Səudiyyə Ərəbistanı şahzadəsini Parisdə soydular

Fransanın paytaxtı Parisdə lüks bir oteldə Səudiyyə Ərəbistanının kral ailəsindən olan şahzadəsinin 800 min avro dəyərindəki zinət əşyası oğurlandı.

Səudiyyə Ərəbistanı şahzadəsini Parisdə soydular

Fransanın paytaxtı Parisdə lüks bir oteldə Səudiyyə Ərəbistanının kral ailəsindən olan şahzadəsinin 800 min avro dəyərindəki zinət əşyası oğurlandı.

"France Bleu"da çıxan xəbərə görə, oğurluq hadisəsi cümə günü baş verib.

Xəbərdə paytaxt Parisin Vendome meyadanında yerləşən lüks oteldə qalan, adı açıqlanmayan şahzadənin 800 min avro dəyərindəki ziynət əşyasının oğurlandığı ilə bağlı şikayət etdiyi bildirilir.

Eyni oteldə olan cəvahirat mağazasında yanvar ayında balta ilə hücum edərək soyğun hadisəsi törədiblər. Soyğunda 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb.

Maskalı 5 nəfərin etdiyi soyğundan qısa müddət sonra soyğunçulardan üçü yaxalanıb.

 



Әlaqәli Xәbәrlәr