Dünya aclıq böhranı ilə qarşı-qarşıya qala bilər

Artan qlobal istiliklər, məshulları yeyən böcəklərin sayında dünya miqyasında ciddi artıma səbəb olur.

Dünya aclıq böhranı ilə qarşı-qarşıya qala bilər

Dünya aclıq böhranı ilə qarşı-qarşıya qala bilər.

Bununla bağlı “Sience” jurnalında yazıb.

Bildirilib ki, artan qlobal istiliklər, məshulları yeyən böcəklərin sayında dünya miqyasında ciddi artıma səbəb olur.

Aparılan elmi araşdırmada məhsul yeyən böcəklərin sayındakı bu artımın gələcəkdə qıtlığa səbəb ola biləcəyi nəzərdə tutulub.

Araşdırmaçılar artan istilik və böcək sayındakı artımın qida məmullarına təsir edə biləcəyini tədqiq etmək üçün böcəklərin düyü, qarğıdalı və buğda üzərində təsirini göstərdi.

Kolorada Boulder Universitetində işləyən araşdırma professoru və fəaliyyətlə əlaqəli yazını yazan Josh Tewksbury “iqlim dəyişikliyinə görə böcəklərin təsirinin iqlimin birbaşa məhsul üzərindəki təsirindən daha böyük ola biləcəyini” söyləyib.

Fəaliyyət dünyanın ən böyük qarğıdalı istehsalçısı ABŞ-ın 2050-ci ilədək böcək mənbəli qarğıdalı zərərində təqribən 36 faiz həcmində artım ola biləcəyini göstərir.

Digər tərəfdən dünyanın ən böyük düyü istehsal edən Çin 2050-ci ilədək illik 27 milyon tondan artıq böcək mənşəli zərərla qarşı-qarşıya qala bilər.

Avropa ölkələrindəki buğdada da böcəklərə görə ciddi məhsul itkisi yaşana bilər.

Sadəcə Fransa 2050-ci ilədək təqribən 2,5 milyon ton buğda istehsalını itirə bilər.



Әlaqәli Xәbәrlәr