Belçika “Google”u məhkəməyə verəcəyini bildirdi

Belçika mətbuatında yer alan xəbərlərə görə...

1058837
Belçika “Google”u məhkəməyə verəcəyini bildirdi

  Belçika Müdafiə Nazirliyi işlərində ölkədəki hərbi sahələrə “qaraltma” tətbiq etməyərək təhlükəsizlik zəifliyi yaratdığı üçün Amerikanın internet firması “Google”u məhkəməyə verəcəyini bildirib.

  Belçika mətbuatında yer alan xəbərlərə görə, Müdafiə Nazirliyi “Google”da ölkədəki bəzi hərbi sahələrə “qaraltma” tətbiq etmədiyi üçün cinayət işi açılacağını yazır.

  Nazirlik paytaxt Brüsseldə yerləşən NATO qərargahı, Limburqda olan Kleyn-Broqel (Kleine-Brogel) hava bazası, Doel və Tihange nüvə stansiyalarının mövqelərinin “Google” xəritələr və “Google Earth”dən götürülməsini tələb edib.

  Qeyd edək ki, iki il əvvəl Belçika məxfilik hüququ çərçivəsində “Google”a bu tələbi çatdırıb, amma qarşı tərəf yerinə yetirməyib.



Әlaqәli Xәbәrlәr