Pamuqqala rekord sayda turist qəbul etdi

Türkiyənin ən əhəmiyyətli kurqanı hesab edilən və UNESCO-nun Dünya irsi siyahısında iştirak edən Pamuqqalanı ziyarət edən turist sayı ötən ilə müqayisədə 40% artaraq 1 milyon 750 min nəfərə çatıb. Bu da son 4 ildə ən yüksək rəqəm hesab edilir.

Pamuqqala rekord sayda turist qəbul etdi

YUNESKO-nun həm mədəni, həm də təbii irs siyahısında iştirak edən, ilin hər fəslində turist axını olan Pamuqqaladakı isti sular 2 min 500 ildir insanlar üçün şəfa mənbəyi olub. Bölgə Hierapolis adı ilə bilinən qədim şəhəri və bu ərazidə yerləşən qədim teatrı, ölülər ölkəsi keçid qapısı olaraq qəbul edilən cəhənnəm qapısı, Hz. İsanın 12 həvarisindən biri olan Əziz Philippus abidə məzarı və digər məkanlarıyla hər keçən gün ziyarətçi sayını artırır.

İçməli və şəfalı suları, tarix zənginliyi ilə bu ilin ilk 9 ayında ziyarət edənlərin sayı son 4 ilin zirvəsinə çatıb.

Dənizli Turistik Otellər və Operatorlar Dərnəyinin başçısı Qazi Murat Şen, Pamuqqalanı ziyarət edən turistlərin sırasıyla Rus, Uzaq Şərq, Almaniya, İngiltərə, Fransa və İtaliyadan gəldiyinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr