Türkiyəyə köçən və Türkiyədən köçən hansı ölkələrin vətəndaşlarıdır?

Türkiyə Statistika Qurumu (TÜİK) "Beynəlxalq Miqrasiya Statistikası 2018" hesabatını yayıb.

Türkiyəyə köçən və Türkiyədən köçən hansı ölkələrin vətəndaşlarıdır?

  Türkiyəyə köçənlərin sayı keçən illə müqayisədə 22,4 faiz artıb.

  Türkiyə Statistika Qurumu (TÜİK) "Beynəlxalq Miqrasiya Statistikası 2018" hesabatını yayıb.  

  Hesabata görə, Türkiyəyə miqrasiya edənlərin sayı ötən ilə görə 22,4 faiz artaraq 466 min 333 nəfər olub. Bunların 52,3 faizi kişi, 47,7 faizi qadındır.  

  Keçən il Türkiyəyə miqrasiya edənlərin yaş qrupu araşdırılarkən 25-29 yaşda olanların nisbəti 12,3 faiz olaraq ən yüksək sayılıb. 11,6 faiz 20-24, 10,8 faiz isə 30-34 yaş arasında olanlar olub.  

  İstanbul ötən il 166 min 44 adamla ən çox miqrasiya rayonu olaraq qeyd edilib. Bu şəhərdən sonra 46 min 475 nəfərlə Ankara, 21 min 888 nəfərlə Antalya, 12 min 31 nəfərlə İzmir və 11 min 191 nəfərlə Bursa gəlir.  

  İstanbul özü də eyni zamanda 75 min 849 adamla ən çox miqrasiya edən rayon olub. Bu şəhərdən sonra 27 min 379 nəfərlə Ankara, 15 min 56 nəfərlə Antalya, 13 min 946 nəfərlə Bursa və 10 min 353 nəfərlə İzmirdir.  

  Ötən il ölkəyə gələn əcnəbilər arasında ilk sırada 26,6 faizlə İraq, 10,4 faizlə Əfqanıstan, 7,7 faizlə Suriya, 5,7 faizlə Azərbaycan və 5,6 faizlə Türkmənistan yer alır.  

  Türkiyədən köç edən əcnəbilər arasında ilk sırada 20,4 faizlə İraq, 7,5 faizlə Azərbaycan, 6,7 faizlə Suriya, 4,6 faizlə Əfqanıstan və 4,5 faizlə Çindir.  



Әlaqәli Xәbәrlәr