ bilinmir. Amma şirkət yatırılan pulları geri istəyir.

  Qeyd edək ki, Tay Marsinelledəki polad zavodunda işçilərin aylıq maaşları orta hesabla 1600 avrodur.



Әlaqәli Xәbәrlәr