Stadion girişində izdiham, ölən var

Madaqaskarda stadionun girişində yaranan izdiham nəticəsində bir nəfər həyatını itirib 40 nəfər yaralanıb.

Stadion girişində izdiham, ölən var

TRT-nin BBC kanalına istinad etdiyi xəbərə görə, Afrika Kuboku seçmə mərhələsində Madaqaskar-Senegal matçı paytaxt Antananarivoda oynanıb. Həmin qarşılaşmanın olduğu stadionun giriş qapısında izdiham yaranıb. Nəticədə bir nəfər həyatını itirib ikisi ağır olmaqla 40 nəfər də yaralanıb. Qeyd edək ki, Afrikada stadion izdihamları sıx yaşanır. Ötən il, Anqolada Malavidə 7-si uşaq olmaqla 8 nəfər stadionlarda yaranan izdihamlarda həyatını itirmişlər.



Әlaqәli Xәbәrlәr